Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5236/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 24.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********02066 olan Samsung J3 markalı telefon üçün 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; 23.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01317 olan Samsung Galaxy J4 markalı telefon üçün 311 (üç yüz on bir) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, 07.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********04246 olan Nokia 106 markalı telefon, Ütü Hoffman üçün 77 (yetmiş yeddi) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, 05.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Trimmer Philips üçün 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46550 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 30.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50116 olan Nokia 150 markalı telefon üçün 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92121 olan Nokia 150 markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 15.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92105 olan Nokia 150 markalı telefon üçün 60 (altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən Mi Watch saat üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 1239 manat borc, 30 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 24.11.2018-ci il tarixli, 23.03.2019-cu il tarixli, 07.04.2019-cu il tarixli, 05.05.2019-cu il tarixli, 21.05.2019cu il tarixli, 30.06.2019-cu il tarixli, 05.07.2019-cu il tarixli, 15.07.2019-cu il tarixli, 18.07.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********02066, **********01317, **********04246, **********46550, **********50116, **********92121, **********92105 olan Samsung J3, Samsung Galaxy J4, Nokia 106, Samsung Galaxy A10, 3 ədəd Nokia 150 markalı telefon, Ütü Hoffman, Trimmer Philips, 4D Glass Full aksesuar, Mi Watch saat almış və nəticədə 1239 (min iki yüz otuz doqquz manat) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2018-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********02066 olan Samsung J3 markalı telefon üçün ümumilikdə, 171 (yüz yetmiş bir) manat olmaqla ondan, 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dörd yüz altmış) manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********01317 olan Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə, 342 (üç yüz qırx iki) manat olmaqla ondan, 311 (üç yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 156 (yüz əlli altı) manat (6 ay x 26 manat + 0 manat ilkin ödəniş İMEİ Kodu **********04246 olan Nokia 106 markalı telefon, Ütü Hoffman üçün ümumilikdə, 84 (səksən dörd) manat olmaqla ondan, 77 (yetmiş yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 204 (iki yüz dörd) manat (12 ay x 17 manat + 0 manat ilkin ödəniş) Trimmer Philips üçün ümumilikdə, 187 (yüz səksən yeddi) manat olmaqla ondan, 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46550 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar üçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 78 (yetmiş səkkiz) manat (6 ay x 13 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********50116 olan Nokia 150 markalı telefon üçün ümumilikdə, 68 (altmış səkkiz) manat olmaqla ondan, 62 (altmış iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (2 ay x 24 manat + 24 manat ilkin ödəniş) İMEİ Kodu **********92121 olan Nokia 150 markalı telefon üçün ümumilikdə, 52 (əlli iki) manat olmaqla ondan, 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 85 (səksən beş) manat (2 ay x 30 manat + 25 manat ilkin ödəniş) İMEİ Kodu **********92105 olan Nokia 150 markalı telefon üçün ümumilikdə, 66 (altmış altı) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) Mİ Watch saat üçün ümumilikdə, 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan, 180 (yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1086 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 24.11.2018-ci il tarixdə ümumilikdə dəyəri 504 manat təşkil edən Samsung J3 markalı telefonun, 23.03.2019-cu il tarixdə ümumilikdə dəyəri 468 manat təşkil edən Samsung Galaxy J4 markalı telefonun, 07.04.2019-cu il tarixdə ümumilikdə dəyəri 156 manat təşkil edən Nokia 106 markalı telefon, 05.05.2019-cu il tarixdə ümumilikdə dəyəri 204 manat təşkil edən Trimmer Philips, 21.05.2019-cu il tarixdə ümumilikdə dəyəri 468 manat təşkil edən Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuarın, 30.06.2019-cu il tarixdə ümumilikdə dəyəri 78 manat təşkil edən Nokia 150 markalı telefonun, 05.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 72 manat təşkil edən Nokia 150 markalı telefonun, 15.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 85 manat təşkil edən Nokia 150 markalı telefonun, 18.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 180 manat təşkil edən Mi Watch saatın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 24.11.2018-ci il tarixli, 00387092 nömrəli, 23.03.2019-cu il tarixli 00576832 nömrəli, 07.04.2019-cu il tarixli 00603502 nömrəli, 05.05.2019-ci il tarixli 00644723 nömrəli, 21.05.2019-ci il tarixli 00674281 nömrəli, 30.06.2019-ci il tarixli 00752109 nömrəli, 05.07.2019-ci il tarixli 00761672 nömrəli, 15.07.2019-ci il tarixli 00783987 nömrəli və 18.07.2019-ci il tarixli 00789882 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 24.11.2018-ci il tarixli, 00387092 saylı müqavilə üzrə 15 manat, 23.03.2019-cu il tarixli, 00576832 saylı müqavilə üzrə 31 manat, 07.04.2019-cu il tarixli 00603502 saylı müqavilə üzrə 7 manat, 05.05.2019-cu il tarixli 00644723 saylı müqavilə üzrə 17 manat, 21.05.2019cu il tarixli 00674281 saylı müqavilə üzrə 6 manat, 30.06.2019-cu il tarixli 00752109 saylı müqavilə üzrə 6 manat, 05.07.2019-cu il tarixli 00761672 saylı müqavilə üzrə 4 manat, 15.07.2019-cu il tarixli 00783987 saylı müqavilə üzrə 6 manat, 18.07.2019-cu il tarixli 00789882 saylı müqavilə üzrə 18 manat təşkil edir. 24.11.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00387092 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung J3 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 23.03.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00576832 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy J4 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 07.04.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00603502 nömrəli alqı-satqı müqaviləsi üzrə Nokia 106 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 05.05.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00644723 nömrəli alqı-satqı müqaviləsi üzrə Trimmer Philips tam qüsursuz halda təhvil verilmişdir. 21.05.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00674281 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 30.06.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00752109 nömrəli alqı-satqı müqaviləsi üzrə Nokia 150 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 05.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00761672 nömrəli alqı-satqı müqaviləsi üzrə Nokia 150 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 15.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00783987 nömrəli alqı-satqı müqaviləsi üzrə Nokia 150 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 18.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00789882 nömrəli alqı-satqı müqaviləsi üzrə Mi Watch saat tam qüsursuz halda təhvil verilmişdir. 04.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 21.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 24.11.2018-ci il tarixli, 00387092 nömrəli müqavilə üzrə cavabdehə 156 manat əsas borc, 15 manat cərimə borcu, cəmi 171 manat, 23.03.2019-cu il tarixli, 00576832 nömrəli müqavilə üzrə cavabdehə 311 manat əsas borc, 31 manat cərimə borcu, cəmi 342 manat, 07.04.2019-cu il tarixli, 00603502 nömrəli müqavilə üzrə cavabdehə 77 manat əsas borc, 7 manat cərimə borcu, cəmi 84 manat, 05.05.2019-cu il tarixli 00644723 nömrəli müqavilə üzrə cavabdehə 170 manat əsas borc, 17 manat cərimə borcu, cəmi 187 manat və 21.05.2019-cu il tarixli, 00674281 nömrəli müqavilə üzrə 65 manat əsas borc, 6 manat cərimə borcu, cəmi 71 manat 30.06.2019-cu il tarixli, 00752109 nömrəli müqavilə üzrə cavabdehə 62 manat əsas borc, 6 manat cərimə borcu, cəmi 68 manat, 05.07.2019cu il tarixli, 00761672 nömrəli müqavilə üzrə cavabdehə 48 manat əsas borc, 4 manat cərimə borcu, cəmi 52 manat, 15.07.2019-cu il tarixli, 00783987 nömrəli müqavilə üzrə cavabdehə 60 manat əsas borc, 6 manat cərimə borcu, cəmi 66 manat, 18.07.2019-cu il tarixli, 00789882 nömrəli müqavilə üzrə cavabdehə 180 manat əsas borc, 18 manat cərimə borcu, cəmi 198 manat, olmaqla ümumilikdə 1239 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 24.11.2018-ci il tarixli, 00387092 nömrəli müqavilə üzrə 15 manat, 23.03.2019-cu il tarixli, 00576832 nömrəli müqavilə üzrə 31 manat, və 07.04.2019-cu il tarixli, 00603502 nömrəli müqavilə üzrə 07 manat, 05.05.2019-cu il tarixli 00644723 nömrəli müqavilə üzrə 17 manat, 21.05.2019-cu il tarixli, 00674281 nömrəli müqavilə üzrə 6 manat, 30.06.2019-cu il tarixli, 00752109 nömrəli müqavilə üzrə 6 manat, 05.07.2019-cu il tarixli, 00761672 nömrəli müqavilə üzrə 4 manat, 15.07.2019-cu il tarixli, 00783987 nömrəli müqavilə üzrə 6 manat, 18.07.2019-cu il tarixli, 00789882 nömrəli müqavilə üzrə 18 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.11.2018-ci il tarixli, 00387092 nömrəli müqavilə əsasında əsas borc üzrə 156 manat, cərimə borcu üzrə 15 manat, 23.03.2019-cu il tarixli, 00576832 nömrəli müqavilə əsasında əsas borc üzrə 311 manat, cərimə borcu üzrə 31 manat, 07.04.2019-cu il tarixli, 00603502 nömrəli müqavilə əsasında əsas borc üzrə 77 manat, cərimə borcu üzrə 7 manat, 05.05.2019-cu il tarixli 00644723 nömrəli müqavilə əsasında əsas borc üzrə 170 manat, cərimə borcu üzrə 17 manat, 21.05.2019-cu il tarixli, 00674281 nömrəli müqavilə əsasında əsas borc üzrə 65 manat cərimə borcu üzrə 6 manat, 30.06.2019-cu il tarixli, 00752109 nömrəli müqavilə əsasında əsas borc üzrə 62 manat cərimə borcu üzrə 6 manat, 05.07.2019-cu il tarixli, 00761672 nömrəli müqavilə əsasında əsas borc üzrə 48 manat cərimə borcu üzrə 4 manat, 15.07.2019-cu il tarixli, 00783987 nömrəli müqavilə əsasında əsas borc üzrə 60 manat cərimə borcu üzrə 6 manat, 18.07.2019-cu il tarixli, 00789882 nömrəli müqavilə əsasında əsas borc üzrə 180 manat cərimə borcu üzrə 18 manat, ümumilikdə hər doqquz müqavilə üzrə 1239 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.11.2018-ci il tarixli, 00387092 nömrəli müqavilə əsasında əsas borc üzrə 156 (bir yüz əlli altı) manat, cərimə borcu üzrə 15 (on beş) manat, 23.03.2019-cu il tarixli, 00576832 nömrəli müqavilə əsasında əsas borc üzrə 311 (üç yüz on bir) manat, cərimə borcu üzrə 31 (otuz bir) manat, 07.04.2019-cu il tarixli, 00603502 nömrəli müqavilə əsasında əsas borc üzrə 77 (yetmiş yeddi) manat, cərimə borcu üzrə 7 (yeddi) manat, 05.05.2019-cu il tarixli, 00644723 nömrəli müqavilə əsasında əsas borc üzrə 170 (bir yüz yetmiş) manat, cərimə borcu üzrə 17 (on yeddi) manat, 21.05.2019-cu il tarixli, 00674281 nömrəli müqavilə əsasında əsas borc üzrə 65 (altmış beş) manat, cərimə borcu üzrə 6 (altı) manat, 30.06.2019-cu il tarixli, 00752109 nömrəli müqavilə əsasında əsas borc üzrə 62 (altmış iki) manat cərimə borcu üzrə 6 (altı) manat, 05.07.2019-cu il tarixli, 00761672 nömrəli müqavilə əsasında əsas borc üzrə 48 (qırx səkkiz) manat, cərimə borcu üzrə 4 (dörd) manat, 15.07.2019-cu il tarixli, 00783987 nömrəli müqavilə əsasında əsas borc üzrə 60 (altmış) manat, cərimə borcu üzrə 6 (altı) manat, 18.07.2019-cu il tarixli, 00789882 nömrəli müqavilə əsasında əsas borc üzrə 180 (bir yüz səksən) manat, cərimə borcu üzrə 18 (on səkkiz) manat olmaqla, cəmi 1239 (bir min iki yüz otuz doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5236/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5236/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver