Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5077/2025 25.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi olmaqla mülkiyyət hüququnun tanınması barədə ərizəsinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, məhkəmədə baxılmalı deyil) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi olmaqla mülkiyyət hüququnun tanınması barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Ərizə tələbi
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası Quliyev X2 vərəsəsi kimi tanınmağı və ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə X1 məxsus fərdi yaşayış evindən ikidə bir hissədən bir hissə olmaqla atası Quliyev X3 düşən paya mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
3. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir.
5. Təqdim edilmiş ərizədən görünür ki, ərizəçinin atası və anası vəfat etdiyindən atası Quliyev X2 vərəsələri o və bacısıdır. Bacısı miras əmlakdan onun xeyrinə imtina etməyə və ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə X1 məxsus fərdi yaşayış evindən ikidə bir hissədən bir hissə olmaqla, atası Quliyev X3 düşən paya onun mülkiyyət hüququnun müəyyən edilməsinə etiraz etmir.
6. Bu faktiki hallara istinadə ərizəçi xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək vərəsə kimi tanınmağını və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Göründüyü kimi, ərizəçinin tələbinin heç bir hissəsi xüsusi icraat qaydasında baxılmalı işlərin dairəsinə düşmür.
8. Ümumiyyətlə, nə ərizədən, nə iş materiallarından ərizəçinin mübahisəsinin nədən ibarət olduğu aydın deyil. Ərizədə vərəsələr dairəsi ilə ərizəçi arasında mübahisə olmadığı göstərilsə də bu halda nəyə görə Notariat orqanına müraciət edilmədiyi bəlli deyil. Notariat orqanına hər hansı müraciət, müraciətin təmin olunmasından imtina və s. ərizə materiallarına əlavə edilməmişdirş
9. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.
10. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi olmaqla mülkiyyət hüququnun tanınması barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə