Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5161/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, şəhadətnamənin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, şəhadətnamənin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası 30 sentyabr 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi məsələsinə baxaraq hesab edir ki, tərəflərin iştirakı məhkəmə iclasında zəruridir, onların iştirakı olmadan işə baxılması, işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Buna görə də ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, şəhadətnamənin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə 2(004)-5161/2021 nömrəli mülki iş üzrə iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5161/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5161/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver