Məhkəmə qərarları › İş №2(004)-5241/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5241/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5241/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.362 manat pulun iddiaçıya qaytarılması və cavabdehin əməlinin hüquqi qiymət verilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMCnin rəhbəri X3 ilə Lizinq yolu ilə qohumu Nümayəndə ilə birlikdə “Şevrole” markalı avtomobil almaq üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Avtosell lizinq” şirkətində müqavilə bağlanmışdır. Cavabdeh hər ay 652 manat ödəmək şərti ilə ilk 3 (üç) ayın pulunu 1.955 manat almışdır. xx.xx.2021-ci il tarixdə cəmi bir ayın pulunu lizinq şirkətinə ödəmişdir, qalan 2 ayın pulunu olmadığı bəhanə gətirərək aldatma yolu ilə həmin pulu ödəməkdən yayınmışdır. Bu münvalla maşına aid olan yerdə qalan pulu tam iddiaçı ödəsə də, Cavabdeh sonra söz verdiyi 1.362 manatı yenə müxtəlif bahənələrlə ödəməkdən boyun qaçırmışdır və sonda yenə həmin məbləği iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh həmin vaxtdan onunla bütün əlaqələri kəsmiş və bu günə kimi də həmin pulu qaytarmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Xətai RPŞ-nin 37-ci bölməsinə iddiaçı müraciət etmişdir və xx.xx.2024-cü il tarixdə həmin bölməsinin baş təhqiqatcısı polis mayor Əhmədov Kamran tərəfindən “Cinayət işinin rədd edilməsi” barədə qərar qəbul edilmişdir və məsələ ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinə əsasən məhkəməyə tövsiyyə olunmuşdur. İddiaçı bildirir ki, əldə etdiyi məlumata görə Cavabdeh bu məsələdən əvvəl Yasamal RPŞ tərəfindən axtarışdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Meqalizinq“ MMC ilə "xxxx" MMC arasında bağlanılmış 20 aprel 2021-ci il tarixli, 06/3942/İLİZ saylı X4 Müqaviləsindən görünür ki, tərəflər arasında bağlanılmış Maliyyə Liizinqi müqaviləsinə əsasən “Liznq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “Lizinq alan” tərəfindən seçilmiş, “Lizinq verən”lə Satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən 1 ədəd, 2016-cı il buraxılışı olan, Chevrolet Cruze minik markalı, mühərrik ban 1G1BE5SM6G7236881 nəqliyyat vasitəsini “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadə verməyi öz öhdəsinə götürmüş, “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq, lizinq obyektindən istifadəyə görə “Lizinq verənə” şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən material üzrə cinayət işinin başlanılmasnın rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildimişdir ki, 2021-ci ilin aprel ayında X1 əmisi İddiaçı Talib oğlu ilə gəlib 5300 manat lizing yolu ilə ödəniş edib “Chevrolet Cruz2” markalı avtomobili almışlar. Sonra avtomobili öz adlarına keçirmişlər. Bu zaman onun 1362 manat borcu qalmışdır. Lakin, onun həmin şəxslərin pulunu keçirmək niyyəti olmamışdır, hazırda vəziyyəti yaxşı olmadığından imkanı olan kimi qaytaracağına söz vermişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “...şikayətçi İddiaçı 2021-ci ilin aprel ayında Cavabdeh avtomobil alan zaman ödəməsi üçün sonuncuya 2 ayın pulu olan 1362 manat pulu versə də, sonuncu həmin pulları ödəməmişdir. Bununla da məlum olur ki, hadisədən 2 ildən artıq (3 ilə yaxın) müddət keçmişdir. Yəni İddiaçı Talib oğlunun hazırkı şikayətini nəzərə alaraq, hadisələrin baş verdiyi gündən bu günədək, yəni İddiaçı Talib oğlunun şikayət etdiyi xx.xx.2024-cü il tarixədək 2 ildən artıq, 3 ilə yaxın müddət keçmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məcəllənin həmçinin aşağıdakı maddələri nəzərə alınmalıdır: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Meqalizinq“ MMC (“Lizinq verən”) ilə Cavabdeh tərəfindən təmsil olunan "xxxx" MMC (“Lizinq alan”) arasında bağlanılmış 20 aprel 2021-ci il tarixli, 06/3942/İLİZ saylı X4 Müqaviləsindən görünür ki, “Lizinq verən” 1 ədəd, 2016-cı il buraxılışı olan, Chevrolet Cruze minik markalı, mühərrik ban 1G1BE5SM6G7236881 nəqliyyat vasitəsini “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadə verməyi öz öhdəsinə götürmüş, “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq, lizinq obyektindən istifadəyə görə “Lizinq verənə” şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən “Turbo.az” saytına yerləşdirilmiş həmin avtomobili almaq üçün İddiaçı 5300 manat lizinq yolu ilə ödəniş edib, ilk üç ayın (ayda 651 manat olmaqla) ödənişini Cavabdeh versə də, sonuncu yalnız bir ayını ödənişini edərək, qalan 2 ayın məbləğini (1362 manat) özündə saxlayaraq, lizinq verənə ödəməmişdir. Bu hal iş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür. Belə ki, İddiaçı şikayəti əsasında Xətai RPİ-nin 37-ci PŞ tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh izahatında 1362 manat borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh avtomobilə görə iddiaçıdan aldığı 1362 manat pulun lizinq verənə ödəməməsi faktı məhkəmə tərəfindən mübahisələndirilmir və yenidən sübut edilmir, məcburi xarakter daşıyır. Məhkəmə cavabdehin əməlini əsassız varlanma kimi qiymətləndirir. Belə ki, o heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1362 manat məbləğində varlanmışdır. Bu hal, iş materiallarında olan sənədlərlə yanaşı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskdə olan video materialla baxış keçirilən zaman da öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 1362 (bir min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu olaraq 33,62 (otuz üç manat altmış iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1362 (bir min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 33,62 (otuz üç manat altmış iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar