Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5249/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “qanunsuz aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “qanunsuz aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 602286 saylı aktın ləğv edilməsi və oa təyin edilmiş 2052 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında bağ evi var. Həmin evin təchizatını təmin etmək üçün texniki şərt almışdır və qanunda nəzərdə tutulmuş qaydada sudan istifadə etmişdir. Heç vaxt qanundankənar əməllərə yol verməmişdir. Lakin cavabdeh tərəfindən qərəzli olaraq qanunsuz, əsassız və ədalətsiz olaraq 18 iyul 2024-cü il tarixində guya tərəflərindən sudan istifadəni əsas götürərək xx.xx.2024-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturası tərtib edilərək xx.xx.2024-cü il tarixli, 602286 saylı akta əsasən ümumilikdə 2052 manat məbləğində cərimə edilmişdir və cavabdeh xx.xx.2024-cü il tarixinədək qalıq borcunun 2135 manat təşkil etdiyini bildirişində qeyd etmişdir. Hesab edir ki, cavabdeh onun isteklakçı kimi hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, yalnız yay fəslində həmin evdə yaşayır. VÖEN-ü yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. xx.xx.2024-cü il tarixdə həmin əraziyə baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, iddiaçı sayğacdan kənar sudan istifadə edir. İstehlakçı əvvəl əhali kateqoriyasında olmuş, sonradan qeyri-əhali kateqoriyasına keçmişdir. Həmin yerdə kotteclər tikilmişdir. İddianın rədd edilməsini xahiş edir. 2052 manat qoşulmanın vaxtı müəyyən edilmədiyindən yalnız sudan istifadəyə görə bir illik hesablanmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC Bağlar Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış dəymiş maddi ziyanın ödənilməsinə dair bildirişdən görünür ki, Novxanı bağları 5, ev 876/A ünvanı üzrə İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 602286 saylı akt tərtib olunmuş və akta əsasən 2052 manat məbləğində sudan qanunsuz istifadəyə görə borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc "xxxx" ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı hesablanılmış 2052 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri tam olaraq ödənilmişdir. Belə ki, İddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 602286 saylı aktda qeyd edilən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə dair pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından həmin akt üzrə cavabdehin hesabladığı 2052 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 602286 saylı “su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə” haqqında akt ləğv edilməli, Novxanı bağları 5, ev 876/A ünvanı üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, 602286 saylı akta əsasən əsassız hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 602286 saylı “su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə” haqqında akt ləğv edilsin. Novxanı bağları 5, ev 876/A ünvanı üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, 602286 saylı akta əsasən əsassız hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5249/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5249/2024
07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver