Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5247/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə X5 və X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 08M000000893 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, X4 qardaşının xahişi ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsini onun xəbəri olmadan "Cavabdeh" QSC ilə bağlanmış müqavilənin təminatı kimi girov qoymuşdur. Belə ki, "Cavabdeh" QSC ilə qaynı X5 arasında imzalanmış xx.xx.2012-ci il tarixli, 08L**********9 saylı kredit xətti müqaviləsinə əsasən ona 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, "Cavabdeh" QSC ilə X4 və X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 08M000000893 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi, Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 49 a ünvanında yerləşən 0,0349 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin bütün bunlardan xəbəri olmamışdır. Daha doğrusu ondan gizlədilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunaması barədə qıtnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-60/2018) saylı qətnaməsi iiə iddiaçı “Cavabdeh" QSC-nin cavabdehlər X5 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutuiması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 114.915,60 ABŞ doilarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutuiub iddiaçıya ödənilməsi və tutmanın ipoteka predmeti olan Lənkəran şəhərində yerləşən torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin cavabdeh X2 veriiməsi, torpaq sahəsinin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülkİ Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-363/2019 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixii, 2(004)-5409/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmlşdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1151/2020 nömrəli qətnaməsi iiə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu İİ tarixii qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. lddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmesi Mülkİ Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4695/2020 saylı qərarı ilə təmin edilməmişdir. Mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı Cavabdeh QSC ilə X5 və X4 arasında bağlanmış Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 49 a ünvanında yerləşən 0,0349 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2012-ci il tarixli 08M000000893 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin etibarsız hesab edilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5247/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5247/2020
30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver