Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5149/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ərizənin təmin edilərək markalı 1.50 kq Kivi, 2. 30 kq Xiyar, 3. 30 kq Soğan, 4. 50 kq Kartof, 5. 9 yeşik portağal (hər biri 5 kq), 6. X2 (yağ, vegetable ghee, qida yağı, zero trans vegetable ghee) məhv edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşmüşdür. Həmin malların istehlaka yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-1300/2-000465/2024 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza" Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası MPM-nin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş mallar öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza" Birliyi xx.xx.2024-cü il tarixli 01 nömrəli ekspert rəyindən göründüyü kimi Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs Bakı şəhəri, Abşeron rayonu, Məmmədli cəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş 6 adda mal yararsız vəziyyətdə olduğundan məhv edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də 1. 50 kq Kivi,
2. 30 kq Xiyar, 3. 30 kq Soğan, 4. 50 kq Kartof, 5. 9 yeşik oortağal (hər biri 5 kq), 6. Ərzaq (yağ, vegetable ghee, qida yağı, zero trans vegetable ghee) yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Ticarət və Sənayə palatası “Azərekspertiza” Birliyinin 29 aprel 2024-cü il tarixli, 1 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən müvəqqəti saxlanc anbarında olan saxlama müddəti bitmiş tez xarab olan 6 adda ərzaq mallarında xarici görünüşü, iyi, dadı, rəngi, konsistensiyası, quruluşu, xırdalanma dərəcəsi və s. müəyyən edilir. Orqanoleptik göstəricilərə əsasən təqdim edilən adda 6 adda ərzaq malları qüsurludurlar, keyfiyyətlərini itiriblər və öz təyinatları üzrə istifadə oluna bilməzlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" X1 İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc anbarlarında saxlanılan 6 adda ərzaq malları- 1. 50 kq Kivi,
2. 30 kq Xiyar, 3. 30 kq Soğan, 4. 50 kq Kartof, 5. 9 yeşik oortağal (hər biri 5 kq), 6. Ərzaq (yağ, vegetable ghee, qida yağı, zero trans vegetable ghee) ekspert rəyinə əsasən keyfiyyətlərini itirmişlər və öz təyinatları üzrə istifadə oluna bilməzlər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 6 adda ərzaq malları- markalı
1. 50 kq Kivi, 2. 30 kq Xiyar, 3. 30 kq Soğan, 4. 50 kq Kartof, 5. 9 yeşik portağal (hər biri 5 kq), 6. Qarışıq Ərzaq (yağ, vegetable ghee, qida yağı, zero trans vegetable ghee) məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 6 adda ərzaq malları- markalı 1. 50 kq Kivi, 2. 30 kq Xiyar, 3. 30 kq Soğan, 4. 50 kq Kartof, 5. 9 yeşik portağal (hər biri 5 kq), 6. Qarışıq Ərzaq (yağ, vegetable ghee, qida yağı, zero trans vegetable ghee) məhv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu