Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-521/2021 25.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonun dəyərindən ödənilməmiş qalan 2200 manat borc və hesablanmış 638 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.868 manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC dəyəri 3192 manat olan Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonu Cavabdeh ayda 133 manat ödənilməsi şərti ilə 24 ay müddətinə nisyə satmışdır. Cavabdeh 992 manat ödəniş etsə də, qalan vəsaiti ödəməmişdir. Nəticədə cavabdehin 2.200 manat əsas borcu yaranmış və müqavilənin şərtinə uyğun olaraq ona 638 manat cərimə hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə dəyəri 3192 manat olan Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonu ayda 133 manat ödənilməsi şərti ilə 24 ay müddətinə nisyə almışdır. O, 992 manat ödəniş etsə də, qalan vəsaiti ödəyə bilməmişdir. Hazırda 2.200 manat əsas borcu qəbul edir və hissə-hissə iddiaçıya ödəməyə etiraz etmir. İddianı 638 manat dəbbə pulu hissəsinə qəbul etmir və həmin hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatınlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC dəyəri 3192 manat olan Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonu Cavabdeh ayda 133 manat ödənilməsi şərti ilə 24 ay müddətinə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2.200 manat əsas borcu və 638 manat dəbbə pulu olmaqla, cəmi 2838 manat borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 638 manat cərimə azaldılaraq 10 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonun dəyərindən ödənilməmiş qalan 2.200 manat əsas borc və 10 manat dəbbə pulu olmaqla, cəmi 2.210 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.240 manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - 548 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Erva markalı 1 ədəd divan və 2 ədəd kreslonun dəyərindən ödənilməmiş qalan 2.200 manat əsas borc və 10 manat dəbbə pulu olmaqla, cəmi 2.210 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.240 (iki min iki yüz qırx) manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-521/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-521/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver