Məhkəmə qərarları › İş №2(004)-515/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-515/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-515/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X27 oğlunun katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Maraqlı şəxs1 cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X10 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Maraqlı şəxs1na qarşı xüsusi icraat qaydasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş JN-081F, KOD 50102028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1949-cu il təvəllüdlü X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə mərhum qardaşı X11 adına ünvan 3ində yerləşən torpaq sahəsindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və buna dair torpağın mülkiyyətə verilməsinə dair JN-81F nömrəli şəhadətnamə verilmişdir. Lakin verilmiş şəhadətnamədə mərhum qardaşının adı və atasının adını səhv yazmışlar. Bütün sənədlərdə qardaşının adı X20 əvəzinə X3 yazmışlar. Həmin torpaq sahəsinin üzərində də 16x13 metr uzunluğunda birmərtəbəli həyət evi tikilmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi mərhum qardaşı xx.xx.2003-cü il tarixdə vəfat etdiyi tarixdən də ərizəçinin istifadəsindədir. Onun yeganə vərəsəsi də ərizəçidir. Hazırda o, mərhum qardaşından miras qalmış ünvan 3ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair maraqlı şəxs olan Qazax Rayon Notariat ofisinə müraciət etmişdir. Qazax Rayon Notariat ofisi də ərizəsi əsasında vərəsəlik işi açılmış və miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrindən yüklü olub-olmaması haqqında arayış və çıxarışın verilməsi barədə maraqlı şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə məktub ünvanlamışdır. Maraqlı şəxs şifahi olaraq əvvəlcə ona bildirmişdir ki, ad və ata adında fərq olduğu üçün arayış verə bilməyəcək. Daha sonra ərizəçi 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə mərhum qardaşı X11 adına verilmiş JN-81F nömrəli şəhadətnamədə düzəliş edilməsi barədə müraciət etmiş, lakin maraqlı şəxs imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Bu səbəbdən də o, 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə X7 adına ünvan 3ində yerləşən torpaq sahəsindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və buna dair torpağın mülkiyyətə verilməsinə dair JN-81F nömrəi şəhadətnamənin həqiqətən də mərhum qardaşı xx.xx.1949-cu il təvəllüdlü X13 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X10 izahatında bildirdi ki, uzun müddətdir ki, ata yurdu ilə bağlı sənədləşmə işləri Ermənistanla olan müharibələr səbəbi ilə yarımçıq qalmışdı. Atası rəhmətə gedəndən sonra həmin əmlak anasının adına, daha sonra isə qardaşının adına keçmişdi. Anası və qardaşı da rəhmətə getdiyinə görə orada sadəcə o qalmışdır. O da qardaşından vərəsəlik qaydasında əmlakı qəbul etmək istəyir. Qardaşı 2003-cü ildə rəhmətə gedib. Vərəsəlik qaydasında əmlakı qəbul etmək üçün Notariat Kontoruna müraciət etmişdir. Onlar da onu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndərmişlər. Orada sənədlərə baxılmış və sənədlərini qəbul etməmişlər, çünki 1997-ci ildə torpaq islahatı zamanı qardaşının adı X20 olmasına baxmayaraq, adını X3 qeyd ediblər. Onların ləhçələrində sözlərin deyilişində müəyyən fərqlər olur. Regional mərkəz Tovuzda yerləşir, Qazaxa da oradan nəzarət olunur. Qardaşının şəxsiyyət vəsiqəsində adı Abdudur, lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Abdulla kimi qeyd olunub. Şəhadətnamənin surətini icra hakimiyyətindən əldə edib, əslini təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktuba əsasən müəyyən olunur ki, araşdırma zamanı JN-81F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-81F nömrəli şəhadətnamədə göstərilən məlumatlar baza məlumatları ilə eynidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrində düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Qazax Rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinə ünvanlanmış məktuba əsasən müəyyən olunur ki, xx.xx.2003-cü ildə vəfat etmiş X9 miras qalmış ünvan 3i ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qardaşı X6 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və 8V-389/2022 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş mərhum X20 bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 5.1-1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunun təqdim edən şəxs vasitəsi ilə açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X9 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakı dövlət reyestrindən yüklü olubolmaması haqqında arayış və ya çıxarışın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZ-ll 066211 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X10 xx.xx.1951-ci il tarixdə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. X4, anası X15r. İş materiallarında olan JN-081F, KOD 50102028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən müəyyən olunur ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş 0,08 ha torpaq sahəsi X7 mülkiyyətinə verilir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X20 xx.xx.2003-cü ildə ünvan 3ində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-1002/4 nömrəli arayışa əsasən müəyyən olunur ki, X20 01 avqust 1949-cu il tarixində Qazax rayon Ağköynək kəndində anadan olmuşdur. Bu barədə 10 aprel 1949-cu ildə Qazax rayon Ağköynək kənd İƏD-də 07 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X19r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/09lS/012357-22 nömrəli arayışa əsasən X1 Hamayıl Calal qızı nikaha daxil olmuşlar. 08 sentyabr 1940-cı il tarixdə 04 saylı nikah haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə X11 adına ünvan 3ində yerləşən torpaq sahəsindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və buna dair torpağın mülkiyyətə verilməsinə dair JN-81F nömrəli şəhadətnamə verilmişdir. Lakin verilmiş şəhadətnamədə mülkiyyətçinin adı və atasının adını səhv yazılmışdır. Bütün sənədlərdə X20 əvəzinə X3 yazılmışdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş JN-081F, KOD 50102028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1949-cu il təvəllüdlü X13 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş JN-081F, KOD 50102028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1949-cu il təvəllüdlü X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar