Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5157/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında quraşdırılmış su sayğacı (abonent kodu: **********760) ilə bağlı Cavabdeh ASC tərəfindən hesablanmış 1576,70 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonu işğal olunduqdan sonra ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Həmin ünvanda quraşdırılmış su sayğacı onun adıma rəsmiləşdirilmişdir. Cavabdeh orqan CavabdehSC onun yaşadığı mənzilin abonent saldosuna əsassız olaraq 1576,70 manat məbləğində borc yükləmişdir. O, həmin mənzil üçün nəzərdə tutulmuş su sayğacından keçən suyun sərfiyyatına görə ödənişləri tam və vaxtında ödəmişdir. Su sayğacına onun ailə üzvləri tərəfindən hər hansı bir müdaxilə olunmamışdır. Sözügedən ünvanda su xəttindən qeyriqanuni istifadə halı olmamışçdır. Cavabdeh ona ünvanlanmış qəbzdə göstərilən borc məbləğini sübüt edən heç bir dəlil təqdim edə bilməməsinə baxmayaraq üzərinə bu qədər borcun yüklənməsi heç bir halda ədalətli ola bilməz. Hesab edirə ki, Cavabdeh ASC tərəfindən ondan su sərfıyyatnın bərpa edilməsinə görə tələb olunan pulun heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydalarının 2.1.8-ci maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə, işin yuxarıda sadaladığı hallarından tam aydın olur ki, sayğaca onun tərəfindən heç bir əlavə müdaxilə olunmamışdır. Ona yazılmış borcun məbləği ilə də razı deyil. Belə ki, mənzilin aylıq su sərfiyyatı maksimim 5-10 manat arasında olacaqdır. 1576,70 manat isə təqribən bu mənzilin üç illik sərfiyyatıdır. Bu məbləğin onun üzərinə yüklənməsi isə heç bir halda qanuni və ədalətli ola bilməz. Ona görə də hesab edir ki, Cavabdeh ASC tərəfindən ona itirilmiş su sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1576,70 manat borc silinməlidir. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vemiş və əlavə olartaq bildirmişdir ki, 2014-cü ildən 2017-ci ilə qədər ailə üzvü 5 nəfərdən ibarət olsa da, sərfiyyat 11 nəfər üçün hesablanmışdır. 2017-ci ildən sonra isə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2017-ci ilin yanvar ayından etibarən sudan istifadəyə görə heç bir haqq ödəməmişdir. Bu öz əksini abonentin saldosunda da tapmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında "Azərsu“ ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/8084 nömrəli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən "Azərsu“ ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, İ-5517 nömrəli müraciətə əsasən bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2009-cu iİ tarixdə 10790815 nömrəli müqavilə bağlanaraq **********760 saylı abonent kodu açılmışdır. Qeyd edilən tarixdən ailə tərkibi 11 nəfər (6 nəfər məcburi köçkün) olmaqla hesabat aparılmışdır. Sözügedən mənzilin su xətti üzərinə xx.xx.2022-ci il tarixdən 22037380 nömrəli CSS-20 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixinədək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (6 nəfər məcburi köçkün otmaqla) məcburi koçkünlük imtiyazından istifadə etmişdir. Hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 1542,7 manat təşkil edir. Qeyd edilən borc məcburi koçkünlük imtiyazı almayaq 5 nəfər ailə tərkibinə görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kimmunal İstismar sahəsinin arayışından görünür ki, İddiaçı 2015-ci ildən ünvan 1 ünvanınında Laçın rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvü ilə birlikdə məskunlaşmışdır. İş materiallarında olan ********* nömrəli xx.xx.2022-ci il tarixli hesab fakturadan görünür ki, ünvan 3 ünvanını üzrə abonent İddiaçı həmin tarixə 1576,70 manat borc hesablanmışdır. İş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, su sərfiyyatı 2014-cu il üçün 93 m3, 2015-ci il üçün 348 m3, 2016-cı il üçün 365 m3, 2017-cı il üçün 352 m3, 2018-ci il üçün 365 m3, 2019-cu il üçün 366 m3 , 2020-ci il üçün 365 m3, 2021-ci il üçün 365 m3 və 2022-ci il üçün 204 m3 olmuşdur. Həmçinin müəyyən edilir ki, 2014-cü il üçün 323,2 manat, 2015-ci il üçün məcburi köçkünlük imtiyazı nəzərə alınmaqla 0 manat, 2016-cı il üçün məcburi köçkünlük imtiyazı nəzərə alınmaqla 0 manat, 2017-ci il üçün 167,5 manat, 2018-ci il üçün 182,5 manat, 2019-cu il üçün 183 manat, 2020-ci il üçün 182,5 manat, 2021-ci il üçün 334 manat, 2022-ci il üçün 204 manat olmaqla, cəmi 1576,70 manat borc hesablanmışdır. İddiaçı tərəfindən sudan istifadəyə görə heç bir ödəniş edilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 2014-cü il üçün 323,2 manat, 2017-ci il üzrə xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasında 137,5 manat borc hesablanmışdır ki, qeyd edilən borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda iddiaçıdan yalnız 2017-ci ilin noyabr ayından etibarən hesablanan borc tələb oluna bilər. Ona görə də, iddiaçıya 2014-cü il üçün hesablanmış 323,2 manat, 2017-ci il üzrə xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasında hesablanmış 137,5 manat borc olmaqla, cəmi 460,70 manat borc üzrə tələb hüququ müddətin keçməsinə görə qüvvədən düşdüyündən, bununla da qeyd edilən borc iddiaçıdan tələb edilə bilinmədiyindən onun abunə hesabından silinməlidir. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bununla belə, məhkəmə hesab edir ki, 2017-ci ilin noyabr ayından başlayaraq hesablanmış borcun silinməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, iddiaçı hər ay istifadə edilmiş su və kanalzasiya xidmətlərinin dəyərini ödədiyini qeyd etsə də, məhkəməyə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş abonentin saldosundan görünür ki, həmin müddət ərzində iddiaçı tərəfindən istifadə edilmiş su və kanalzasiya xidmətinə görə heç bir ödəniş edilməmiş, nəticədə iddiaçının 1110 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 460,70 (dörd yüz altmış manat yetmiş qəpik) manat borc İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 460,70 (dörd yüz altmış manat yetmiş qəpik) manat borc İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5157/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5157/2022
25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver