Məhkəmə qərarları › İş №2(004)-5045/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5045/2020

01.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5045/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Maraqlı şəxs “şəxsin əmək qabiliyyətinə malik olmaması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Maraqlı şəxs “şəxsin əmək qabiliyyətinə malik olmaması” tələbinə dair ərizə ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 əmək qabiliyyətinə malik olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149 və 317-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Maraqlı şəxs hazırkı ərizəni ərizəçi qismində deyil, maraqlı şəxs kimi tərtib etmişdir. Əsl olan maraqlı şəxsin adı isə ərizədə qeyd edilməmişdir. Maraqlı şəxs hazırkı ərizədə əri - X2 əmək qabiliyyətinə malik olmamasının müəyyən edilməsini xahiş etsə də, onun irəli sürdüyü tələbə mahiyyəti üzrə məhkəmədə baxılması mümkün deyildir. Çünki, Maraqlı şəxs ərinin əmək qabiliyyətinə malik olmamasının müəyyən edilməsi, yəni əlillik dərəcəsinin müəyyən edilməsi məsələsinə baxılması üçün məhkəməyə deyil, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməlidir. Maraqlı şəxs əri - X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verdiyi halda isə ona izah edilməlidir ki, o, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işin qaldırılması üçün Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində nəzərdə tutulmuş ərizə vermək səlahiyyətinə məxsus olan yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların) sırasına daxil deyildir. Azərbaycan Respublikası MPM-in 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149, 152, 306, 310 və 317-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyinə, ərizə onun imzalanmaq hüququna malik olmayan şəxs tərəfindən imzalandığına görə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 150, 151, 152, 306, 310, 317.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Maraqlı şəxs “şəxsin əmək qabiliyyətinə malik olmaması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar