Məhkəmə qərarları › İş №2(004)-5175/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5175/2025

02.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5175/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 74 (yeni qaydalarla: AZ1138, ünvan 1 ünvanına dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 adından nümayəndə qismində iştirak etməklə Cavabdeh4 tərəfindən digər Cavabdeh5 arasında bağlanmış 05 iyun 2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair, həmçinin Cavabdeh5 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı ve Reyestri X18n hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025ci il tarixdə verilmış çıxarışın ve tam pay göstərilməklə ********** sayla aparılmış qeydiyyatın ləğv edilməsinə dair, çıxarışın əvvəlki xx.xx.2025-ci il tarixinə olan cavabdehlərə aid ¼ hissəsində olan paylar göstərilməklə olan hüquqi vəziyyətinə qaytarılmasına və Cavabdeh1 ona satdığı, pulunu aldığı və qeydiyyata saldığı mübahisəli ünvan üzrə xx.xx.2025-ci il tarixli almış olduğu çıxarış üzrə ********** saylı qeydiyyat nömrəsi olan 1/4 hissədə payının onun adına keçirilməsinə dair qətnamə çıxarılmasını, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 barələrində və onların adlarından Bakı şəhəri, Yasamal rayonunda deyil məhz Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi X3 yanına gedərək, cavabdehlərin adından nümayəndə qismində iştirak etməklə Cavabdeh4 iştirakı ilə Cavabdeh5 arasında alqısatqı müqaviləsinin bağlanması zaman zaman cinayət tərkibli əlamətlərin olduğu halda, həmçinin maddi maraqları müqabilində əvvəlcədən öz aralarında razılığa gələrək cinayətkar qrup yaradaraq dövlət orqanlarını aldadaraq vəsait və əmlaklar əldə edib əsassız varlanmaları, etibardan suiistifadə etməklə onu aldadıb dələduzluq etmələri ve pullar mənimsəmələri faktları ilə bağlı aiddiyatı üzrə prokurorluğa təqdimat veriməsi ilə bağlı xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən eyvan, dəhliz, sanitar qovşaqları və bir böyük otaq daxil olmaqla 55 kv.m evə Cavabdeh1 ilə birlikdə baxıb bəyəndikdən sonra Cavabdeh1 ilə 21 yanvar 2017-ci il tarixində Bakı şəhəri 19 saylı notariat ofisinə gedib orada evə görə əvvəlcədən tələb etdiyi 15000 (on beş min) manat pulu ona ödəyib almışdır. Bundan sonra Cavabdeh1 razılığı ilə ünvan 2 ünvanına qeydiyyata da düşmüşdür. Hazırda da həmin ünvanda qeydiyyatdadır. 55 kv.m evi aldıqdan sonra oraya geyim əşyalarını, televizor, divan, soyuducu, yataq dəsti, şkaf, özünə məxsus qab-qacaqlar, mətbəx ləvazimatlarını həmin evə gətirib yığmışdır. Aldığı evinin sayğac göstəriciləri onun adına dəyişdirildi. (bu barədə iddia ərizəsinə sübutunu əlavə edir). Həmçinin aldığı evi öz vəsaiti hesabına Nizami adlı usta vasitəsilə (mobil telefon № ***-***-**-**) təmir etdirmişdir. Bir neçə ay olar ki, qonşulardan xəbər tutmuşdur ki, cavabdeh və qardaşları Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 74da qeydiyyatda olan Cavabdeh1 özünə aid ¼ hissəsini ona satmasına baxmayaraq yenidən başqa şəxslərə satmaları üçün və qardaşları ünvan 9-da qeydiyyatda olan Cavabdeh2 adına olan ¼ hissəsini, ünvan 9-də qeydiyyatda olan Cavabdeh3 aid ¼ hissəsini və Masazır kəndi, Fərman Kərimzadə küçəsi, ev 36B qeydiyyatda olan Cavabdeh6 aid hissəsini özbaşınalıq və qanunsuzluq etməklə, etibarından sui-istifadə edərək ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh4 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Yasamal Rayonu ərazisində deyil, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariusun xüsusi notariusu X1 ilə həmin evini ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh5 ona bir neçə il bundan qabaq satdıqlarını bildikləri və əşyalarının orada olduğunu bildikləri, evinin ona təhvil verilməsini və boşaldılmasını tələb etməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini bildikləri halda həmin evə bitişik evi və sahəni, eləcə də onun aldığı evi əşyaları ilə birlikdə ondan xəbərsiz və gizli yollarla tanımadığı digər cavabdehlərin adından Cavabdeh4 vasitəsilə alqı-satqısını həyata keçirərək, Cavabdeh5 adlı şəxsə satmaqla, evini və içərisində olan əşyaları ilə birlikdə Cavabdeh1 adında olan ¼ hissə ilə bağlı ona çatmalı olan pullarını dələduzluq və özbaşınalıq yolu ilə ələ keçirib, mənimsəyiblər. Bu qədər özbaşınalığın və qanunsuzluğun baş verməsinə göz yumula bilməz. Ona görə də iddia tələbi təmin edilməli, 05 iyun 2025-ci il tarixdə Bakı şəhəri Narimanov Rayonu 9 saylı notariat ofisində xüsusi notarius X1 ilə bağlanılmış evin satılmasına dair alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 74-də qeydiyyatda olan Cavabdeh1 özünə aid hissəsini, ünvan 9-də qeydiyyatda olan Cavabdeh2 adına olan ¼ hissəsini, ünvan 9-də qeydiyyatda olan Cavabdeh3 aid ¼ hissəsini və Masazır kəndi, Fərman Kərimzadə küçəsi, ev 36B qeydiyyatda olan Cavabdeh6 aid ½ hissəsini adlarından ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh4 iştirak etməklə Bakı şəhəri Nərimanov rayonu ərazisində həmin evin ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh5 satılmasına dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqının davamı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18n hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli verilən çıxarışın və tam pay ilə ********** aparılmış qeydiyyatın ləğv edilməsinə dair, çıxarışın xx.xx.2025-ci il tarixli ¼ hissədə cavabdehlərə məxsus paylar göstərilməklə ********** qeydiyyatı olan əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair, Cavabdeh1 ona satdığı xx.xx.2025-ci il tarixli çıxarışda göstərilən ¼ hissədə olan payının (55 kv.m bir otaqlı evin) onun adına keçirilməsi barədə qətnamə çıxarılmalı və günahkar cavabdehlər barəsində maddi maraqları müqabilində əvvəlcədən öz aralarında razılığa gələrək cinayətkar qrup yaradaraq dövlət orqanlarını aldaraq vəsait və əmlakı əldə edib əsassız varlanmaları, evi qanunsuz yollarla satmaları, pullar mənimsəmələri və etibarımdan sui istifadə etməklə dələduzluq faktları ilə bağlı aidiyyatı üzrə prokurorluğa təqdimat verilməsi barədə qərar çıxarılmalıdır. Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X12 arasında Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz hesab edilərək etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 55 kv.m. olan bir otaqlı evin ünvan 7ar 2017-ci il tarixdə Cavabdeh1 15.000 manat aldığını bildirmiş və güya qonşulardan xəbər tutaraq həmin evin Cavabdeh5 satıldığını öyrənmişdir. İddiaçı qeyd etdiyi bu hallarla bağlı nə iddia ərizəsində nə də iddia ərizəsinə qoşmada hər hansı bir sübutu iş materialına əlavə etməmişdir. Təkcə qeyd edilən bu hal onu deməyə əsas verir ki, iddiaçı heç bir hüquqi əsas və sənəd olmadan yalnız faktiki halları yalnız sözlərlə ifadə edərək iddia tələbini əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı ərizəsində almış olduğu mənzili 2017-ci il tarixdə 19 saylı notariat ofisində Cavabdeh1 satın aldığını bildirir. Lakin iş materiallarına iddiaçının özü tərəfindən əlavə edilmiş 9 saylı notariusun vərəsəlik hüququ haqqında şəhadətnaməsindən göründüyü kimi Cavabdeh1 ünvan 8 ünvanında yerləşən torpaq sahəsindən miras əmlak kimi 23 may 2025-ci il tarixdə 4/1 pay almışdır. Daha sonra Cavabdeh1 xx.xx.2025-ci il tarixdə həmin 4/1 miras əmlak ilə bağlı hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırmışdır. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli arayışla həmin torpaq sahəsi X9 məxsus olmuşdu. Göründüyü kimi iddiaçı Cavabdeh1lə 2017-ci il tarixdə notarial qaydada alqı satqı edərkən Cavabdeh1 həmin əmlaka hər hansı bir mülkiyyət hüququ yaranmamışdır. Əgər Cavabdeh1 həqiqətən notarial qaydada alqı-satqı etmişdirsə yəqin başqa ünvanda olan özünə məxsus daşınmaz əmlakla bağlı alqı-satqı etmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarınada belə bir sənəd mövcud deyil. Müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. İddiaçının qeyd etdiyi lakin iddia ərizəsinə əlavə etmədiyi alqı satqı müqaviləsinə əsaslansaq onda belə çıxır ki, Cavabdeh1 ilə iddiaçı A.Sayadov arasında 19 saylı notariusda 2017-ci il tarixdə bağlanmış müqavilənin predmeti ilə hazırki iddia tələbində qeyd edilən əmlak fərqli-fərqli əmlak olmaqla başqa ünvanda yerləşmişdir. Hazırda qüvvədə olan mülki qanunvericiliyə görə isə daşınmaz əmlakın üzərində sərəncam verilməsi yalnız notaral qaydada həyata keçirilə bilər. Göründüyü kimi iddiaçının qeyd etdiyinin əksinə Cavabdeh1 2017-ci il tarixdə özünə məxsus olmayan daşınmaz əmlak ilə bağlı hər hansı bir notarial hərəkət edə bilməzdi. Beləliklə iddiaçı A.Sayadovun məhkəmədən Cavabdeh5la Cavabdeh1 və digərləri arasında aparılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin alqı-satqının tərəfi olmadığından onu mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışdır. Satıcılar (yəni Quliyev qardaşları) birgə hərəkət edərək qanunvericiliyə uyğun olaraq öz mülkiyyətlərində olan torpaq sahəsini müəyyən məbləğ müqabilində alıcıya satmış və alıcı həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırmaqla qanuni və vicdanlı alıcı olmuşdur. (Mülki Məcəllə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.) Qeyd edilənlərdən göründüyü kimi iddiaçı heç vaxt əmlaka faktik sahiblik həyata keçirməmişdir. Belə ki, iddiaçı özü də iddia ərizəsində etiraf edərək bir neçə ay öncə qonşulardan həmin daşınmaz əmlakın satıldığını öyrəndiyini bildirmiş və bununla da həmin ünvanda yerləşən əmlakla hər hansı bir bağlılığının olmadığını etiraf etmişdir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Eyni zamanda fərdimüəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri ilə bağlı Mülki Məcəllənin 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Göründüyü kimi həmin fərdi müəyyən daşınmaz əmlak notarial qaydada üçüncü şəxsin mülkiyyətinə verildiyindən həmin əmlakın ona verilməsi ilə bağlı tələb də aradan qalxmış olur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə Cavabdeh5 ilkin iddia üzrə İddiaçı və ilkin idida üzrə Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İlkin iddia üzrə Cavabdeh5 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı 2017-ci il tarixli müqaviləyə istinad edərək mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildiririk ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı iddia hüququ yarandığı gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən yaranır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, müvəqqəti təminat tədbirinin təmin edilməsi işin operativ həllinə təsir edəcəkdi. Belə ki, tərəflər qəsdən söküntüyə yol verərək mübahisənin yaranmasına səbəb olmuşdurlar. Müdafiə etdiyi şəxs əmlakını tələb edir. Onun etibarından sui-istifadə edilmişdir. Cavabdeh2, Cavabdeh6 və qonşular müdafiə etdiyi şəxslə halallaşmalı olduqlarını bildirmişdilər. Danışıqların sənədləşməyə görə aparıldığını müəyyənləşdirmişlər. Cavabdehlər telefonlara da cavab vermirlər. Müdafiə etdiyi şəxsin qeydiyyatda olması nəzərə alınaraq onunla hesablaşılmalı idi. Həmçinin, iddia müddəti də ötürülmüşdür. Onlar Yasamal Rayon Prokurorluğuna da müraciət etmişlər. Müdafiə etdiyi şəxslə əmlakın pay hissəsi ilə bağlı vəfat etmiş şəxs arasında razılığa gəlinmişdir. Cavabdehlər mübahisəli sahəyə dair iddiaçıya maneələr yaratsalar da, sənədləşdirmə ilə bağlı hərəkətlər olmamışdır. Məhkəməyə müraciətlərindən sonra cavabdehlər başqa şəxs ilə notariusda sənədləşdirmə aparılıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, evə mebelləri yerləşdirmişdi. Onun xəbəri olmadan ev satıldı və bu barədə 2025-ci ildə məlumatı oldu. Ev sənədsiz olduğuna görə ona etibarnamə verilmişdir. Həmin evə kimi qardaşıgildə yaşamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, evi Cavabdeh1 anası Hicran xanmdan 21 yanvar 2017-ci il tarixdə almışdır. Cavabdehləri makler vasitəsilə tanımışdır. Həmin evdə təxminən 2-3 il müddətində yaşamışdır. O, evdə həyat yoldaşı ilə yaşayırdı və ətrafdakı qonşularla münasibəti olmayıb. Evi tapan makler Şahiddur. Ev 3 otaqlı idi və ödənişi nağd qaydada etmişdir. Evdə şəkillər çəkilməyib, sayğaclar onun adına olub. Ümumi istiadədə olan koridor var idi. Mübahisə ilə bağlı polisə də müraciət etmişdir. 2017-ci ilə kimi oğlu və qızı ev almışdırlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qəbul etməyədiyini bildirərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbini isə müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi yoxdur və müqavilə deyil, etibarnamə münasibəti mövcuddur. Mənzil Cavabdeh1 aid deyil və sonradan çıxarış əldə edilərək başqa şəxsə satılmışdır. Qarşı tərəf aldadılması ilə bağlı pulun qaytarılması ilə əlaqədar iddia qaldıra bilər. Miras əmlakla bağlı şərt əsasında vəd verilə bilməz. Qarşı tərəf də alqı-satqı aparılmadığını bilmişdir. Onlar vicdanlı alıcı kimi çıxarış əldə etmişlər. Daşınmaz əmlakın alqı-satqısı yalnız notarial qaydada həyata keçirilir. Cavabdeh1 2017-ci ildə iddiaçıya ona məxsus olan əmlaklarla bağlı sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. Qeyd edir ki, qanuni bilməmək məsuliyyətdən azad etmir. Hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi bağlanması ilə bağlı prosedurun necə aparıldığından məlumatlı olmuşdur. Cavabdeh1 zərərli vərdişlərdən əziyyət çəkən və pula ehtiyacı olan bir şəxs olduğundan onun bu vəziyyətindən istifadə edilmişdir. İşin hallarından görünür ki, iddiaçıya mübahisəli otaqda yaşamağa belə icazə verilməyib, tərəflər arasında mübahisələr olub. Görünür ki, iddiaçı bu halları görərək, aldadıldığını bilmiş və münasib zaman gözləmişdir ki, onlara qarşı hər hansı bir formada iddia tələbi ilə məhkəməyə müraciət etsin. Məhkəmənin nəzərinə çatdırır ki, MM 391-ci maddəsində qeyd olunur ki, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır. Həmçinin MM-nin 402.1-ci maddəsində qeyd olunur ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Verilmiş etibarnamədə isə hər hansı konkret əmlakın adı qeyd olunmamış, yaxud hansısa əmlakın veriləcəyinə dair ilkin müqavilə də bağlanmamışdır. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Qeyd edir ki, xüsusi mülkiyyət qanunla qorunur. Qarşılıqlı iddia verdikdə onlar elə hesab etmişdir ki, tərəflər arasında hər hansı formada əqd bağlanmışdır. Lakin iş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, qarşılıqlı iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mükahizəsinə buraxdığını bildirmişdir. İzahatında qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı 3 ildir həmin evdə yaşayıbsa, bayramlarda, digər xüsusi günlərdə çəkilmiş fotoşəkilləri sübut kimi təqdim edə bilərdi. Yaxud qonşulardan kimlərisə şahid qismində məhkəməyə dəvət edə bilərdi. Cavabdeh1 narkotik vasitələrin aludəçisidir. Maddi çətinliyi olduğundan ona pul verildikdə gedib hər hansı əqdi bağlaya bilərdi. Etibarnamə ümumi etibarnamədir, orada hansısa konkret əmlakın verilməsi ilə bağlı qeyd olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı Almas Quliyevanı tanıyır. O, makler işləyir. İddiaçı onun ofisinə gəlmiş və ev almaq üçün müraciət etmişdir. Ona bir ev göstərmişdi. Evin sənədləri olmamış, etibarnamə əsasında qeydiyyata düşərək evi əldə etmişdir. Həmin evi 2015-ci ildə almışdır. Daha sonra ikinci dəfə ev almaq istədiyini və əlində 15.000 manat olduğunu bildirmişdir. Ona 20.000 manata satılan ev olduğunu, gedib danışıq aparmasını bildirmişdir. Cavabdeh1 ilə 15.000 manata satılması barədə razılaşmışdılar. xx.xx.2017-ci ildə mülki etibarnamə verilmişdi ki, ev ona aiddir. O da, Ziyanın qardaşı Ağa Çingiz də notariusda iştirak etmişdir. Daha sonra iddiaçı halallaşmaq istədiyi üçün onu ev satanın anasının yanına apardılar, o da halallıq verərək bildirdi ki, ev Almasındır. Ev bir şüşəbənd, koridor, sanuzel və zaldan ibarətdir. İddiaçı sonradan öz əşyalarını gətirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının evə necə qeydiyyata düşdüyünü bilmir. İddiaçı ustalar çağıraraq evdə bir sıra işlər gördürmüşdür. Təxminən 4-5 ay bundan öncə mübahisəli evin yanından keçərkən hasara ayrıldığını görmüş və iddiaçıya zəng edərək, ona məxsus evin kirayə vermək istədiklərini bildirmişdir. İddiaçı ona bildirmişdi ki, ona halallıq verməyiblər. O, Quliyev qardaşları ilə danışmış və ona demişdilər ki, iddiaçıya 25.000 manat kompensasiya ödəyə bilərlər. Onlar iddiaçı ilə görüşüb həmin təkliflərini bildirsələr də, iddiaçı razılaşmayaraq, ondan icazəsiz evini satmalarına, təklif olunan pula razı olmadığını bildirmişdir. Ev sahibinin anası razılaşaraq iddiaçıya halallıq vermiş, onun oğlu Ziya da, Ağa Çingiz də razılaşmışdılar. Hətta ona təklif etdilər ki, çöl tərəfdən özünə qapı açdırsın, o isə maddi imkanı olmadığını qeyd edərək, razı olmamışdı. 25 ildir makler işləyir. Evin çıxarışı olanda forma 1 arayışı verilir. Alqı-satqı aparılır. Sənədi olmayanda isə texniki pasport əsasında qeydiyyata düşür. Mülki etibarnamə veriləndə ünvan da qeyd olunur. Ümumi etibarnamə veriləndən sonra iddiaçıya məxsus ünvan ayrılıb. Maddi imkanı yaxşı olmadığından bu qaydada evi almağa razı olmuşdur. O, evi kirayə vermək istəyirdi, hətta təmir etdirdiyini də bildirmişdi. İddiaçının həmin evdə qaldığını görmüşdür. Ona təklif olunan 25.000 manatın notariusda veriləcəyi bildirilmişdi. Bununla bağlı səs yazısı yoxdur. Rövşən adlı şəxs onun evini kirayə vermişdi. Həmin şəxs artıq vəfat etmişdir. O, evin yanından keçəndə onun evində başqa şəxslər yaşadığını görmüşdür. Ziyanın qardaşı Anar iddiaçının yaşamasına razı idi, lakin onun evi kirayəyə verdiyini gördükdən sonra irad bildirmişdi ki, evindən başqa şəxslərin yaşamasını, gəlib-getməsini istəmir. Almasa satdığı birinci ev tam mülkiyyət hüququ ilə ona keçmişdi. Səlma xanımı tanımamışdır. Ziyanın anasının adı Hicran idi, o cür təqdim etmişdi. Ev sahiblərini yaxşı insanlar kimi tanıdığı üçün iddiaçıya həmin evi təklif etmişdir, hesab etmişdir ki, evi ikinci və üçüncü şəxslərə satmazlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Bakı şəhəri 9 saylı Notariat Ofisi məhkəməyə xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbəri rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Elektron notariat” X2 Çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixində Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı etibarnamə verərək, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafadan bütün əsaslar üzrə mənə çatası, pul, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adından ərizə verməyi və imzalamağı, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı vəya pulu almaq hüququ ilə icra vərəqəsinin təqdim etmək hüquqlarına malik olmaqla bütün məlikəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bütün idarələrdə lazım olan sənədləri imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2027-ci il tarixinədək müddətə verilmiş, reyestrdə 1428 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, reyestrdə 2V-183 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş-X4 vərəsəsi: oğlu – X7 idi, lakin onun, xx.xx.1988-ci ildə vəfat etməsi və nəvəsi-Quliyeva Hicran Mirzə qızı idi, lakin onun xx.xx.2023-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun nəvələri- ünvan 9 ünvanda qeydiyyatda olanlar: nəticələri-Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6dur və onlar miras əmlakdan hər biri 1/4 pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X5 verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 10 Yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, giriş 174 ünvanında yerləşən ümumi sahəsi 0.0299 ha. olan torpaq sahəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 10 (AZ 1138, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0299 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixində ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh6 adına qeydiyyata alınmışdır İş materiallarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 10 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 adından etibarnamə üzrə nümayəndələri Cavabdeh4 ilə alıcı Cavabdeh5 arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-962 nömrəsi ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Satıcılar ünvan 10 (Yeni qaydalarla: AZ1138, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0299 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcı" Cavabdeh5 mülkiyyətinə verməyi öhdələrinə götürmüşdürlər: –Satıcı Cavabdeh2 (1/4 hissə, 74.75 kv/m); Satıcı Cavabdeh1 (1/4 hissə, 74.75 kv/m); –Satıcı Cavabdeh3 (1/4 hissə, 74.75 kv/m); –Satıcı Q Cavabdeh6 (1/4 hissə, 74.75 kv/m). Satıcılar daşınmaz əmlakı 150.000 manat (yüz əlli min) qiymətinə satmış, alıcı isə həmin qiymətə (onların hər birinə paylarına uyğun olaraq 37.500 manat ödəməklə) almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 10 (AZ 1138, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0299 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixində Cavabdeh5 adına qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən ünvan 11 ünvanının abonenti (abonent kodu: **********40003) İddiaçı ünvanlanış bildirişdən görünür ki, onun xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında aktiv sayğac göstəriciləri 9976 olmuş, onun sayğac üzrə borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.8-ci maddəsinə əsasən Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 391-ci maddəsinə əsasasən, Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 402.1-ci maddəsinə əsasən İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6-cı maddəsinə əsasən Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 406.1-ci maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 452.1-ci maddəsinə əsasən Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 646.1-ci maddəsinə əsasən, Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki:“...Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2017-ci il tarixdə İddiaçı daşınmaz əmlak bazarında vasitəçilik fəaliyyəti ilə məşğul olan (makler) Şahid vasitəsilə Cavabdeh1 və digər ailə üzvləri ilə tanış olmuş, onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 74 ünvanında yerləşən daşınmaz əmlaka baxış keçirmiş və tərəflər arasında əmlakın (55 kv.m sahədən ibarət hissənin) 15.000 (on beş min) manat məbləğində satılması barədə şifahi razılıq əldə edilmişdir. Daha sonra 21 iyul 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində, (reyestr № 1428) Cavabdeh1 tərəfindən İddiaçı adına ümumi (baş) etibarnamə verilmişdir. Həmin etibarnamə ilə iddiaçıya Cavabdeh1 məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etmək, sərəncam vermək və müvafiq əqdlər bağlamaq səlahiyyəti verilmişdir. İddiaçı tərəfindən iddia olunan alqı-satqı faktı notarial qaydada rəsmiləşdirilməsə də, o, 2017-ci ilin iyul ayından etibarən mübahisəli mənzilə faktiki sahibliyə başlamış, kommunal xidmət sayğaclarını adına sənədləşdirmiş və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Müəyyən edilmişdir ki, 2017-ci il tarixdə mübahisəli əmlakın üzərində Cavabdeh1 mülkiyyət hüququ olmamış, əmlak onun vəfat etmiş nənəsi Səlma Hacıyevanın adına olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 miras əmlak üzərində mülkiyyət hüquqlarını yalnız 23 may 2025ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 30 may 2025-ci il tarixdə verilmiş Çıxarışla rəsmiləşdirmişlər. Bunun ardınca cavabdehlər həmin əmlakı 05 iyun 2025-ci il tarixli alqı-satqı müqaviləsi ilə digər Cavabdeh5 satmışlar. Cavabdeh5 xx.xx.2025-ci il tarixində torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ əsasında Çıxarış almışdır. Hazırda ilkin iddia üzrə iddiaçı 05 iyun 2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmçinin Cavabdeh5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixdə verilmış çıxarışın və tam pay göstərilməklə ********** sayla aparılmış qeydiyyatın ləğv edilməsinə dair, çıxarışın əvvəlki xx.xx.2025-ci il tarixinə olan cavabdehlərə aid ¼ hissəsində olan paylar göstərilməklə olan hüquqi vəziyyətinə qaytarılmasına və Cavabdeh1 ona satdığı, pulunu aldığı və qeydiyyata saldığı mübahisəli ünvan üzrə xx.xx.2025-ci il tarixli almış olduğu çıxarış üzrə ********** saylı qeydiyyat nömrəsi olan 1/4 hissədə payının onun adına keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə Cavabdeh1 ilə X12 arasında Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz hesab edilərək etibarsız hesab edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, ddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin mahiyyəti üzrə araşdırmaya başlamazdan və əsaslılığına qiymət verməzdən əvvəl, ilkin iddia üzrə cavabdeh tərəfindən tətbiqi xahiş olunan iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə qeyd edir ki, iddia müddəti etibarnamənin verildiyi 2017-ci ildən deyil, iddiaçının hüququn pozulmasının bildiyi və ya bilinməli olduğu gündən başlanır. İddiaçı 2017-ci ildən 2025-ci ilə qədər evi öz mülkiyyəti hesab etmiş, sayğacları adına keçirib və təmir etmişdir. Hüququnun pozulmasını yalnız 2025-ci ildə əmlakın Cavabdeh5 satılması və çıxarışın verilməsindən sonra bildirmişdir. Bu fakt məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə də təsdiqini tapmışdır. Şahidin ifadəsində qeyd edildiyi kimi, cavabdehlər iddiaçıya 25.000 manat kompensasiya təklif edərək onunla danışıqlar aparmışlar. İddiaçı əmlakın satıldığını 2025-ci ildə öyrəndiyi üçün iddia müddəti məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı hüququnun pozulduğunu bildikdən qısa müddət sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Mülki qanunvericiliyə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. İddiaçı 2017-ci ildə evi aldığını iddia etsə də, həmin vaxt Cavabdeh1 əmlak üzərində heç bir mülkiyyət hüququ olmamışdır. Cavabdeh1 mülkiyyət hüququnu yalnız 2025-ci ildə vərəsəlik yolu ilə əldə etmişdir. Mülkiyyətçi olmayan şəxsin əmlakı satmaq hüququ da ola bilməz. Bundan başqa qeyd olunmalıdır ki, daşınmaz əmlakın alqı-satqısı mütləq notarial qaydada təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli baş etibarnamə alqı-satqı müqaviləsi deyil, sadəcə mülkiyyət üzərində sərəncam verilməsi barədə nümayəndənin səlahiyyətini təsdiq edir. Etibarnamə mülkiyyət hüququnun ötürülməsi üçün əsas yaratmır. Beləliklə də ilkin İddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qanunla müəyyən edilmiş notarial formada əqd bağlanmadığına və etibarnamə mülkiyyət hüququ yaratmadığına görə ilkin iddia tələbi təmin edilə bilməz. Məhkəmə ilkin iddia üzrə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı "müqavilənin etibarsızlığı" iddiası ilə deyil Cavabdeh1 qarşı əsassız varlanma qaydasında əmlakı əldə etmək üçün ödədiyi pulun ödənilməsi iddiası ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçı əmlakı ala bilməsə də, əvəzində verdiyi pulu və çəkdiyi xərcləri geri tələb edə bilər. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş ki, İddiaçı ilə Cavabdeh1 arasında hüquqi mənada bir alqı-satqı müqaviləsi ümumiyyətlə bağlanmamışdır. Mövcud olmayan bir müqaviləni etibarsız hesab etmək hüquqən mümkün deyil. Etibarsızlıq iddiası bağlanmış, lakin qanun pozuntusu ilə müşayiət olunan əqdlərə tətbiq edilir. Bundan başqa qeyd olunmalıdır ki, Cavabdeh5 artıq əmlakın qanuni mülkiyyətçisidir, 2017-ci ildə verilmiş etibarnamə onun mülkiyyət hüququna birbaşa xələl gətirmir, çünki o, əmlakı rəsmi sənədlər əsasında, notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında əldə etmiş və Daşınmaz Əmlakın Dövlət reyestrindən ona çıxarış verilmişdir. Bundan başqa ilkin iddia üzrə İddiaçı xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar