Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-502/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçinun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarı və qərara əlavə edilmiş (qərara əsasən 21 saylı əlavə) 200 saylı Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 3-cü sətrində adı qeyd edilən X12 ilə, Ləiş bağlar sahəsindəki 200 saylı kooperativ tərəfindən verilmiş 3 saylı orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 200 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5314 saylı bağın ayrıldığı şəxs olan X4 27.08.2009-cu ildə vəfat etmiş əri X13 olması və həmin sənədlərin 27.08.2009-cu ildə vəfat etmiş əri X8 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum əri X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha. olan 5314 saylı bağa dair qanun üzrə vərəsəliklə yaranmış hüququn qeydə alınması üçün aidiyyəti üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, bağ sahəsinə verilmiş hüquq vərəsəliklə ötürüləndir və miras qoyan X6 digər vərəsələri miras payından onun xeyrinə imtina etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01,09.2020-ci il tarixli **********27 saylı, daha sonra 26.01.2001 -ci il tarixli **********56 saylı cavab məktubun məzmunundan aydın oldu ki, hüququn qeydiyata alınması ilə bağlı müraciəti müsbət həll edilməmişdir. Səbəbi də hər dəfə ayrı-ayrı olmaqla onunla izah edilmişdir ki, “... göstərilən bağ sahəsi 5314 saylı bağ sahəsi kimi başqasının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. 19 saylı notariat ofisinin məktubunda “Rais, 5314 saylı bağ sahəsi orderində isə “Ramiz” 5315 saylı bağ sahəsi göstərilmişdir”. Bu səbəbdən də yəni birinci dəfə adın düzgün qeyd edilmədiyi, bu aradan qaldırıldıqdan sonra da, torpaq sahəsinin başqasının adına qeydiyyatdan keçdiyindən hüququnun qeydiyyata alınmasının mümkün olmadığını” bildirilmişdir. Beləliklə ərinin adı aşağıdakı sənədlərdə aşağıdakı kimi qeyd edilmişdir, halbuki, həmin sənədlərin hammısı eyni adama, yəni əri X11 məxsusdur. 1) AZE 02486741 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X13 01.07.1958-ci ildə Qazax rayonu Ağ Köynək kəndində anadan olmuşdur. Yaşayış ünvanı Bakı şəhəri, D.Bünyadzadə küçəsi ev 232, mənzil 96. 2) ünvan 4inin 23.08.1983-cü il tarixli, İl-ЖГ 483263 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X13 ilə X1 23.08.1983-cü ildə nikaha daxid olmuşlar, nikahdan sonra arvada Abdiyeva soyadı verilmişdir. 3) Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 379853 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X13 27.08.2009-cu ildə vəfat etmişdir. 4) Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli. 4/143 saylı Qərarı ilə (qərara əsasən 21 saylı əlavə) X9 200 saylı Ləiş bağ- tikinti kooperativin üzvü olmuş, ona 0,12 ha torpaq sahəsi ayrılmışdır. 5) Ləiş bağlar sahəsindəki 200 saylı kooperativ tərəfindən verilmiş 3 saylı orderə əsasən X8 Bakı şəhər İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 200 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5314 saylı bağ ayrılıb. 6) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22.06.2020-ci il tarixli məktubuna əlavə edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarına əlavə edilmiş 200 saylı Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 3-cü sətrində X13 deyil, X2 qeyd edilmişdir. Həmin siyahının 3-cü sətrində X7 ünvanı Bakı, Bünyadzadə küçəsi ev 232, mənzil 96 kimi göstərilmişdir. 7) Bakı şəhəri 19 saylı notariat kontorunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə ünvanlandığı 291 saylı, 08.07.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, 27.08.2009-cu ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat kontoruna arvadı - Ərizəçi təfərindən müraciət daxil olmuşdur. X10 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasında 08.07.2020-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq sənədləşmə aparılması ücün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində, 0.12 ha torpaq sahəsi olan, 5314 nömrəli bağa dair çıxarış və texniki pasportun mərhumun adına verilməsi xahiş edilir. Beləliklə yuxarıda sadalanan sübutedici sənədlərə əsasən müəyyən edilir ki, mərhum X13 onun əri olmuş, ona Bakı şəhər İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 200 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5314 saylı bağ ayrılmış, bu barədə onun adına Ləiş bağlar sahəsindəki 200 saylı kooperativ tərəfindən 3 saylı order də verilmişdir. Lakin mərhum ərinin adı Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarına əlavə edilmiş 200 saylı Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 3-cü sətrində X13 deyil, X2 qeyd edilmişdir. Vərəsəlik işinin davam etdirilməsi və mərhum ərinə məxsus olmuş əmlak dairəsinin müəyyən edilməsi üçün ona aid fərqli “adın” göstərilmiş müxtəlif sənədlərdə nəzərdə tutulan şəxsin eyni şəxs olması, həmin sənədlərin eyni şəxsə məxsus olması təsdiq edilməlidir. Həmin sənədlərin eyni şəxsə məxsus olması faktını başqa yolla təsdiq etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçinun nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, AZE 02486741 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X13 01.07.1958-ci ildə Qazax rayonu Ağ Köynək kəndində anadan olmuşdur. Yaşayış ünvanı Bakı şəhəri, D.Bünyadzadə küçəsi ev 232, mənzil 96-dır. ünvan 4inin 23.08.1983-cü il tarixli, İl-ЖГ 483263 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X13 ilə X1 23.08.1983-cü ildə nikaha daxid olmuşlar, nikahdan sonra arvada Abdyeva soyadı verilmişdir. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 379853 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X13 27.08.2009-cu ildə vəfat etmişdir. Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli. 4/143 saylı Qərarı ilə (qərara əsasən 21 saylı əlavə) X9 200 saylı Ləiş bağ- tikinti kooperativin üzvü olmuş, ona 0,12 ha torpaq sahəsi ayrılmışdır. Ləiş bağlar sahəsindəki 200 saylı kooperativ tərəfindən verilmiş 3 saylı orderə əsasən X8 Bakı şəhər İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 200 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5314 saylı bağ ayrılıb. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22.06.2020-ci il tarixli məktubuna əlavə edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarına əlavə edilmiş 200 saylı Ləiş bağtikinti kooperativi üzvlərinin siyahısının 3-cü sətrində X13 deyil, X2 qeyd edilmişdir. Həmin siyahının 3-cü sətrində X7 ünvanı ünvan 5riat kontorunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə ünvanlandığı 291 saylı, 08.07.2020-ci il tarixli məktubundan görünür ki, 27.08.2009-cu ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat kontoruna arvadı - Ərizəçi təfərindən müraciət daxil olmuşdur. X10 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasında 08.07.2020-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq sənədləşmə aparılması ücün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində, 0.12 ha torpaq sahəsi olan, 5314 nömrəli bağa dair çıxarış və texniki pasportun mərhumun adına verilməsi xahiş edilir Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.05.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5314 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəçinin müraciətinə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyiniz sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 19 saylı Notarial ofisinin məktubunda “Rəis”, “5314” saylı bağ sahəsi, orderdə isə “Ramiz” “5315" saylı bağ sahəsi göstərilmişdir. Bundan əlavə olaraq **********27 saylı 01.09.2020-ci il tarixli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli, 4/143 saylı qərarı və qərara əlavə edilmiş (qərara əsasən 21 saylı əlavə) 200 saylı Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 3-cü sətrində adı qeyd edilən X12 ilə, Ləiş bağlar sahəsindəki 200 saylı kooperativ tərəfindən verilmiş 3 saylı orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 13.06.1990cı il tarixli 4/143 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 200 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5314 saylı bağın ayrıldığı şəxs olan X4 Ərizəçi əri- 27.08.2009cu ildə vəfat etmiş X13 olması və həmin sənədlərin 27.08.2009-cu ildə vəfat etmiş X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-502/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-502/2022
06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver