Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5324/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı nümayəndəsi X1 və vəkili X4, Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X7, 167 ünvanında yerləşən avtoyuma salonunda sərf edilmiş suya görə hesablanmış 1616 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, X7ndə yerləşən 167 saylı qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış sahəsi 123 kv.m-dən ibarətdir. Həmin sahə avtoyuma salonu kimi istifadə edilir. 03.06.2021-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə 007136 nömrəli akt tərtib edilmiş və həmin aktın tərtib edilməsinə əsas kimi “ünvana baxış keçirilən zaman məlum oldu ki, avtoyuyucuda sayğacdan kənar D=15mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunur.nHəmin sayğacdan kənar xəttin videosu tərəflərindən çəkilərək qeydə alındı” göstərilmişdir. İddiaçı 03.06.2021-ci il tarixli, 007136 nömrəli aktda qeyd edilənlər ilə razı deyil. Həmin aktın tərtib edilməsinə əsas olmuş səbəblər həqiqəti əks etdirmir. İddiaçının iştirakı ilə avtoyuma salonu kimi fəaliyyət göstərən Abşeron rayonu, Xırdalan şəhəri, X7ndə yerləşən 167 saylı qeyri-yaşayış sahəsinin əvvəlki köhnə sayğacı dəyişdirilərək yenisi qoyulmuş və əvəz edilmişdir. Həmin zaman istifadə edilməyən borunu görmüş, istifadə edilib-edilmədiyini soruşduqdan sonra çıxarılmış sayğacın yerinə yenisi quraşdırılmışdır. İddiaçı heç bir problem olmadan iddiaçı sayğac olan su xəttindən istifadə etmiş və sərf etdiyi su sərfiyyatına görə ödənişlər etmişdir. İddiaçının iştirakı təmin edilmədən qeyri-qanuni şəkildə iddiaçıya nə rəsmi, nə də şifahi məlumat verilmədən, əvvəl də gördükləri istifadə edilməyən xəttin fotoşəkillərini və videogörüntülərini əldə edərək iddiaçıya qanunsuz şəkildə 1616 manat məbləğində cərimə tətbiq etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və vəkili X6 izahatlarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X8 izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 03.06.2021-ci il tarixli akt etibarsız hesab edilməli, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X7, 167 ünvanında yerləşən avtoyuma salonunda sərf edilmiş suya görə hesablanmış 1616 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Belə ki, iş materiallarında olan 03 iyun 2021-ci il tarixli, 007136 nömrəli akta əsasən görünür ki, 02.06.2021-ci il tarixdə Xırdalan AAAF ünvanında yerləşən avtoyuyucuya baxış keçirilmiş, ünvana baxış keçirilən zaman avtoyuyucuda sayğacdan kənar D=15mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmiş, sayğacdan kənar xəttin videosu Cavabdeh ASC tərəfindən çəkilərək qeydə alınmışdır. İş materiallarında olan 28.07.2021-ci il tarixli qanunsuz istifadə fakturasına əsasən görünür ki, borunun qanunsuz istifadə müddəti 265 gün müəyyənləşdirilmiş, ümumilikdə 1616 manat borc hesablanmışdır. İş materiallarında əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışa əsasən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçıdır. 26.04.2019-cu il tarixdə qeydiyyata alınmış, tam pay hüququ müəyyən edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsi ümumilikdə 144,7 kv.metrdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma etdiyi faktı sübuta yetirilməmişdir. Eyni zamanda, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərsu ASC digər əsaslarla (delikt, əsassız varlanma) İddiaçı pul məbləğini istəməsi üçün iddiaçının sudan qanunsuz təqsirli istifadəsininə dair məhkəməyə sübutlar təqdim etməli, yaranmış borc məbləğini kifayət qədər əsaslandırmalıdır ki, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərsu ASC-nin nümayəndəsi qeyri-yaşayış sahəsinin fəaliyyət göstərdiyini və iddiaçının sudan faktiki istifadə etdiyini bildirsə də, bu halı da məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin 2-ci bəndinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. 03.06.2021-ci il tarixli aktda və 28.07.2021-ci il tarixli hesabatda İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X7 167 ünvanda yerləşən avtoyuma məntəqəsində sudan qeyri-qanuni istifadə edilməsini təsdiq edən video və foto şəkillərin olması qeyd olunsa da, məhkəmə araşdırması zamanı belə bir sübutun olmadığı müəyyən edildi. Yəni, Cavabdeh ASC-nin Abşeronr rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən qanunsuz tərtib edilmiş 03.06.2021-ci il tarixli 007136 nömrəli akt əsasında 28.07.2021-ci il tarixli hesabatla İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X7 167 ünvanda yerləşən avtoyuma məntəqəsində sudan qeyri-qanuni istifadə edilməsinə görə əsassız olaraq 1.616 manat borc hesablanmışdır. Bu borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 1616 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 03.06.2021-ci il tarixli akt etibarsız hesab edilməli, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X7, 167 ünvanında yerləşən avtoyuma salonunda sərf edilmiş suya görə hesablanmış 1616 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərsu ASC tərəfindən qanunsuz tərtib edilmiş 03.06.2021-ci il tarixli, 007136 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilsin. İddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X7 167 ünvanında yerləşən avtoyuma salonunda sərf edilmiş suya görə 03.06.2021-ci il tarixli, 007136 nömrəli akt əsasında əsassız hesablanmış 1616 manat borc ləğv olunaraq su və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5324/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5324/2021
30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver