Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5035/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahsunlu Kamran Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X5 ilə 18 avqust 1986-cı ildə nikaha daxil olmuş və bu gündə birlikdə yaşayılar. Bu nikahdan 3 (üç) uşağı, əkiz oğlanları və qızı dünyaya gəlmişdir. O, 30 ilə yaxındır ki, Bakı şəhəri Yasamal rayonu 167 saylı məktəbdə sinif müəlliməsi işləyir. Yuxarıda qeyd etdiyi kimi oğlanları 1992-ci il tarixdə əkiz olaraq doğulmuşlar. Oğlu Taleh 44 günlük Qarabağ savaşma qatılmış, Füzuli rayonu uğranda gedən döyüşlərdə itkin düşmüş, 60 gündən sonra nəşi tapılaraq onlara təhvil verilmiş və şəhidlik statusu almışdır. Bu barədə onlara 002459 sayl “şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir. X1 xx.xx.1961-ci ildə doğulmuşdur. Uzun illər Bakı şəhərində xəstəxanalarda sürücü kimi işləmişdir. Uzun müddətdir ki, ağır əstəlikdən əziyyət çəkdiyi üçün yataq xəstəsidir, işləmir. Bu barədə müvafiq tibbi mədlər mövcuddur. Əri qeyd etdiyi kimi uzun müddətdir ki, 2-ci qrup əlil hesab olunurdu. xx.xx.2022-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barəsində verilmiş sənədə görə ona 1-ci qrup, müddətsiz əlillik verilmiş, əmək qabiliyyətsiz hesab edilmiş və himayəçiyə ehtiyacı olduğu qeyd edilmişdir. Həmin sənəddən görünür ki, X4 “baş beynin üzvi xəstəliyi (atrofiya mənşəli) nəticəsində yaranan ağır ağıl zəifliyi kobud davranış pozuntuları ilə psixotik daxilolmalar” diaqnozu qoyulmuş və kənar səxslərin himayəsinə ehtiyacı olduğu bildirilmişdir. Bildirmişdir ki, uzun müddətdir ki, əri bu xəstəlikdən əziyyət çəkir, yataq xəstəsidir və onu heç bir halda nəzarətsiz qoymaq mümkün deyil. O, və onunla yaşayan oğlu daim onun qayğısına qalır və ona qulluq edir. Bu günədək bütün lazımı xəstəxanalara müalicə üçün aparsalar da heç bir irəliləyiş müşahidə olunmamış, aparılmış müalicələr nəticə verməmişdir. Həkimlərin və tibbi kommisiyanın verdiyi rəylərə görə bu xəstəlik müalicə ilə sağalması mümkün olan xəstəlik deyil. Artıq uzun illərdir ki, əri ailə üzvlərini tanımır, hətta şəhid olan oğlunun şəhid olmasından belə xəbərsizdir. Həkimlərin yekdil rəyinə görə xəstə düşdüyü bu ağır vəziyyətdən çıxması mümkün deyil. Xəstənin bu vəziyyətdə nə qədər yaşaması barədə fikir söyləmək mümkün deyil. Belə olduğu halda o, məcburdur ki, bütün sutka ərzində ərinin yanında olsun və onun ən vacib ehtiyaclarını ödəsin. Yuxarıda qeyd etdiyi kimi əri özünü müstəqil idarə edə bilmir. Anlaqsızdır. xx.xx.2022-ci il tarixdən əri fəaliyyət qabiliyyətsiz olmasına baxmayaraq rəsmi olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş və üzərində dövlət tərəfindən himayəçi təyin olunmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, X1 faktiki olaraq fəaliyyət qabiliyyəti omadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində himayəçi təyin edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 473997 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 18 avqust 1986-cı il tarixdə nikah bağlanmış və bu nikah 6 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Yusifov”, arvada “Yusifova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 “baş beynin üzvi xəstəliyi(atrofiya mənşəli) nəticəsində yaranan ağır ağıl zəifliyi kobud davranış pozuntuları ilə, psixotik daxilolmalar(İQ20)” diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3265 saylı rəyinə əsasən X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1) qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlərə əsasən - uzun müddətdir kobud davranış pozuntuları ilə yaddaş pozuntusunun özünü büruzə verməsi, ağıl zəifliyindən əziyyət çəkməsi, müxtəlif nevroloji klinikalarda müalicə olunmasına baxmayaraq heç bir nəticə verməməsi, TSEK- də müayinə zamanı “Baş beynin üzvi xəstəliyi (atrofiya mənşəli) nəticəsində yaranan ağır ağıl zəifliyi kobud davranış pozuntuları ilə. Psixotik daxilolmalar ilə” diaqnozu ilə İ dərəcəli əlilliyin təyin edilməsi və sair sübut edir. Qeyd olunmalıdır ki, X4 təyin edilmiş “Baş beynin üzvi xəstəliyi (atrofiya mənşəli) nəticəsində yaranan ağır ağıl zəifliyi kobud davranış pozuntuları ilə” diaqnozu “ağır dərəcəli əqli gerilik” kimi qiymətləndirilməlidir. Mülki işdə təqdim olunmuş tibbi sənədlərin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, X5 onda qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işdə olan tibbi sənədlərə əsasən X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X5 onda qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Məhkəmə qeyd edir ki, Ərizəçi yaxın qohumu – əridir. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.1961-ci il təvəllüdlü X2 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5035/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5035/2024
12.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver