Məhkəmə qərarları › İş №2(004)-5117/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5117/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5117/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X13 oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsini cəlb etməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə birgə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsini cəlb etməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə məhkəməyə müraciət edərək, fərdi mənzil tikintisi üçün 2-1269 saylı,0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5(keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi1 məxsus olması faktını, fərdi mənzil tikintisi üçün 1-857 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5(keçmiş Buzovna Tərəvəzçilik-sütçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 29 may 1994-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Belə ki, Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən 29 may 1994-cü il tarixdə verilən, Vİ-JQ 405215 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”yə əsasən, xx xxxxxxxx 1965-ci ildə Azərbaycan Respublikası Fizuli rayonunun Gecə-gözlü kəndində doğulmuş vətəndaş Ərizəçi1 ilə 5 aprel 1976-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuş X11 29 may 1994-cü ildə nigahlarını bağlamışlar və bu barədə nigahın bağlanması haqqında akt qeydləri kitabında 1994-cü ildə may ayının 29-cu günündə 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin familyası (soyadı) “Orucov”, arvadın familyası (soyadı) “Orucova” olmuşdur. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər X1 etibarnamə üzrə nümayəndəsi Füzuli rayonu, Gecəgözlü kənd ünvanında qeydiyyatda olan X7 ünvanlanmış 14 sentyabr 2023-cü il tarixli, 1-2-27/2-366/2023 nömrəli məktubunda deyilir ki, “...Sizin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 ünvanladığınız 8 iyun 2023-cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafıq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Bildirmişlər ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Orucov Səyavuş B. oğluna (ata adı göstərilməyib) fərdi mənzil tikintisi üçün 2-1269 saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə vətəndaşın adının Ərizəçi1 qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır...” Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 14 sentyabr 2023-cü il tarixli 1-2-27/2-366/2023 saylı məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) tərəfindən X8 torpaq sahəsinin ayrılmasına dair 21 may 2003-cü il tarixli 28 saylı əmrinin Arxiv Arayışının verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 21 may 2003-cü il tarixli 28 saylı əmrdə Orucov Səyavuş B. oğluna qeyd olumaqla ata göstərilmədiyindən arxiv arayışının verilməsi mümkün olmamışdır. Halbuki, ərizəyə əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik- südçülük sovxozu) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrdən Çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X8 0,10 hektar hesabı ilə 2-1269 saylı həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. Eyni zamanda, ərizəyə əlavə edilən Abşeron Rayon İcra Hakimiyyəti üzrə “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” 096 nömrəli, 20 avqust 1999-cu il tarixli Sərəncamdan Çıxarışa əsasən, Abşeron Rayon İcra hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli 096 №li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük savxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün, hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu 1.5 hektar küçə altına, cəmi 6.5 hektar torpaq sahəsinin ayrıldığının nəzərə alınması; vətəndaş Ərizəçi1 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarının və sovxozun 16 avqust 1999-cıı il tarixli 27/K №li əmrinin nəzərə alınması; vətəndaşa verilmiş həyatyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikitisinə icazə verilməsi; torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərliyin sovxozun direktoru M.Əhmədova həvalə edilməsi qərara alınmışdır. Həmin sənədlərin əslindən də aydın görünür ki, bəhs edilən hüquq müəyyənedici sənədlərdə torpağın sahibi kimi Ərizəçi1 qeyd edilmişdir. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 Orucova (Rəfili) Əfsanə Elbrus qızının etibarnamə üzrə nümayəndəsi Füzuli rayonu, Gecəgözlü kənd ünvanında qeydiyyatda olan X7 ünvanlanmış 14 sentyabr 2023-cü il tarixli, 1-2-27/2- 367/2023 nömrəli Məktubunda deyilir ki, “...Sizin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 ünvanladığı 8 iyun 2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Bildirmişlər ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Əfsanə Elburus qızına (soyadı göstərilməyib) fərdi mənzil tikintisi üçün 1-857 saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın adının X11 qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən Orucova (Rəfili) Əfsanə Elbrus qızına torpaq sahəsinin ayrılmasına dair 21 may 2003-cü il tarixli 28 saylı əmrinin Arxiv Arayışının verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 21 may 2003-cü il tarixli 28 saylı əmrdə Əfsanə Elbrus qızına qeyd olumaqla soyadı göstərilmədiyindən arxiv arayışının verilməsi mümkün olmamışdır. Halbuki, ərizəyə əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 nömrəli “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” Əmrdən Çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X9 0,10 hektar hesabı ilə 1-857 saylı həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. Eyni zamanda, Ərizəyə əlavə edilən Abşeron Rayon İcra Hakimiyyəti üzrə “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” 096 nömrəli, 20 avqust 1999-cu il tarixli Sərəncamdan Çıxarışa əsasən, Abşeron Rayon İcra hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 №li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük savxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün, hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu 1.5 hektar küçə altına, cəmi 6.5 hektar torpaq sahəsinin ayrıldığının nəzərə alınması; vətəndaş X9 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük savxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarının və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K №li əmrinin nəzərə alınması; vətəndaşa verilmiş həyatyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikitisinə icazə verilməsi; torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərliyin sovxozun direktoru M.Əhmədova həvalə edilməsi qərara alınmışdır. Həmin sənədlərin əslindən də aydın görünür ki, bəhz edilən hüquq müəyyənedici sənədlərdə torpağın sahibi kimi X11 qeyd edilmişdir. Ərizəyə əlavə edilən sənədlər təsdiq edir ki, onlar yuxarıda qeyd edilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ərizəçilərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, ərizəni müdafiə etdiyini və ərizəsinin təmin olunmasını, bu günə təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini ərizəsini və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 405215 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X11 arasında 29 may 1994-cü il tarixdə nikah bağlanmış və bu nikah 18 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 1-2-27/2-367/2023 saylı, xx.xx.2023-cü il tarixli Füzuli rayonu Gecəgözlü kənd ünvanında qeydiyyatda olan X7 ünvanlandırdığı məktuba əsasən “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan- cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Bildirmişdir ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Əfsanə Elburus qızına (soyadı göstərilməyib) fərdi mənzil tikintisi üçün 1-857 saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın adının X11 qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.” - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 28 saylı, xx.xx.2003cü il tarixli “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi” haqqında Əmrdən çıxarışa əsasən “Ərizəçi1 və Ərizəçi2 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.” - “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi” haqqında 096 saylı, 20 avqust 1999-cu il tarixli Azərbaycan Respublikası Abşeron rayon İcra hakimiyyəti üzrə sərəncamından çıxarışına əsasən “Abşeron rayon İcra hakimiyyəti qərara alaraq, Abşeron rayon İcra hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu, 1,5 hektar küçə altına, cəmi 6,5 hektar torpaq sahəsi ayrıldığı nəzərə alınsın; vətəndaşlar Ərizəçi1 və Ərizəçi2 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozun əmək kollektivi şürasının və həmkərlar ittifaqı komitəsinin 30 iyun 1999-cü il tarixli qərarı və sovxozu 16 avqust 1999-cü il tarixli 27/K nömrəli əmri nəzərə alınsın; Vətəndaşlara verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin, torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozu direktor M.Əhmədova həvalə edilsin.” - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 məhkəməyə ünvanladığı 19 noyabr 2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Təşkilatı Komitəsinin 02 saylı, xx.xx.2003-cü il tarixli protokolundan çıxarışa və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 28 saylı, xx.xx.2003-cü il tarixli əmrinə əsasən siyahıda adı X5 hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır: 857 – Əfsanə Elbrus qızı, 1269 – Orucov Səyavuş B. oğlu. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrə əsasən fərdi mənzil tikintisi üçün 2-1269 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsi Ərizəçi1 ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrə əsasən Fərdi mənzil tikintisi üçün 1-857 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsi Orucova (Rəfili) Əfsanə Elbrus qızına ayrılmışdır. Yəni, sözügedən hüquq müəyyən edici sənədlərdə ərizəçilər Ərizəçi1 ad və Orucova (Rəfili) Əfsanə Elbrus qızının soyadında texniki yanlışlıqlar mövcuddur. Bu səbəbdən, əmlak üzərində müvafiq hüquqi hərəkətlərin aparılması mümkün deyildir. Həmin nöqsanın aradan qaldırılması üçün ərizəçilər tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 müraciət edilsə də, imtina cavabı verilmişdir. Məhkəmə nəzərə alır ki, sözügedən yanlışlıqlar texniki xarakterlidir və aradan qaldırılmalıdır. Mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, fərdi mənzil tikintisi üçün 2-1269 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilməli, fərdi mənzil tikintisi üçün 1-857 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Fərdi mənzil tikintisi üçün 2-1269 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Fərdi mənzil tikintisi üçün 1-857 saylı, 0,10 ha ölçülü həyətyanı torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar