Məhkəmə qərarları › İş №2(004)-5302/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5302/2021

06.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5302/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı Rahub oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Rahub oğlunun Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rahub oğlu Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağlanılmış 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ona və ailə üzvləri, yaxın qohumları olan 14 nəfərə qarşı (X22 oğlu, Məmmədov Əsədullah Behbud oğlu, X3, X4, X10, X15, X11, X16, X18, X19, X25, X20, X21 və X1) iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Məmmədov Əsədullah Behbud oğluna, X22 oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma iddia tələbinin kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, cavabdeh X22 oğlundan iddiaçı ASC “Xalq” bankının xeyrinə yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091.24 ABŞ dolları əsas borc, 8038.16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi 29.229 ABŞ dolları, 40 sent məbləğinin ipoteka ilə yüklü edilmiş, cavabdeh Məmmədov Əsədullah Behbud oğluna məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahənin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli 6 otaqlı 230.5 kv.m ümumi, 119kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması, həmin yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləğinin və s-nin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd olunan yaşayış evi açıq hərracdan satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin həmin evdən məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən Məmmədov Əsədullah Behbud oğlu (babası) Şəki Appelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şəki Appelyasiya Məhkəməsinin MK-nın 01,07.2020-ci il tarixli qətnaməsi ilə Məmmədov Əsədullah Behbud oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi 06 may 2015- ci il tarixli, **********8615/İP nömrəli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, cavabdeh Əsədullah Məmmədova məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62000 manat müəyyən edilərək dəyişdirilmiş, qalan hissədə isə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən əmisi X22 oğlu kassasiya şikayəti vermiş, AR Ali Məhkəmənin Mülki X6 Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, iş üzrə cavabdeh olmuş əmisi X22 oğlu ilə iddiaçı ASC “Xalq” Bank arasında 06 may 2015-ci il tarixdə **********18615 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən ona 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 24000 ( iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. 08 iyun 2015-ci il tarixindən başlayaraq hər ay ödəniş qrafiki üzrəəsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 33845.12 ABŞ dolları kredit borcunu tam ödəməyi öz üzərinə götürmüşdür və ödəməkdə də davam etmişdir. Lakin bilindiyi kimi 2015-ci ilin dekabr və 2016-cı ilin fevral aylarında ABŞ dollarının məzənnəsi qalxaraq 1 ABŞ dolları-1.70 AZN olmuşdur. Halbuki, müqavilə bağlananda bu nisbət 1 ABŞ dolları - 1.05 AZN idi. Əgər əmisi Fəqan Məmmədov müqavilə bağlandıqdan sonra şəraitin belə əhəmiyyətli dərəcədə dəyişəcəyini bilsəydi və ya görə bilsəydi müqavilə bağlamazdı. Bundan başqa, ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra müqavilə şərtlərinə yenidən baxılmamış və tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Həmçinin mülki qanunvericiliyin tələblərinə əsasən məhkəməyə iddia tələbi ilə tərəflərdən biri müraciət etdikdə bütün hərəkətlər məhkəmə çəkişmələri bitənədək dayandırılır. Fəqan Məmmədova münasibətdə həm əsas borc üzrə ödənişlər, həm də faizlərin ödənişi dayandırılmalı idi. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində bu hala qiymət verilməmiş, hətta məhkəmə araşdırmalarının aparıldığı müddətdə qarşı tərəfin iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə əsasən faiz borcuna təqribən 5000 ABŞ dolları əlavə hesablanmışdır. Həmin kreditin təminatı kimi Məmmədov Əsədullah Behdud oğluna (babasına) məxsus olan, onun və ailə üzvlərimin qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Məhkəmələr (hər üç instansiya) cavabdehlərin başqa yaşayış yerinin olmadığını, H.B.ünvan 2 ünvanında 4 ailənin yaşadığını, cavabdehlərdən X12 05 mart 2009-cu il, X7 22 sentyabr 2010-cu il, X13 22 iyul 2014-cü il, X5 29 sentyabr 2003-cü il, X8 29 aprel 2008-ci il, X9 08 avqust 2011-ci il təvəllüdlü olmasını, yəni azyaşlı olmalarını, yaşayış yerini itirmək təhlükəsi qarşısında qalmalarını, ümumiyyətlə, cavabdehlərin başqa yaşayış yerinin olmadığını nəzərə almamışdır. Onu da qeyd edir ki, mülki qanunvericilik daşınmaz əmlaka birgə hüququ olan ailə üzvlərinin hər hansı birinin, xüsusən də mülki prosessual fəaliyyət qabiliyyəti olmayan ailə üzvünün razılığı olmadan bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin həmin müqavilənin qarşı tərəfinin müqaviləni bağlamaq hüququnun yalnız müqaviləni bağlayan tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Beləliklə, Məhkəmələr dolların məzənnəsinin artmasını, cavabdehlərin borcu ödəməkdə davam etdiklərini, faizlərin və penyanın həddindən artıq şişirdilməsini, ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar işsizliyin yaranmasını, iş yerlərinin bağlanmasını, cavabdehlərin başqa yaşayış yerinin olmamasını, cavabdehlərin əksəriyyətinin azyaşlı, yəni 7-14 arası yaş həddində olmasını, onların cavabdeh qismində qoyulmasının qanunazidd olmasını nəzərə almamışdır. Eyni zamanda bildirirəm ki, sözügedən kredit müqaviləsi və onun təminatı kimi bağlanmış ipoteka müqaviləsi bağlanarkən iddiaçı azyaşlı idi, hal-hazırda isə tam həcmdə mülki prosessual fəaliyyət qabiliyyətinə malikdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Rahub oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC ilə X22 oğlu arasında bağlanmış 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsinin təminatı kimi qoyulmuş 06 may 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC 06 may 2015-ci il tarixdə X22 oğlu ilə **********18615 saylı kredit müqaviləsi bağlamış və ona 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 may 2015-ci il tarixdə kreditin təminatı üçün tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və Məmmədov Əsədullah Behbud oğluna məxsus İsmayıllı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki birmərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m. yaşayış və 111.5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, 06 may 2015-ci il tarixli ipoteka müqaviləsini qanunsuz hesab edirəm və bu müqavilə etibarsız hesab edilməlidir. Həmin ipoteka müqaviləsi bağlanarkən iddiaçı 14 yaşında deyildi. Həmin ipoteka müqaviləsi ilə o və ondan kiçik uşaqlar ipoteka müqaviləsi üzrə cavabdeh kimi qoyulmuşlar. Belə ki, əgər Cavabdeh ASC-nin kredit müqaviləsi üzrə tələbi yerinə yetirilməzsə onun və digər cavabdeh azyaşlı uşaqların yaşadığı fərdi yaşayış evi ipoteka predmeti kimi açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənməlidir. Cavabdeh ASC 06 may 2015-ci il tarixdə X22 oğlu ilə **********18615 saylı kredit müqaviləsi bağlamış və ona 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 may 2015-ci il tarixdə kreditin təminatı üçün tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və Məmmədov Əsədullah Behbud oğluna məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, 06 may 2015-ci il tarixli ipoteka müqaviləsini qanunsuz hesab edirəm və bu müqavilə etibarsız hesab edilməlidir. Həmin ipoteka müqaviləsi bağlanarkən 0 14 yaşında deyildi. Həmin ipoteka müqaviləsi ilə o və ondan kiçik uşaqlar ipoteka müqaviləsi üzrə cavabdeh kimi qoyulmuşlar. Belə ki, əgər Cavabdeh ASC-nin kredit müqaviləsi üzrə tələbi yerinə yetirilməzsə onun və digər cavabdeh azyaşlı uşaqların yaşadığı fərdi yaşayış evi ipoteka predmeti kimi açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 29.2-ci maddəsində qeyd olunur ki, 7 yaşından 14 yaşına kimi olan şəxslərin xırda məişət əqdlərıni və notarial təsdiqlənməyə ehtiyacı olmayan əqdləri bağlamağa ixtiyarı vardır. Beləliklə, həmin ipoteka müqaviləsi bağlanarkən mən məhdud fəaliyyət qabiliyyətli şəxs olmuş və onun ipoteka müqaviləsi üzrə cavabdeh qoyulmağı qanunvericiliyə ziddir. Bundan başqa, onun cavabdeh kimi qoyulmağı mənzil hüquqlarını, yaşadığı mənzildən istifadə hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı Rahub oğlu və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ASC –nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi Cavabdeh ASC ilə X22 oğlu arasında bağlanmış, həmin müqavilənin təminatı olaraq isə ipoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan Məmmədov Əsədullah Behbud oğlu və borcalan X22 oğlu ilə 06 may 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə məhkəmədə iddialara baxılmış, yekun məhkəmə aktları qəbul edilmişdir. Sözügedən müqavilələr üzrə iddiaçı tərəf olmamış, yəni iddiaçının subyektiv hüququ yaranmamışdır, eyni zamanda ipoteka müqaviləsi qanunun tələbinə uyğun bağlanılmış, etibarsızlığı üçün əsas yoxdur. İddiaçı əvvəlki mülki iş üzrə cavabdeh qismində mənzildən çıxarılmaya dair hissə üzrə cavabdeh kimi iddiada göstərilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmişdir. Buna görə də iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ASC ilə X22 oğlu arasında bağlanmış 06.05.2021-ci il tarixli **********28615 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana arasında 48 ay müddətinə illik 18% -lə ödəmək şərti ilə 24000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin krediti və faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan Məmmədov Əsədullah Behbud oğlu və borcalan X22 oğlu ilə 06 may 2015-ci il tarixli **********28615/ip saylı sonrakı ipoteka müqaviləsindən görünürki, 06.05.2021-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka predmeti, Məmmədov Əsədullah Behbud oğluna məxsus İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 230.5 kv. m ümumi, 119 kv.m yaşayış sahəsi olan 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X22 oğlundan iddiaçı ASC “Xalq” Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi - 29.229 ABŞ dolları 40 sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləği ipoteka ilə yüklü edilmiş, cavabdeh X22 oğluna məxsus olan İsmayıllı şəhəri H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı (230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka ilə yüklü edilmiş, cavabdeh Məmmədov ismayıllı şəhəri H.B.ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, cavabdeh Məmmədov Əsədullah Behbud oğluna məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 101850.00 (yüz bir min səkkiz yüz əlli) manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 (iyirmi doqquz min iki yüz iyirmi doqquz) ABŞ dolları 40 sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh Məmmədov Əsədullah Behbud oğluna məxsus olan, ismayıllı şəhəri H.B.ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Məmmədov Əsədullah Behbud oğlu, Məmmədov X2 Rahib Əsədullah oğlu və X10, X15, X11, İddiaçı, X16, X18, X19,X25, X20,X21, X4 və X1 fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-12/2020 saylı 01.07.2020ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Məmmədov Əsədullah Behbud oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X14 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, 06 may 2015-ci il tarixli **********8615/ip nömrəli ipoteka üqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, cavabdeh Məmmədov Əsədullah Behbud oğluna məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq səhəsi ilə birlikdə ilkin satış qiyməti 62000 (altmış iki min) manat məbləğində müəyyən edilmiş və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1164/2021 saylı 31.03.2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-12/2020 saylı 01.07.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 27.07.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4cü maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 noyabr 2015-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. “İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırda İddiaçı qeyd olunan evin ipoteka ilə yüklü edilməsi zamanı yetkinlik yaşına çatmadığını, bu barədə məlumatının olmamasını göstərərək, Cavabdeh ASC, ipoteka qoyan Məmmədov Əsədullah Behbud oğlu və borcalan X22 oğlu ilə bağlanmış 06 may 2015-ci il tarixli **********28615/ip saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC, ipoteka qoyan Məmmədov Əsədullah Behbud oğlu və borcalan X22 oğlu ilə 06 may 2015-ci il tarixli **********28615/ip saylı sonrakı ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ipoteka müqaviləsinin qanuniliyinə qiymət verilmiş və borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə qərar verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC ilə X22 oğlu arasında bağlanmış 06 may 2015-ci il tarixli, **********18615 nömrəli kredit müqaviləsinin təminatı kimi qoyulmuş 06.05.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar