Məhkəmə qərarları › İş №2(004)-5225/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5225/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5225/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 21 manat cərimə, 08.11.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 1104. 6 manat ödənilməmiş hissə, 110.4 manat cərimə, cəmi 1448 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 06.04.2019-cu il və 08.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon, Samsung LED televizor almış və nəticədə 1448 (min dörd yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 759 (yeddi yüzz əlli doqquz) manat (18 ay x 42 manat + 3 manat ilkin ödəniş) İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 233 (iki yüz otuz üç) manat olmaqla ondan, 212 (iki yüz on iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə; 08.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1530 (min beş yüz otuz) manat (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1215 (min iki yüz on beş) manat olmaqla ondan, 1104. 6 (min yüz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 110.4 (yüz on manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 972.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06 aprel 2019-cu il tarixli 00600826 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 233 (iki yüz otuz üç) manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 759 (yeddi yüzz əlli doqquz) manat (18 ay x 42 manat + 3 manat ilkin ödəniş) İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 233 (iki yüz otuz üç) manat olmaqla ondan, 212 (iki yüz on iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə məbləğində cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 547 (beş yüz qırx yeddi) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 08 noyabr 2019-ci il tarixli 01034993 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Samsung LED televizor almış və nəticədə 1530 (min beş yüz otuz) manat (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1215 (min iki yüz on beş) manat olmaqla ondan, 1104. 6 (min yüz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 110.4 (yüz on manat qırx qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 425.4 (dörd yüz iyirmi beş manat qırx qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 22 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 28 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********66117 Samsung Galaxy A30 markalı telefon, 08.11.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün almış və nəticədə 1448 (min dörd yüz qırx səkkiz) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06.04.2019-cu il tarixli 00600826 nömrəli müqavilə üzrə 212 manat əsas borc, 21 manat cərimə, 08 noyabr 2019-ci il tarixli 01034993 nömrəli müqavilə üzrə 1104,60 manat əsas borc, 110,40 manat cərimə, cəmi 1448 (min dörd yüz qırx səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar