Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5219/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə (maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) məhkəməyə müraciət edərək, 14 noyabr 1955-ci il tarixli, 01887 saylı orderin X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, o, X5 ilə 28 noyabr 1995-ci il tarixdə 587 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı 08 iyun 2010-cu ildə vəfat etmişdir və bu barədə 745 nömrəli akt qeydi ilə Ölüm haqqında şəhadətnamə verilmişdir. Həyat yoldaşının anası rus millətindən olan X8 24 fevral 1988-ci ildə Bakı şəhərində vəfat etmiş və bu barədə Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsində 25.02.1988-ci il tarixli 396 saylı qeyd aparılmışdır. Lakin onun adı həmin arayışda "Nyura" yazılmışdır. Lakin onlar onu "X8" kimi bilmiş və buda rəsmi sənədlərdə öz təsdiqini tapır. Həmçinin onun adına Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, (keçmiş Poluxin küçəsi), 149 nömrəli evə dair keçmiş Yasamal rayon İcraiyyə Komitəsinin 11.02.1955-ci il tarixli qərarı ilə, 14 noyabr 1955-ci ildə 01887 saylı Order verilmişdir. Həmin orderdə onun soyadı “Salmina”, adı isə “Anna" kimi qeyd edilmişdir. X11 və oğlu X2 ölümündən sonra miras qalan və mərhum qaynanası Anna Salmana məxsus həmin mənzilə vərəsəlik açdırmaq üçün müvafiq təşkilatlara müraciət etsə də, sənədlərdə Anna Salmanın ad və soyadında olan fərqlər buna maneə yaradır. Buna görə hazırda məhrum qaynananin adında düzəlişin olunması zərurəti yaranmışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, mərhum ərizəçinin qaynanasıdır. Onun adının Anna olmasını eşitmişdir. Lakin, onlar ona “tyotya Nusya” deyə müraciət etmişdirlər. O, məhləyə 1970-ci ildən köçmüş, Nusyanı da elə o vaxtdan tanımışdır. Nusya MİKS-də süpürgəçi işləmişdir. Nusyanın Vova adlı bir oğlu var idi və o da rəhmətə getmişdir. Təranə Vovanın həyat yoldaşı olmuşdur. Nusya tək yaşamışdır, qardaşı və bacısı olması barədə məlumatı olmamış, onları görməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, rəsmi sənədlər və işin faktiki halları ilə müəyyən edilir ki, X5 ilə X1 28.11.1995-ci il tarixdə 587 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada “Salman” soyadı verilmişdir. İş materiallarında olan XVİİİ-ЖГ 499883 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 27.04.1960-cı ildə anadan olmuşdur. Anası X7dır. İş materiallarında olan AZ-İ 422472 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 25.05.2010-cu ildə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon VVAQ şöbəsinin 08.12.1995-ci mil tarixli arayışından müəyyən edilir ki, X7 24.12.1988-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 396 saylı akt qeydi ilə qeydiyyat aparılmışdır. Yasamal Rayon icrakomunun Mənzil idarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, (keçmiş Poluxin küçəsi), 149 nömrəli evə dair Salmina Annanın adına 14 noyabr 1955-ci il tarixli 01887 nömrəli order verilmişdir. 09.07.2008-ci il tarixli Ərizəçi qonşuları - Fərəcova Məlahət, Vəliyeva Ulduza və Nağıyeva Hökümə tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 nömrəli evdə yaşamış qonşuları Salmina Anna rəsmi sənədlərdə “Salman Nyura” kimi tanınmışdır. O, 24.02.1988-ci ildə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 29.07.2021-ci il tarixli ******* nömrəli arayışdan müəyyəjn edilir ki, Ərizəçi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 nömrəli evdə qeydiyyatdadır. Bakı şəhəri Maraqlı şəxs 11.01.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 nömrəli evə dair Ərizəçi adına hüquq müəyyənedici sənəd olmadığından onun xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəmənin yazılı sorğusu əsasında təqdim edilmiş məktubundan müəyyən eidlir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Anna Salmanın və Nyura Salmanın doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. X9 Rayon Qeydiyyat şöbəsinndə tərtib edilmiş ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum yerinin “Qazaxıstan Respublikası” kimi qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı, şahidin ifadəsi və təqdim edilmiş rəsmi sənədlərlə - Yasamal Rayon icrakomunun Mənzil idarəsi tərəfindən verilmiş Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, (keçmiş Poluxin küçəsi), 149 nömrəli evin verilməsinə dair 14 noyabr 1955-ci il tarixli 01887 nömrəli orderin X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin X4 məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Salmina Annaya aid olan 14 noyabr 1955-ci il tarixli 01887 nömrəli orderin X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5219/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5219/2021
23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver