Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5182/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçılarnın nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızının, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" Bank ASC-yə qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" Bank ASCyə qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlanarkən notariat qaydasında razılıq ərizələrinin alınmadığı iddiaçıların hər birinə 18000 manat olmaqla cəmi 72000 manat məbləğində kirayə haqqı-kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdırlar ki, "xxxx" Bank ASC məhkəməyə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X10, X9, X11, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay müddətində mülkiyyət hüququ və Banka məxsus olan ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59.7 kv.metr ümumi 37.4 kv.metr yaşayış 22.3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzildən çıxarılmalan və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq ASC "xxxx" Bankına təhvil verilməsi, 10 manat məbləğində dövlət rüsumunun və 15 manat notariat xərclərinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X5 mülkiyyətində olan ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59.7 kv.metr ümumi 37.4 kv.metr yaşayış 22.3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzilə tutma yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında “X4” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və Probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. Bank mənzil üzərində mülkiyyət hüququndan istifadə edə bilməmişdir. Hal-hazırda qeyd olunan evdə ailəvi yaşayırlar. Xaçmaz Rayon Məhkəməsində prossesdə iştirak etməmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsini əldə edəndən sonra bütün bu olanlardan xəbəri olmuşdur. X10, X9, X11, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. əmin bu qeydiyyatda olan şəxslərdən bank, cəmi üç nəfərdən, yəni X10. X9, X1 ipoteka müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almışdır. Bankın bu saxtakarlığı nədən yaratdığı məlum deyildir, çünki digər ailə üzvlərinin dediyinə görə bank işlərindən onların anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürmüşdü. İndi isə "xxxx"Bank ASC xx.xx.2013-cü il tarixli **********92013/1 savlı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, hazırki iş üzrə iddiaçılara qarsı mənzildən çıxarılma haqqında iddia qaldırmışdır. Cavabdeh hətta belə digər qeydiyyatda olan X12, X3 adlarını heç bir yerdə qeyd etməmişdir. Hal-hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsindədir. "xxxx"Bank ASC göstərilən müqavilələri bağlayarkən saxtakarlığa yol vermişdir. Halbuki, həmin evdə dünyaya gəlmişlər. Cavabdeh "xxxx"Bank ASC müqavilə bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni onlara kompensasiya ödəyərək mənzildən çıxarmalıdır. Kompensasiyanın məbləği qanunvericilikdə konkret olaraq göstərilməsə də, təcrübədə adətən həmin kompensasiya məbləğini hesablayarkən həmin ərazidə şəxs oxşar şəraitdə kirayə qaldığı kirayə haqqının 3 və va 5 ildə olan miqdarında kompensasiya məbləği müəyyən olunur. Xaçmaz səhərində yaşadıqları evə oxşar şəraiti olan, ancaq kirayə haqqını hesablasaq hər bir iddiaçıya 18000 manat kirayə haqqı müəyyən olunmalıdır. Çünki bu vəziyyət sənədləşməni cavabdeh üzərinə götürdüyünə görə yaranmışdır. Əgər belə olmasaydı əmlakları banka girov qovulmayacaqdı. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, hazırki mübahisəyə birbaşa aidiyyəti olan qanuni qüvvəsini almış qətnamə olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 82.3, 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin 2(067)-128/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx.xx.2013-cü il tarixli **********92013 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X7 məxsus ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59,7 kv.m ümumi, 37,4 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahəsindən ibarət mənzilnə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı "xxxx" ASC- nin qarşısında 7750 manat məbləğində əsas borcu, 2404,74 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 10 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər, iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat, məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının cavabdehlər İddiaçı3, X8, İddiaçı2, İddiaçı1, X7, İddiaçı4 və X6 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X10, X9, X11, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 və onlarla yaşayan ailə üzvlərinin ünvan 3 ünvanındakı mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 8 manat dövlət rüsumu və 14 manat notariat xərcin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun 2 manatı və notariat xərcinin 1 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh “Xalq Bank" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsinin və 14.11,2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasınə "xxxx" ASC xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni İddiaçı3 Rəhim qızına, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qarşı mənzildən çıxarılma haqqında iddia qaldırılması təşkil etmişdir. Qətnamə ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş şikayətlərə apellyasiya və kassasiya qaydasında baxılaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında förmalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması zamanı onların razılığının alınmamasını əsas gətirərərək, "xxxx" Bank ASC tərəfindən kompensasiya ödənilməklə, onların istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlılığının mübahisələndirilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızının, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" Bank ASC-yə qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5182/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5182/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver