Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5235/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər X4, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər X4, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Abşeron rayon İcra şöbəsinin 17/759242V saylı, xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinə əsasən aparılmış açıq hərracın, həmin hərracın nəticəsi olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 159/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş açıq hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyat nömrəli, **********42 reyestr nömrəli, 13 mart 2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış, Abşeron Rayonu 1 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1369 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 16.000,00 manat borc pul vermiş, tərəflər kreditin faizsiz verilməsini şərtləndirmiş, həmin kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış Abşeron Rayonu 1 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1370 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsini Cavabdeh2 qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edələrək İddiaçı 8000 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi, iddia tələbi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 14000 manat müəyyən edilməklə açıq hərracdan satılması, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun bir qisminini yəni 8000 manat məbləğini xx.xx.2018-ci il tarixdə kredit müqaviləsinin arxasına imzalatdırmaqla rəsmi qaydada Cavabdeh2 geri qaytarmış, bundan sonra geri qalan 6000 manat məbləğində olan borcunu isə sonrakı aylarda müxtəlif məbləğlər ilə geri qaytarsa da, Cavabdeh2 bu halı məhkəmə prosesində inkar etmişdir. Bundan əlavə qətnamə ilə ipoteka ilə yüklü edilmiş torpaq sahəsi real dəyərdən və ipoteka müqaviləsində göstərilən qiymətindən çox aşağı dəyərləndirilmişdir. İddiaçı həmin vəsaiti yenidən qaytarmaq niyyətində olduğu üçün qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra, icra işinin icra mərhələsinə daxil olmasından sonra borcun ödənilməsini gözləmişdir. Buna baxmayaraq, icra məmuru İddiaçı icra hərəkətləri barəsində məlumatlandırmamış, icra məmuru "İpoteka haqqında" Qanununun 41.2-ci maddəsinin tələblərini yəni ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata göndərilməsi barədə razılığının olubolmaması barədə qərarını nəzərə almadan İddiaçı ipoteka qoyulmuş əmlakını onun xəbəri olmadan icra işini açıq hərraca göndərmiş, açıq hərracı keçirən "xxxx" MMC-nin 1786/22 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, borclu İddiaçı açıq hərracın keçirilməsi barədə bildirişlərin icra məmuru tərəfindən göndərilən sifarişdə göstərilən ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qaytarılmış, bununla bağlı "xxxx" MMC tədbir görərək sifarişçi Abşeron Rayon İcra Şöbəsini məlumatlandırmış və borclunun yeni ünvanları barədə məlumat verilməsini tələb etmiş, buna baxmayaraq həmin məktuba cavab gözləmədən təkrar hərracı təyin etmiş, yenə borclunun yaşamadığı ünvan üzrə açıq hərracın keçirilməsi barədə bildiriş göndərilmiş yenidən həmin bildiriş geri qaytarılmış, icra məmuru isə öz növbəsində portal vasitəsi ilə borclunun yeni ünvanı və əlaqə telefonları barədə məlumatı açıq hərracı keçirən quruma təqdim etməmiş, bundan başqa açıq hərracı keçirən təşkilat hərracın baş tutmaması barədə elanları internet informasiya portalına yerləşdirsə də, açıq hərracının keçirilməsi barədə məlumatları (elanları) internet informasiya portalına yerləşdirməmiş, bununla açıq hərracı keçirən təşkilat "İpoteka haqqında" Qanunun 42.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, borclunun açıq hərracda iştirakı təmin olunacağı tədqirdə borclunun açıq hərracda iştirak edəcəyi təqdirdə əmlakın ilkin qiymətinin düşməmə ehtimalı var idi. Bununla da, icra məmuru və açıq hərracı keçirən təşkilatı İddiaçı hüquqlarının pozmaqla keçirilmiş açıq hərracın nəticəsində ona məxsus torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə şərait yaratmışlar. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, icra məmuru bildirişi iddiaçıya xx.xx.2022-ci il tarixdə vermişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 23 may 2022-ci ildə Yasamal İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən borcluya bildiriş göndərilmiş və 10 gün müddətində tələbin icra olunmağı bildirilmişdir. Hərraca isə iyul ayında çıxarılmışdır. 2 ay müddətində borclu icra edə bilərdi. Abşeron rayon İcra şöbəsində də ona bildirilmişdirdir ki, icra məmuru Orxan Abdullayev xx.xx.2022-ci ildə borclunun ünvanına göndərmişdir və 10 gün müddət verilmişdir. Həmçinin, borclu digər işlə bağlı da Orxan müəllimin yanında olmuşdur. Həmin vaxt da icra məmuru ona bu barədə məlumat vermişdir. İş sonra aidiyyatı üzrə Abşeron İcra şöbəsinə getmişdir. İcra məmuru isə bildirir ki, o, formal olaraq borcluya imza etdirmişdir. Halbuki etməyə də bilərdi, borclu xəbərdar olmuşdur. Borclu dəfələrlə Abşeron rayon İcra şöbəsinə gəlmiş, dəfələrlə ona telefonla məlumat verilmişdir. Borclunun hərraca çıxarılmadan xəbəri var idi. Bunlar bəhanədi. 4 il 3 ay ərzində borclu məsələni həll etməmişdir. Borclu qərəzli şəkildə məktubları qəbul etməmişdir, icradan yayınmışdır. Artıq iş Yasamal İcra şöbəsində olanda, həmçinin borclu məhkəmə qərarını alanda işin hərraca getdiyini bilirdi. Orxan Abdullayevin icraatında olanda könülllü icra edə bilərdi. Borclu ünvanını dəyişdirir, qeydiyyata inzibati binaya düşür, qapını açmır. Kimsə qapını, pəncərəni qırıb ona bildirişi verməli deyildi. Borclu qərəzli şəkildə icradan yayınır. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylıŞ xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh İddiaçı 8000 manat məbləğində pulun Cavabdeh2 xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilərək ilkin satış qiyməti 14000 manat müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1346/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 1481/2022 nömrəli bildirişlərdən müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh3 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:00-a ilkin satış qiyməti 140000 manat, xx.xx.2022-ci il tarixdə, saat 11:00-a ilkin satış qiyməti 11900 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər Cavabdeh2, Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə protokolun surətinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylıŞ xx.xx.2022-ci il tarixli icra sənədi ilə əlaqədar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixə təyin edilmiş açıq hərraclar iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarına əlavə edilmiş “birjanews.az” saytının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məlumatlarının surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi barədə məlumatlar saytda dərc olunmuşdur. İş materiallarında olan Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli, 1604/2022 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə əlaqədar Abşeron rayon İcra şöbəsinin difarişi üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin təkrar hərracdakı satış qiymətindən (11900 manat) 25% az olmayan qiymətə əldə edilməsi Cavabdeh2 təklif edilmişdir. Təklifin surəti Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir. İş materiallarında olan Cavabdeh3 MMC-nin hərracın nəticələri haqqında xx.xx.2022ci il tarixli, 159/22 nömrəli protokolunun surətinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi hərracdan 8925 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx/xx-107971/5 nömrəli icra işindən müəyyən olunur ki, icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş iddiaçıya göndərilmişdir. Borclu icra şöbəsinə gəlmədiyindən icra məmuru ona xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi göndərərək icra şöbəsinə gəlməyi tələb etmişdir. Borclu – İddiaçı xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gələrək bildirişi imzalamaqla tanış olmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini və kütləvi informasiya vasitələrində məlumatların dərc edilməməsini qeyd edərək hərracın yekunlarının etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş iddiaçıya göndərilmişdir. Tələbin könüllü icrası üçün 10 gün müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbiri olaraq borclunu məcburi gətirilməsi barədə təqdimatla müraciət edəcəyi barədə məlumatlandırmışdır. İcra məmurunun məcburi gətirilmə barədə çağırış vərəqəsi göndərməsindən sonra borclu xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gələrək icra işi ilə tanış olmuşdur. Bundan başqa hərrac mərkəzi tərəfindən hərracın tarixi və yeri barədə iddiaçının icra sənədində qeyd olunmuş ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində 2 dəfə elan dərc edilmiş, əmlakın satış qiyməti birinci dəfə 14000 manat, ikinci dəfə isə 11900 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər X4, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra şöbəsinin17/759242V saylı, xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinə əsasən aparılmış açıq hərracın, həmin hərracın nəticəsi olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 159/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş açıq hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra şöbəsinin17/759242V saylı, xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinə əsasən aparılmış açıq hərracın, həmin hərracın nəticəsi olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 159/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş açıq hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5235/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5235/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver