Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5094/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə verilmiş 005676 saylı orderin Ərizəçi məxsus olması baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizəçi tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə ünvanlanmış ərizədən müəyyən olunur ki, Ərizəçi 005676 saylı, xx.xx.1992-ci il tarixli orderdə atasının adının Şirinəli olaraq dəyişdirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İ-9/2-068/2-t/1 saylı Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Maraqlı şəxs 005676 saylı, xx.xx.1992-ci il tarixli orderində ata adı ilə əlaqədar ziddiyyətlər mövcud olduğundan həmin orderdə düzəliş edilməsi mümkün deyildir. Ərizəçi məsələ ilə bağlı müvafiq olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan 005676 saylı, xx.xx.1992-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, bu order Ərizəçi Şirin oğluna ondan ötəri verilmişdir ki, o, Yeni ünvan 4 ünvanında yaşamaq hüququna malikdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1938-ci il tarixə Azərbaycan Respublikasının Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuşdur. Atası qrafasında X1, anası qrafasında isə X4 qeyd olunmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. Məhkəmə araşdırması zamanı və iş materialları iə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1938-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixli doğum haqqında akt qeydində atası qrafasında X1 qeyd olunmuşdur. Lakin Bakı Şəhər X3 Yasamal Rayon İcraiyyə Komitəsinin 005676 saylı, xx.xx.1992-ci il tarixli orderində ərizəçinin atasının adı səhvən “Şirinağa” əvəzinə “Şirin” kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizə təmin edilməli və 005676 saylı, xx.xx.1992-ci il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə tərtib edilmiş 005676 saylı orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5094/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5094/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver