Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5030/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 iddiaya etirazla birlikdə məhkəməyə vəsatət təqdim edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında e-2(004)-4141/2024 saylı mülki işlə icraatlarının birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmiş, mülki işlərin bir icraatda birləşdirilməsinin onlar üçün də məqsədmüvafiq olduğunu qeyd etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4141/2024 saylı mülki iş üzrə cavabdehlər, mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4141/2024 saylı qərardadına əsasən iddiaçılar X1 cavabdehlər X2 və Cavabdeh2 MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4141/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(004)-5030/2024 saylı mülki iş 2(004)-4141/2024 saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(004)-5030/2024 saylı mülki iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər X2 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(004)-4141/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5030/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5030/2024
09.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver