Məhkəmə qərarları › İş №2(004)-5104/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5104/2022

03.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5104/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış X4 Prado markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (köhnə nömrə nişanı ** JK ***) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və X4 Prado markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində iddiaçının və Cavabdeh1 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və nikah dövründə əldə edilmiş ümumi əmlakda payların müəyyən edilməsi tələblərinə dair cavabdeh, Cavabdeh1 qarşı iddia ərizəsi verilmişdir. İddiaçı, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış TOYOTA LAND-CRUİSER-PRADO minik markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, dövlət qeydiyyat nişanlı ** CH *** olan minik avtomobili olan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini və minik avtomobilinin üzərində iddiaçının və cavabdehin hər-birinin ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, qeyd edilən alqısatqı müqaviləsi mövcud deyildir və cavabdehin mülkiyyətində belə bir əmlak olmadığından ondan pay istənməsi mümkünsüzdür. Məhkəmə yuxarıda qeyd edilən amilləri nəzərə alıb iddianı rədd etməlidir. Həmçinin, iddia ərizəsinə etiraz olaraq bildirirlər ki, iddia olaraq qaldırılmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış TOYOTA LAND- CRUİSER-PRADO minik markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, dövlət qeydiyyat nişanlı ** CH *** olan minik avtomobili olan nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi mümkünsüzdür. İddiaçının bildirdiyi üzrə alqı-satqı müqaviləsi mövcud deyildir. Cavabdeh1 ilə Cavabdeh2 arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, iddiaçı buna dair hər-hansı bir əsas olacaq sənəd, sübut və ya başqa sənəd də təqdim etməmişdir. İddiaçı sadəcə maşın markası qeyd etmiş və mülahizələrə dayanan bir iddia ərizəsi vermişdir ki, bu tamamilə əsassızdır. Hətta iddia tərəfinin verdiyi sorğudan da görünür ki, cavabdehlər kimi qeyd edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında müqavilə münasibəti olmamışdır. Bildirirlər ki, reyestrdə qeyd edilən əmlakların alğı-satqısına dair müqavilələr notarial qaydada bağlanılır ki, əgər belə bir müqavilə olsaydı belə bu tələb üzrə (alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi) Cavabdeh1 deyil mübahisələndirilən müqaviləni təsdiqləyən notariat kontoru olardı. Yuxarıda qeyd edilənlərdən, verilən iddia ərizəsindən və qoşma hissəsindən aydın olur ki, iddiaçı heç bir sübut təqdim etmədən, iddiasında qeyd etdiyi müqaviləni işə əlavə etməyərək əsassız müraciət etmişdir. Həmçinin əlavə etmədiyi sənədləri hansı səbəbdən əlavə etmədiyi barədə də fikir bildirməmişdir ki, bu hal belə prosessual pozuntu hesab edilir. İddiaçı əsası olmayan iddia ərizəsi ilə sadəcə məhkəmənin yükünü artırmş, məhkəməni məşğul etmişdir. Yuxarıda qeyd edilən amillərdən də, göründüyü kimi iddiaçı tamamilə əsassız və qanunamüvafıq olmayan bir tələb irəli sürmüşdür. Qeyd edilən məsələlər ilə bağlı, nə etibarsız hesab ediləcək müqavilə, nə də ki Cavabdeh1 məxsus, bölünəcək bir əmlak yoxdur. İddiaçının ərizəsində xahiş etdi hissəsi ilə əsaslandırıcı hissə biri digərini tamamlamır. Odur ki, iddiaçının tələbinin rədd edilməsinə zərurət vardır. İddia ərizəsinin xahiş etdi hissəsindən və digər bütün işin hallarından məlum olur ki, iddiaçı sadəcə mülahizələrə və şəxsi fikirlərinə əsaslanmaqla qanunvericilik normalarını nəzərə almadan, ədalətli və vicdanlı davranış sərgiləmədən haqsız tələblər irəli sürmüşdür. Odur ki, iddia ərizəsində qeyd edilən bu və digər tələblər mümkünsüz hesab edilərək rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, əmlakda pay müəyyən edilməsi deyil, əmlaka görə pul ödənilməsini istəyir, hələ rəsmi şəkildə boşanmamışlar, nikahın pozulması ilə bağlı iş Şabran Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Az-İ № 371057 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 arasında xx.xx.2007-ci il tarixdə 030 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən göndərilmiş mətuba əlavə olunmuş çıxarışdan görünür ki, X4 Prado markalı ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722 olan, 90KJ850 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına təhvil-təslim aktl əsasında qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmışdır. X4 Prado markalı ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722 olan 77CH352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanıldığını, Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri 77CH 352 dövlət qeydiyyat nömrə nişanlı X6 Prado markalı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satdığını bildirsə də iş materialları ilə cavabdehlər Cavabdeh1 ilə əsasında Cavabdeh2 arasında qeyd edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanması müəyyən edilməmiş, iddiaçı tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı üçün, qanunla müəyyən edilmiş, müqavilənin subyekt tərkibinə, formasına, məzmununa və iradə ifadəsinə dair halların pozulması məhkəmə tərəfindən müəyyən edilmir və iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi rədd edilməli və Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı təərfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onlara aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış X4 Prado markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (köhnə nömrə nişanı ** JK ***) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və X4 Prado markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində iddiaçının və Cavabdeh1 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar