Məhkəmə qərarları › İş №2(004)-5125/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5125/2022

17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5125/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Vİİİ (avqust ayı) 1971-ci il tarixli “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunda tərib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportunun Tağıyev X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarxdə vəfat etmiş atası Tağıyev X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras əmlaka faktiki sahiblik və idarə etdiyindən və qanun üzrə vərəsə olaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması və miras əmlakla X12 "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" 1971-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunun pasportu və vərəsəlik işi üçün aidiyyatı digər sənədlər də təqdim edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi təmin edilməmiş və səbəb kimi mərhum Tağıyev X3 adına olan miras əmlakla bağlı hər hansı hüquq müəyyənedici sənədin təqdim olunmadığı və buna görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olması barədə 735 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Atasından miras qalmış fərdi yaşayış evinin "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunda 1971-ci ildə tərtib edilmiş pasportunda "ata adı"nın qeyd olunmadığından daşınmaz əmlakın Tağıyev X5 məxsus olmaması kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X7 və X4 məhkəməyə verdikləri ifadələrində göstərmişdirlər ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin atası Tağıyev X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir və ondan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi miras əmlaka faktiki sahiblik və idarə edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərn ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, AZ № ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Tağıyev X6 qeyd edilmişdir. AZ-İ № 576782 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Tağıyev X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1971-ci il tarixli “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunda tərib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportun və ev sahibliyinin kartoçkasının surətlərindən görünür ki, Tağıyev X3 adı “X15” kimi qeyd olunmuşdur. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 735 saylı məktubdan görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş Tağıyev X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə Ərizəçi tərəfindən müraciət daxil olmuşdur. Tağıyev X3 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə işlərinin aparılması üçün mərhum Tağıyev X3 adına olan hər hansı huquqmuəyyənedici sənəd təqdim olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Vİİİ (avqust ayı) 1971-ci il tarixli “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunda tərib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportunun Tağıyev X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar