Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5156/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı “protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yasamal İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən 117483-CNS-l 1706 nömrəli, 23 oktyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borc üzrə 23342,93 ABŞ dolları, faiz borcu üzrə 8055,90 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, ümumilikdə isə 31448,83 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı Cavabdeh2 ASC-yə borcunun ödənilməsi, borc ödənildikdən sonra pul artıq qalarsa, artıq qalmış pul vəsaitinin X5ma verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 61000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində cavabdeh X4 və onunla birlikdə yaşayan digər cavabdehlər olan ailə üzvləri (qohumları) X7, X6, İddiaçı, X8, X9 və X10 mənzili könüllü surətdə tərk etmədikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin ipoteka predmeti olan əmlak hərrac vasitəsi ilə satışa çıxarılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti 61000 manat müəyyən edilmişdir. Hərracı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən aparılmışdır. Bank VTB-nin məktubundan məlum olmuşdur ki, guya keçirilmiş hərracda ipoteka ilə yüklü edilmiş əmlak üzrə alıcının tapılmaması səbəbindən həmin əmlak Hərrac Mərkəzi tərəfindən banka təkilif olunmuş və əmlak 29 dekabr 2020-ci il tarixdə 38887,50 manata Bankın balansına götürülmüşdür. Beləliklə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 61 00 manat olmasına baxmayaraq, həddindən artıq aşağı qiymətə Cavabdeh2 ASC-yə təklif olunmuş və onun balansına keçirilmişdir. Bundan başqa mənzil ona və ipoteka qoyana alınması üçün təkilf edilməmişdir və məlumat verilməmişdir. Hesab edir ki, hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir və onun nəticəsi əsasında verilmiş çıxarış ləğv olunaraq təkrar hərrac keçirilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X3 izahat verərək bildirir ki, bank tərəfindən kredit borcunun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, məhkəmə qətnaməsinə əsasən borc tutulmuş və ipoteka predmetinə yönəldilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, lakin şikayət təmin olunmamışdır. İddia tələbi əsassızdır. Belə ki, hərracın keçirilməsi barədə bildirişlər və məlumatlar vaxtında və lazımi qaydada göndərilmişdir. Tərəflər hərracın keçirilməsində iştirak etmədiyindən hərracın keçirilməsi növbəti tarixə təxir olunaraq yenidən tərəflərə bildiriş göndərilmişdir. Həmçinin əlavə olaraq bildirir ki, mübahisəli ev iddiaçının deyil, ipoteka qoyan X2 mülkiyyətində olduğundan İddiaçı həmin mənzilin açıq hərracda satılması ilə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər "xxxx" Hərrac Mərkəzi MMC və Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 78/2018 nömrəli 05.01.2018-ci il tarixli qətnaməsinə əsasən 117483-CNS-11706 nömrəli, 23 oktyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən əsas borc üzrə 23342,93 ABŞ dolları, faiz borcu üzrə 8055,9 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, ümumilikdə isə 31448,83 ABŞ dolları məbləğində pul vəsaiti və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC- nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən ev 37, 5 saylı mənzilə yönəldilməsi və mənzilin ilkin satış məbləği 61000 manat müəyyən edilməklə açıq hərracda satılması, açıq hərracdan satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə borcun ödənilməsi və tutma ipoteka predmetinə yönəldikdən sonra mənzilin bir ay ərzində boşaldılması qət edilmişdir İş materiallarına əlavə edilmiş 15.10.2020-ci il tarixli 01 №-li, 12.11.2020-ci il tarixli 02 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 19.11.2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək və 06.11.2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, X7, X6, X8, X9, X10, H.şimzadə Samirə Nizami qızı və Cavabdeh2 ASC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 169211 nömrəli qəbzin təsdiq olunmuş surətinə əsasən bildiriş 12.11.2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən təhvil alaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş “birjanews.az” saytının 14.10.2020-ci tarixli, 218 nömrəli, 11.11.2020-ci il tarixli, 223 nömrəli, “cumhuriyyet.biz” saytının 21-23 noyabr 2020ci il tarixli, 100 nömrəli elanlarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 61000 manat, ikinci dəfə 51850 manat, üçüncü dəfə isə 3887,5 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5156/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5156/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver