Məhkəmə qərarları › İş №2(004)-5215/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5215/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5215/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 01.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********38596 olan “Samsung Galaxy A7” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 162 manat əsas borc və hesablanmış 48 manat dəbbə pulu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat pul tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC dəyəri 1022 manat olan “Samsung Galaxy A7” markalı mobil telefon cihazını ilkin ödəniş 50 manat olmaqla 18 ay müddətinə hər ay 54 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. "xxxx" MMC ilə Zamin arasında bağlanmış 01.02.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Zamin borclu Cavabdeh 18 ay müddətinə zamin durmuşdur. Cavabdeh telefonun ümumi dəyərindən 860 manat ödəmiş, müqavilə üzrə 162 manat əsas borcu qalmışdır, müqavilənin şərtinə əsasən 48 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış 01.02.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC dəyəri 1022 manat olan “Samsung Galaxy A7” markalı mobil telefon cihazını ilkin ödəniş 50 manat olmaqla 18 ay müddətinə hər ay 54 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. "xxxx" MMC ilə Zamin arasında bağlanmış 01.02.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Zamin borclu Cavabdeh 18 ay müddətinə zamin durmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 21.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 01.02.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 162 manat əsas borc, 48 manat cərimə olmaqla, cəmi 210 manat borcu yaranmışdır. Cavabdeh cihazın dəyərindən 860 manat ödəniş etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 01.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh tutulmalıdır. İddiaçı "xxxx" MMC ilə Zamin arasında bağlanmış 01.02.2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti 01.08.2020-ci il tarixdə başa çatdığına və iddiaçı 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə, 01.02.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A7” markalı telefonun dəyərindən ödənilməmiş qalan 162 manat əsas borc və hesablanmış 48 manat dəbbə pulu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat pul tutularaq "xxxx" MMCyə ödənilməlidir. İddia tələbi - cavabdeh (zamin) Zamin qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A7” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 162 manat əsas borc və 48 manat dəbbə pulu olmaqla, cəmi 210 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 230 (iki yüz otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia tələbi - cavabdeh (zamin) Zamin qarşı hissədə rədd edilsin. "xxxx" MMC ilə Zamin arasında bağlanmış 01.02.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar