Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5206/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədlərin “həmin şəxsə məxsus olması” faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 15.10.2001-ci il tarixli JN-241A, KOD 30602016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X4 məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 07 may 2014cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum həyat yoldaşına Xızı rayon Aqrar İslahat Komissiyasının12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN-241A, KOD 30602016 saylı şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə “X6” əvəzinə “X5” yazılmışdır. Ərizəçi bu səhvi aradan qaldırmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etməyin qanunauyğun olması qeyd edilmişdir. Hal-hazırda ərizəçi həmin şəhadətnaməni dövlət orqanlarında öz adına keçirtməyə çətinlik çəkir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizədə yazılanlarla oxşar məzmunlu izahat verdi və məhkəmədən Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2001-ci il tarixli JN-241A, KOD 30602016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X4 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ 150413 saylı “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə Ərizəçi 24 yanvar 1970-ci il tarixdə nikaha daxil olmuş və bu barədə vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri kitabında 59 saylı akt qeydi tərtib edilmişdir. AZ-İ 670663 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 07 may 2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 231 saylı akt qeydi tərtib edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Bahadur İslamovun Maraqlı şəxsnə ünvanlanmış məktubunda göstərilmişdir ki, 07.05.2014-cü ildə vəfat etmiş X2 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair Ərizəçi müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, Azərbaycan Respublikasının qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya onun üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş mərhum X2 bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri Haqqında” Azərbaycan Respublikasının qanunun 5.1- 1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunu təqdim edən şəxs vasitəsi ilə açılmş vərəsəlik işi ilə əlaqədar mərhum X2 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın reyestrindən çıxarış və müvafiq məlumat verilməsi xahiş olunmuşdur. Maraqlı şəxs Ərizəçi nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 07 iyul 2021-ci il tarixli **********36 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də vətəndaş X1 mərhum həyat yoldaşı X3 ata adında yol verilmiş yanlışlığın aradan qaldırılaraq yeni çıxarış verilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. JN 241A saylı, Kodu 30602016 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş və fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı 0,10 hektar torpaq sahəsinin mülkiyyətçisi “X5” göstərilmişdir. "xxxx" MMC-nin 37 saylı 01 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 4 mənzil 56-da qeydiyyatda olaraq yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 4 mənzil 56 Ərizəçi adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və bu barədə 2624 saylı reyestr kitabının 244567 nömrəli vərəqində 29.03.2017-ci il tarixdə ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı X6 arasında bağlanmış 01 iyun 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3138 nömrəli məhəllədə B1-56 nömrəli mənzili 99 kvm yaşayış sahəsini payçıya verməyi öhdəsinə götürür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4107/2019 saylı 08 avqust 2019cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12944/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4107/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşının JN 241A saylı, Kodu 30602016 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında göstərilən ata adı ona aid digər sənədlərdəki ata adı düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Həmin sənəddə X6 əvəzinə X5 mülkiyyətçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə “X4 fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərarın əsasında Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, həmin şəhadətnamədə X3 ata adı, səhvən “Gülməmməd” kimi qeyd olunmuşdur. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin həyat yoldaşının ata adının “Gülməmməd” deyil, “Gülmurad” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2001-ci il tarixli JN-241A, KOD 30602016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X4 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08.1998-ci il tarixli 16 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2001-ci il tarixli JN-241A, KOD 30602016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5206/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5206/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver