Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5302/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev İB ünvamndakı binada, sahəsi 126,6 kv.m olan 89-cu mənzilə dair cavabdehlər Cavabdeh2 QSC ilə Cavabdeh1 Sübar oğlu arasında bağlanmış 06 fevral 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələr ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 maddəsinin tələbinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi özü tərəfindən isə imzalanmamışdır. Bununla da, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 149.1 maddəsinin tələbinə əməl edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qiymətləndirilməyən iddia üzrə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumundan yalnız 30 manatı ödənilmiş, qalan 70 manat məbləğində dövlət rüsumunun kəsiri ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə eyni zamanda iddiaçının diqqətinə onu da çatıdırır ki, iş üzrə tərəflər arasında yekun məhkəmə aktı olduğundan və həmin məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə və eləcə də, ipoteka müqaviləsinin etibarlığına artıq qiymət verildiyindən hazırki tələbə məhkəmədə ümumiyyətlə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5302/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5302/2022
29.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver