Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5154/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1, X3, İddiaçı4, İddiaçı2 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinə qarşı və maraqlı şəxs X1 qarşı borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı2 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinə və maraqlı şəxs X1 qarşı borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan AZEMİS elektron çıxarışdan görünür ki, cavabdeh Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinin hüquqi ünvanı ünvan 2 cavabdeh Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinin hüquqi ünvanı isə ünvan 3 ünvanıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə iddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı2 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinə və maraqlı şəxs X1 qarşı borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı ərazi üzrə müvafiq Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı2 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və Bakı şəhəri 6 saylı dövlət Notariat Ofisinə və maraqlı şəxs X1 qarşı borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı o ərazi aidiyyatı üzrə müvafiq Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5154/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5154/2020
05.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver