Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5214/2020 11.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə "Samsung Galaxy A50" markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə "Samsung" markalı soyuducu üçün 1130 manat ödənilməmiş hissə, 305 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə "Samsung Galaxy S10" markalı telefon üçün 1631 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu olmaqla, cəmi 3990 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış: xx.xx.2019-cu il tarixli 00857031 saylı müqaviləyə əsasən satıcı İMEİ Kodu **********59109 olan “Samsung Galaxy A50 " markalı telefonu alıcıya verməyi, alıcı isə əvəzində 768 manatı 12 ay müddətinə, aylıq 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00996633 saylı müqaviləyə əsasən satıcı "Samsung" markalı soyuducunu alıcıya verməyi, alıcı isə əvəzində 1356 manatı 12 ay müddətinə, aylıq 113 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 01025078 saylı müqaviləyə əsasən satıcı İMEİ Kodu **********44419 olan “Samsung Galaxy S10" markalı telefonu alıcıya verməyi, alıcı isə əvəzində 2102 manatı 374 manat ilkin ödəniş, 18 ay müddətinə, aylıq 96 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1130 manat ödənilməmiş hissə, 305 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqavilə üzrə 1631 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu olmaqla, cəmi 3990 manat borcu vardır. “xxxx” MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 512 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1130 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1631 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə "Samsung Galaxy A50" markalı telefon üçün 512 manat əsas borc, 15 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə "Samsung" markalı soyuducu üçün 1130 manat əsas borc, 30 manat cərimə, xx.xx.2019cu il tarixli müqavilə üzrə "Samsung Galaxy S10" markalı telefon üçün 1631 manat əsas borc, 25 manat cəriməolmaqla, cəmi 3343 (üç min üç yüz qırx üç) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5214/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5214/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver