Məhkəmə qərarları › İş №2(004)-5291/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5291/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5291/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh da, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar: 1.1. Bu Sazişə əsasən “Birinci tərəf” “İkinci tərəflə” aralarında bağlamış olduqları 30 iyul 2021-ci il tarixli Müqaviləyə əsasən “İkinci tərəf”ə ödənilməli olan ümumilikdə 240 000 (iki yüz qırx min) manat məbləğində kompensasiyanın miqdarını əlavə 5000 (beş min) manat artırır. “Birinci tərəf” 30 iyul 2021-ci il tarixli Müqaviləyə əsasən “İkinci tərəf”ə ilkin olaraq 5000 (beş min) manat ödəniş etmişdir. 1.2. “Birinci tərəf” bu Saziş qüvvəyə mindiyi tarixdə “İkinci tərəf”in təqdim etdiyi bank hesabına 240 000 (iki yüz qırx min) manatı ödəyir. 1.3. “İkinci tərəf” bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 10 gün ərzində sərəncamında olan, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu (keçmiş Sereteli) küçəsində yerləşən 46 saylı mənzilini boşaldaraq “Birinci tərəf”ə təhvil verir (təhvil-təslim aktı imzalamaqla). 1.4. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən “Birinci tərəf” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-5291/2021 saylı mülki iş üzrə iddiasından imtina edir. 1.5. Bu Saziş imzalandığı və möhürlə təsdiq edildiyi andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədə qalır. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.6. Bu Sazişə əsasən “Birinci tərəf” “İkinci tərəflə” aralarında bağlamış olduqları 30 iyul 2021-ci il tarixli Müqaviləyə əsasən “İkinci tərəf”ə ödənilməli olan ümumilikdə 240 000 (iki yüz qırx min) manat məbləğində kompensasiyanın miqdarını əlavə 5000 (beş min) manat artırır. “Birinci tərəf” 30 iyul 2021-ci il tarixli Müqaviləyə əsasən “İkinci tərəf”ə ilkin olaraq 5000 (beş min) manat ödəniş etmişdir. 1.7. “Birinci tərəf” bu Saziş qüvvəyə mindiyi tarixdə “İkinci tərəf”in təqdim etdiyi bank hesabına 240 000 (iki yüz qırx min) manatı ödəyir. 1.8. “İkinci tərəf” bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 10 gün ərzində sərəncamında olan, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu (keçmiş Sereteli) küçəsində yerləşən 46 saylı mənzilini boşaldaraq “Birinci tərəf”ə təhvil verir (təhvil-təslim aktı imzalamaqla). 1.9. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən “Birinci tərəf” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-5291/2021 saylı mülki iş üzrə iddiasından imtina edir. 1.10. Bu Saziş imzalandığı və möhürlə təsdiq edildiyi andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədə qalır. İddiaçı MMC-nin Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair 2(004)-5291/2021 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar