Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5223/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Ərizəçi “şəxsin eyniliyinin təsdiq edilməsi” barədə ərizəsinə baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə 02.08.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək AR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 30.01.1991-ci il tarixli, K.Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 1 nömrəlii orderdə qeyd edilən şəxslə Bakı şəhər XDS İK-in arxiv fondu üzrə 30.01.1991-ci il tarixli, 1/16 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında qeyd edilən şəxsin eyni adam olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hakim qeyd edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Ərizəçi maraqlı şəxsi ərizəsində göstərməmişdir. Ərizəçi sənədlərdə göstərilən şəxsin eyni şəxs olması faktını deyil, orderin və ya arxiv çıxarışının ona məxsus olması faktınının təsdiq edilməsini tələb edə bilər. Bundan əlavə, ərizəçi qeyd edilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübut ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152 və 308-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi “hüquqi faktının müəyyən olunması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5223/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5223/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver