Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-521/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, analarından qalan mirasın bölünməsi zamanı mirasdan anaları üçün xərclədiyi və xərcləyəcəkləri təxminən 15000 manatın ona, qalan məbləğin isə 3 yerə bölünməsi - onun 2/3 hissəsinin onunla Sadıqa, 1/3 hissəsinin isə Sabirə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək analarından qalan mirasın bölünməsi zamanı mirasdan anaları üçün xərclədiyi və xərcləyəcəkləri təxminən 15000 manatın ona, qalan məbləğin isə 3 yerə bölünməsi, onun 2/3 hissəsinin onunla Sadıqa, 1/3 hissəsinin isə Sabirə verilməsi və anasının "xxxx" ASC-də olan və ona etibarnamə ilə verdiyi payının vərəsəliklə ona çatması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X3 "xxxx" ASC-dəki payının tam olaraq ona verilməsi, anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə xərclədiyi 12000 manat pulun miras əmlakından İddiaçı xeyrinə çıxaraq qalan əmlakın qanuni vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu il mart ayının 17-də anası X10 89 yaşında vəfat etdi. Onun oğulları: Cavabdeh, İddiaçı və Kərimov Sadıq analarının dəfn pulunu almaq üçün 3 Saylı Asan Xidmətə müraciət etmişlər. Onlara bildirmişlər ki, iki qardaş digər bir qardaşa etibarnamə verməlidir və o da pulu alıb bölməlidir. Qardaşları Cavabdeh və Sadıq pulu almaq üçün ona etibarnamə vermişlər. Lakin iki gün sonra onları xəbəri olmadan, böyük qardaşı Cavabdeh 3 Saylı Asan Xidmətə yazılı müraciət edib ki, guya o ona etibarnamə verəndə xəstə olub və onun etibarnaməsi ləğv edilsin. O bunları 7 ay sonra etibarnaməni götürməyə gələndə bilmişdir. Ona həmçinin məlum olmuşdur ki, dəfn pulu ilə birlikdə miras 19889,70 manatdır və qardaşı Sabir bu pulu mənimsəmək fikrindədir. O və kiçik qardaşı Sadıq, Sabirə bildirmişlər ki, analarının dəfni üçün onlar 9 min manatdan artıq pul xərcləmişlər (dəfn, 3-40 mərasimləri (300+200 nəfər) və cümə axşamları). Hələ qəbir daşına və il mərasiminə də təxminən 5-6 min manat xərcləməlidirlər. Sabir isə analarının dəfni üçün bir qəpik də xərcləməmişdir. Onlar Sabirə demişlər ki, dəfn üçün xərclədikləri və xərcləyəcəkləri təxminən 14-15 min manatı, 19889,70 manat miras pulundan çıxsınlar, qalanını 3 yerə bölsünlər. Sabir bu bölgü ilə razılaşmamışdır. Onlar işin məhkəməyə getməməsi üçün ikinci təklifi vermişlər ki, analarının yasına çəkdikləri xərci nəzərə almadan mirası üç yerə bölsünlər və o, öz payı olan 6 min manatdan artıq miras pulunu götürsün. Sabir buna da razı olmamış və onlar başa düşmüşlər ki, o mirasın daha çox hissəsinə sahib olmaq üçün şikayət ərizəsini geri götürməməklə onların bu pulu alıb ədalətlə bölmələrinə mane olmaq istəyir. Bildirmək istəyir ki, Sabir 32 il əvvəl, atalarının aldığı yeni evə köşmüşdür. Köhnə ata evində isə anası, Sadıq və o qalmışdır. 32 il ərzində Sabir anaları ilə yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. 13 il əvvəl anaları çox ciddi əməliyyat olunanda da Sabir heç çəkilən xərclə maraqlanmamışdır. Analarıın yataq xəstəsi olduğu son 6 ayda o cəmi 3 dəfə ağır vəziyyətdə olan analarına baş çəkmişdir. Sabir anasının yasına pul xərcləməyi heç ağlına belə gətirməmişdir. Məlum olanda ki, analarından 19889,70 manat pul qalıb, o bu pulun ya hamısına, ya da yarısına göz dikmişdir. Bundan sonra, Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı və Kərimov Sadıq fabrikdəki səhmlərdən başqa anasının adına heç bir mirasın olmadığı barədə ona məlumat vermişlər. Lakin həmin gün yəni (notariusda onun imtinaya imza atdığı gün) anasına aid dəfn pulunun alınması və bəzi sənədlərlə məşğul olduğu üçün notariusda hər iki qardaş imtinanı onun adına verməli idilər. Lakin birdən-birə İddiaçı təkidlə özünü qabağa verməsi və Kərimov Sadıqın bunu təsdiqləməsi onda ani maraq yaratmışdır. Ona görə də, imtina sənədinə imza atmağa əvvəl razı olmamışdır. Uzun mübahisədən sonra və Notarius işçisi Xuraman Əliyevanın da təkidi və bu işdə heç bir problemin olmadığını istədiyi zaman məhkəmədə ləğv etmə haqqının olduğunu bildirməsi və səhhətində yaranan problem səbəbindən (əsəb və ürək problemi) imtinaya imza atmışdır. Lakin bu məqamlar onda şübhə yaratdığına görə etirazını bildirmişdir. Asan xidmət 3-də həmin video görüntülər onun xahişi ilə arxivdə saxlanılır. Bu şübhələrə son qoymaq üçün Sosial Müdafiə Nazirliyinin lazımi şöbəsinə müraciət edərək aydınlaşdırmışdır ki, həqiqətən də anasının adına Sosial Müdafiə fondunda miras kimi pul vəsaiti var. Bu faktı tam dəqiqləşdirmək üçün dəfələrlə Sosial Müdafiə Fondunun hərbçilərə aid bölməsində olmuş və bundan sonra ondan miras kimi pulun qardaşları İddiaçı və Kərimov Sadıq tərəfindən gizlədildiyinə şübhəsi qalmamışdır. Bu müddət ərzində dəfələrlə notariusda olaraq vəziyyətə aydınlıq gətirilməsini, hadisələrin bu şəkildə cərəyan edilməsinin səbəbinə aydınlıq gətirə bilməmişdir. Şübhələrinin əsaslı olduğunu bildikdən sonra Notariusa şəhadətlənmənin dayandırılması barədə müraciət etmişdir. İddia ərizəsində göstərilənlər tam yalnış şəkildə göstərilmişdir. Belə ki, aralarında olan anlaşmazlıqların sonunda X12 məbləğin 3 yerə bölünməsi barədə razılığa gəlməyini təklif etmişdir. O da təkliflə razılaşmışdır, lakin İddiaçı etibar etmədiyi üçün notarial qaydada Kərimov Sadıqın iştirakı ilə Dövlət Sosial Müdafiə Nazirliyi tərəfindən hesablanmış 19889.7 manat məbləğin bölüşdürülməsinə razı olmuşdur. Özü tərəfindən yaşamal rayon məhkəməsinə göndərdiyi ərizəsini dayandırmışdır. Lakin razılaşmalarından bir neçə gün sonra İddiaçı onu məhkəməyə verməsi haqqında məlumat almışdır. Beləliklə aralarındakı razılaşmanı pozanın Firudinin olması faktı ortaya çıxdı. İddiada yazılır ki, o, 32 il əvvəl atasının aldığı evə köçəndən sonra anası ilə ancaq telefonla əlaqə saxlamışdır. Bu tamamilə yalandır. Bu illər ərzində anasını evinə dəfələrlə gətirmişdir. Anası onlarda 1-2 ay da qalmışdır. Anası astma xəstəsi olduğu üçün və bina evinə uyğunlaşa bilmədiyinə görə həmişə öz evinə qayıtmaq istəmişdir. X18 həkim olduğu üçün anası onun nəzarətində qalırdı. Anası əməliyyat olanda xəstəxana xərcləri anasının illərlə aldığı (təxminən aylıq 700 manat və əlavə olaraq müharibə veteranı ailəsi kimi ildə 1 dəfə birdəfəlik müavinət) pensiya ilə qarşılanmışdır. Habelə atası rəhmətə gedəndən sonra atasına ayrılan pensiyanı anası alırdı. X15 və İddiaçı 32 il ərzində anasının pensiyası ilə minimal yaşayışını təmin ediblər. Bütün bunları nəzərə alaraq anasının adına olan mirasın tək səhmlə və 20000 manat olmasının ondan gizlədilməsi başqa mirasların da olması düşüncəsi yaradır və bununla bağlı araşdırma aparılmasını xahiş edir. Dəfn xərcləri dedikdə bu sadəcə dəfn üçün nəzərdə tutulan xərclərdir. Ehsan dəfn xərclərində nəzərdə tutulmur. Dəfn xərclərini təsdiq edən sənədlərin təqdim edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, ehsanın məbləği şişirdilmiş rəqəmlə göstərilmişdir və islam qaydalarında ehsan nəzərdə tutulmamışdır. Baş daşı isə ümumiyyətlə islam qaydalarına ziddir. Belə məsələlərin həlli isə aralarındakı qarşılıqlı razılaşma əsasında həll edilir. X1 heç bir övladının maddiyyatına ehtiyacı olmamış, əksinə illərlə oğlu İddiaçı və ailəsinə maddi dəstək göstərmişdir. İllərlə valideyn himayəsində yaşayan bir övlad valideyninin ölümündən sonra da qalan mirası sadəcə öz haqqı olaraq görür və bunun qanuna zidd hərəkət olduğunu qəbul edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 1991-1992-ci illərdə atası ev almış və valideynləri Yasamal rayonuna köçmüşlər. Həmin ev dörd otaqdan ibarət idi. Həmin otaqlardan birində anası, digərlərində isə o və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan qardaşı qalmışlar. Onun cavabdehin evinə gediş-gəlişi olmamışdır. Hətta övladları belə bir-birini tanımır. O və qardaşı Sadıq ölənə kimi analarının qayğısına qalmışlar. Anası yataq xəstəsi olanda cavabdeh bir gün belə analarına baxmamışdır. Cavabdehə analarından pulun miras qaldığı məlum olduqda, o onlarla düşmən kimi davranmağa başlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Anasının qayğısına qalmışdır. Anası astma xəstəsi idi, buna görə də onun evində qala bilmirdi. Anası öz ata evində qalırdı. Digər qardaşı Sadıq həkim olduğundan anasının qayğısına qalırdı. Anasını dəfələrlə onunla birlikdə yaşaması üçün dəvət etmiş, lakin o razı olmamışdır. O və övladları dəfələrlə anasını ziyarət etmək üçün onun evinə getmişlər. Onun həyat yoldaşı ilə iddiaçının həyat yoldaşı arasında mübahisə olduğundan onun evinə çox gedə bilməmişlər. Anası ağır vəziyyətdə olanda onu yanına gətirmək istəmiş, lakin anası gəlməmişdir. Ehsan və başdaşına çəkilən xərclər dinlərində də öz əksini tapmamışdır. Dəfn xərclərinin çəkilməsində iştirak etməmişdir. İddiaçı və üçüncü şəxs onunla dəfn xərcləri barədə məsləhətləşməmişlər. Başdaşının qoyulmasını könüllü şəkildə özləri birlikdə həll etməli idilər. Başdaşının qoyulması ilə bağlı iddiaçı və üçüncü şəxs onunla məsləhətləşməmişlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, 2014-cü ildən etibarən onlar 5 otaqlı ata evində yaşamışlar. Həmin evin iki otağında qardaşı ailəsi ilə, digər iki otağında o ailəsi ilə, beşinci otaqda isə anası qalmışdır. O və iddiaçı olan qardaşları analarına yaxşı baxmışlar. Onun anası cavabdehin evində qeydiyyatda olmuşdur. Bir dəfə evləri təmir olunanda anaları cavabdehin evində qalmış, 1 ay qaldıqdan sonra özü geri qayıtmışdır. Hesab edir ki, mərhumun öz pulu ilk növbədə dəfninə xərclənməlidir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İddiaçı 16 aprel 2023-cü ildə notariat ofisinə müraciət edərək 17 mart 2023-cü il tarixdə vəfat etmiş anası- X2 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı 23 oktyabr 2023-cü il tarixdə notariat ofisinə müraciət edərək digər vərəsə Cavabdeh arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmiş və qərara əsasən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ 345089 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 150 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X3 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında 19889,70 manat məbləğində pul vəsaiti qalmışdır. İş materiallarında olan AZ 609430 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X6, anası X8r. İş materiallarında olan AZ 521355 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X6, anası X8r. İş materiallarında olan AZ ******* seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X6, anası X8r. İş materiallarında olan Respublika Auksion Mərkəzinin xx.xx.2001-ci il tarixli 005760 nömrəli bildişindən görünür ki, X10 "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə hər birinin dəyəri 10000 manat olan 42 ədəd səhm almışdır. İş materiallarında olan Milli Depozit Mərkəzinin xx.xx.2003-cü il tarixli Depo hesabından Çıxarışdan görünür ki, X3 adına hər birinin dəyəri 10000 manat olan 42 ədəd səhm vardır. İş materiallarında olan Azərbaycan Respublikası İdman İcarə Müəssisəsinin xx.xx.2001ci il tarixli Qəbzdən görünür ki, X3 "xxxx" ASC-nin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 4 ədəd özəlləşdirmə çeki qəbul edilmişdir. İş materiallarında olan “E.H.A” Group tərəfindən verilmiş sifariş qəbzindən görünür ki, X10 üçün nəzərdə tutulmuş baş daşı üçün 2400 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində xx.xx.2023-cü il tarixində V-147 nömrəli vərəsəlik işi açılmış, lakin “Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilməmişdir. İş materiallarında olan İddiaçı resyestrdə 8İ-14054 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul edir, miras əmlak pul məbləğindən ibarətdir. Ondan başqa digər oğulları Cavabdeh və X12 vərəsələridir. İş materiallarında olan X7 resyestrdə 8İ-14053 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 irs qalmış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan Cavabdeh resyestrdə 8İ-14052 nömrə ilə qeyd edilmiş xx.xx.2023cü il tarixli ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 irs qalmış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan Cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X12 və İddiaçı tərəfindən təzyiq altında qalaraq məcburi şəkildə vərəsəlikdən imtina etmişdir. Vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir. İş materiallarında olan AZ 140649 seriya nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 xx.xx.1963-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli Ölüm haqqında arayışdan görünür ki, X6 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamələrdən görünür ki, X14 xx.xx.1982-ci il tarixdə, X16 isə xx.xx.1988-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum anası X3 "xxxx" ASC-dəki payının tam olaraq qardaşı İddiaçı verilməsi, anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə xərclədiyi 12000 manat pulun miras əmlakından İddiaçı xeyrinə çıxaraq qalan əmlakın qanuni vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 ilə X5 birgə nikahlarından hazırki iş üzrə İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X12 doğulmuşdur. X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mərhum X3 vərəsələri olan övladları qanunvericiliklə nəzərdə tutulmuş qaydada miras əmlakın qəbul edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması ilə bağlı notariat orqanına müraciət etmiş, lakin aralarında mübahisə yaranmış və hazırda İddiaçı Cavabdeh qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X3 "xxxx" ASC-dəki payının tam olaraq ona verilməsi, anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə xərclədiyi 12000 manat pulun miras əmlakından İddiaçı xeyrinə çıxaraq qalan əmlakın qanuni vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə miras əmlakın vərəsələr arasında bölüşdürülməsi məsələsinə münasibət bildirməzdən əvvəl mərhum X2 qalan miras əmlakın dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş vərəsəlik işindən, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, miras əmlakı mərhum X3 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında olan 19889,70 manat məbləğində pul vəsaiti təşkil edir. İddiaçı X3 "xxxx" ASC-dəki payı ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən, habelə qeyd edilən pay vərəsəlik işi üzrə miras əmlaka daxil edilmədiyindən vərəsəliklə bağlı bölgünün predmeti ola bilməz. Bu baxımdan iddia tələbi X3 "xxxx" ASC-dəki payının tam olaraq iddiaçıya verilməsi hissəsində təmin edilə bilməz. Miras əmlakın bölüşdürülməsi zamanı ikinci məsələ vərəsələrin dairəsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Hazırki mübahisə ilə bağlı vəsiyyətnamə olmadığından miras əmlak qanun üzrə vərəsə hesab edilən şəxslər arasında bölüşdürülməlidir. Belə olan halda hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanun üzrə vərəsəliklə bağlı normaları şamil olunacaqdır: 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Buradan da müəyyən olunur ki, mərhum X3 qanun üzrə vərəsələri – övladları İddiaçı, Cavabdeh və X9r və onlar bərabər pay hüquqlu vərəsələrdir. Lakin hazırki mübahisədə bir məsələ mövcuddur ki, iddiaçı anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə xərclədiyi 12000 manat pulun miras əmlakından İddiaçı xeyrinə çıxılaraq qalan əmlakın qanuni vərəsələr arasında bərabər bölünməsini tələb etmişdir. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsində qeyd edilmişdir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə xərclədiyi 12000 manat pulun miras əmlakından İddiaçı xeyrinə çıxılması hissəsində qismən təmin edilməlidir. Belə ki, dəfn xərci dedikdə yalnız mərhumun bilavasitə dəfni ilə əlaqədar xərclər nəzərdə tutulur. Dəfn mərasimlərinin keçirilməsi məsələsinə isə yerinə yetirilməsi mütləq olan bir məsələ kimi yanaşılmamalı, ölən şəxsin qohumlarının ona olan mənəvi borclarının yerinə yetirilməsi kimi baxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı anasının yası ilə bağlı həyata keçirdiyi dəfn mərasiminə mənəvi tərəfdən yanaşılmalı və ümumi miras əmlakdan dəfn xərci kimi çıxılmamalıdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi yalnız iş materiallarında öz əksini tapan anasının qəbir daşının sifarişi ilə bağlı İddiaçı tərəfindən “E.H.A” Groupa ödənilmiş 2400 manat hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı anasının dəfn edilməsi, dəfn mərasimlərini keçirilməsi, qəbr üstünün götürülməsi, baş daşı və ətrafının düzəldilməsi üçün ümumilikdə 12000 manat pul xərclədiyini qeyd etsə də, qeyd edilən faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız qəbir daşının düzəldilməsi ilə bağlı 2400 manat məbləğində pulun ödənilməsini təsdiq edən qəbzi təqdim etməklə kifayətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, dənlə bağlı 2400 manat məbləğində pul ümumi miras əmlak hesab edilmiş pul məbləğindən çıxılmalı, qalan məbləğ (19889,70 manat-2400 manat = 17489,70 manat) isə qanun üzrə vərəsə hesab edilən İddiaçı, Cavabdeh və X12 arasında bərabər şəkildə bölünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialında mərhum X3 adına olan hesabdakı 19889,70 (on doqquz min səkkiz yüz səksən doqquz manat yetmiş qəpik) manat məbləğindəki miras əmlakın 2400 (iki min dörd yüz) manat hissəsi ödənilmiş dəfn xərcinin əvəzi kimi İddiaçı verilməli, qalan məbləğ - 17489,70 (on yeddi min dörd yüz səksən doqquz manat yetmiş qəpik) manat üzərində 1/3 hissəsədə İddiaçı, 1/3 hissədə Cavabdeh, 1/3 hissədə X7 payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialında mərhum X3 adına olan hesabdakı 19889,70 (on doqquz min səkkiz yüz səksən doqquz manat yetmiş qəpik) manat məbləğindəki miras əmlakın 2400 (iki min dörd yüz) manat hissəsi ödənilmiş dəfn xərcinin əvəzi kimi İddiaçı verilsin, qalan məbləğ - 17489,70 (on yeddi min dörd yüz səksən doqquz manat yetmiş qəpik) manat üzərində 1/3 hissəsədə İddiaçı, 1/3 hissədə Cavabdeh, 1/3 hissədə X7 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-521/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-521/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver