Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-514/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borc” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1140955 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin geri qaytarılması, cavabdehdən xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 1697,76 manat gecikdirilmiş əsas borc, 308,12 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 466,15 manat dəbbə pulu olmaqla, cəmi 2472,03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA030497 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən o, illik 15% hesablanmaqla 48 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 384,14 manat, ümumilikdə isə 18438,21 manat məbləğində pulu MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18438,21 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 770 manat məbəğində olmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə ümumilikdə 2472,03 manat borcu yaranmışdır. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh istifadəsində olduğu müddət ərzində DYP tərəfindən inzibati qaydada cəmi 544 manat məbləğində cərimə olunduğunu, həmin məbləğin iddiaçı tərəfindən ödənildiyini göstərmiş, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 2714,66 manat gecikdirilmiş əsas borc, 443,65 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1796,19 manat dəbbə pulu, həmçinin avtomobilin bərpa olunması üçün tələb olunan 490 manat məbləğ və X2 görə ödənilmiş 544 manat məbləğ olmaqla, cəmi 5988,50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə və ona edilmiş xx.xx.2017-ci il tarixli 3 saylı əlavəyə əsasən, lizinq verən lizinq alanın sifarişi ilə, 2017-ci il buraxılışlı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı, XWBTF69V9HA030497 ban nömrəli, albalı rəngli avtomobili, 13800 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmasını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilməsini tərəflər öhdələrinə götürmüşdürlər. Lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək, hər ay 384,14 manat məbləğində ödəməlidir. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 2714,66 manat gecikdirilmiş əsas borc, 443,65 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1796,19 manat cərimə, cəmi 4954,50 manat borcu vardır. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxış zamanı avtomobilin 490 manat məbləğində hissələrinin dəyişdirilməsi müəyyən olunmuşdur. AC seriyalı 981590 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. Həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdehə daxili lizinq müqaviləsinə əsasən yaranmış borcunu 7 gün müddətində ödəmədiyi təqdirdə, lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi borcunu ödəyə bilmədiyi üçün Cavabdeh alınıb İddiaçı MMC-yə təhvil verilmişdir. Ödəniş qəbzlərindən görünür ki, protokol nömrəsi EQ3296620 olan inzibati xəta üzrə 64 manat, protokol nömrəsi EQ3296616 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi İXP3076057 olan inzibati xəta üzrə 64 manat, protokol nömrəsi EQ3011957 olan inzibati xəta üzrə 96 manat, protokol nömrəsi EQ3011959 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi EQ3125642 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi EQ3273235 olan inzibati xəta üzrə 80 manat ödəniş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə xx.xx.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 2714,66 manat əsas borc, 443,65 manat mükafat, dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsi rəhbər götürülməklə azaldılaraq 200 manat, avtomobilin bərpa olunması üçün tələb olunan 490 manat, cəmi 3848,31 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və öhdəliyini lazımınca yerinə yetirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi cərimə əsas borca mütənasib deyildir və azaldılmalıdır. Bununla yanaşı, iddia tələbinin “X2 görə ödənilmiş 544 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İnzibati xətalar məcəlləsində, müvafiq hüquqi şəxsin cəriməsinin sürücüyə aid edilməsinə dair (qanunla müəyyən edilmiş müddətdə) müraciət hüququ tanınmışdır ki, iddiaçı bu hüququndan istifadə etməyərək, üçüncü şəxsin öhdəliyini onun xeyrinə icra etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin məcəllənin 123.2-ci bəndinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017- ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2714,66 manat əsas borc, 443,65 manat mükafat və həmin günə hesablanmış 200 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 490 manat, cəmi 3848,31 (üç min səkkiz yüz qırx səkkiz manat 31 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-514/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-514/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver