Məhkəmə qərarları › İş №2(004)-5165/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5165/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5165/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin Cavabdeh qarşı “pulun tutulması və müqavilə bağlanması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB cavabdehlər Cavabdeh qarşı “pulun tutulması və müqavilə bağlanması” tələbinə dair iddia ərizəsi ilə 30.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 52-ci məhəllədə yerləşən 21 saylı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh 01.01.2017 – 01.06.2021-ci il tarixi üçün istismar yığımı olan 348,3 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul iddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin xeyrinə tutulması, VÖEN **********, AZ54AİİB******************** hesabına ödənilməsi və cari ildən müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin nümayəndəsi X2 izahatında bildirir ki, əvvəllər "xxxx" QSC-nin balansında olan yaşayış binaları, yataqxanalar, qeyri-yaşayış sahələri o cümlədən, Yasamal rayonu, H.Cavid prospekti, 52-ci məhəllədə yerləşən 21 saylı bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli, 25 nömrəli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2015-ci il tarixli, 65 nömrəli sərəncamına və Bakı Şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentin 27.02.2015-ci il tarixli, 13 nömrəli sərəncamına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə qəbul edilmişdir. Mülkiyyətçi Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, istismar müqaviləsinin bağlanmasını və istismar haqlarını ödəməkdən əsassız olaraq imtina etmişdir. 3 saylı XT MKTB-i təsərrüfat hesablı planlı ziyanla işləyən müəssisələr siyahısına daxildir, mənzil fondunun qorunmasına, təmirinə çəkilən xərclər və işçilərin əmək haqqı, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan istismar haqlarının toplanması hesabına formalaşır. Bu kimi ödənişlərin vaxtında həyata keçirilməməsi səbəbindən vergi və digər sosial ödənişlər üzrə öhdəliklər MKTB tərəfindən vaxtında icra olunmadığından penyalar hesablanmış və nəticədə 3 sayli XT MKTB-nə maddi ziyan dəymişdir. Odur ki, hesablanmış penyalar nəzərə alınaraq iddia tələbində gösərilən məbləğin 20 %-i cavabdehden tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129,1 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir və bu barədə 07.10.2008-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı MKTB ilə Cavabdeh arasında bağlanmış 09.02.2016-cı il tarixli, 20 nömrəli müqaviləyə əsasən Cavabdeh 01.01.2016-cı ildən 01.01.2017-ci ilədək 3 saylı Xüsusi Təyinatlı MKTB-nin təqdim etidiyi hesablar üzrə hər ayın sonunadək istismar yığımı və məişət tullantılarının daşınması haqqını – 10,24 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 158 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş 02.07.2021-ci il tarixli akta əsasən Cavabdeh 09.02.2016-cı il tarixli, 20 nömrəli müqavilə üzrə 09.02.2016-cı ildən 02.07.2021-ci il tarixədək istismar xərclərinin cəmi 665,6 manat təşkil edir. Beləliklə, işin halları ondan ibarətdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh iddiaçı ilə kommunal xidmətlərə dair müqavilə bağlamasına baxmayaraq o, ödənişi etməkdən yayınmışdır. Nəticədə cavabdehin 348,3 manat borcu yaranmışdır. Məhkəmə iddianı 348,3 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 52-ci məhəllədə yerləşən 21 saylı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh 01.01.2017 – 01.06.2021-ci il tarixi üçün istismar yığımı olan 348,3 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul iddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” qanunun 8-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənildiyindən və iddia pul tələbi hissədə təmin edildiyindən 10 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 52-ci məhəllədə yerləşən 21 saylı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh 01.01.2017 – 01.06.2021-ci il tarixi üçün istismar yığımı olan 348,3 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul iddiaçı 3 saylı Xüsusi Təyinatlı MKTB-nin (VÖEN **********, AZ54AİİB********************) xeyrinə tutulsun. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar