Məhkəmə qərarları › İş №2(004)-533/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-533/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-533/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı şəhadətnamədə Ərizəçi adı və atasının adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı ilə düz gəlmədiyi üçün, həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin 26 oktyabr 2003-cü il tarixli 26 saylı qərarı ilə Sumqayıt şəhəri Novxanı bağ massivi 741 ünvanında yerləşən 0.12 ha bağ sahəsi Nümayəndə Tofik qızı, Ərizəçi, X15 və X10 mülkiyyətinə verilib. Ərizəçi və X15 ər-arvaddır, X31 və Nümayəndə Tofik qızı isə onların övladıdır. X15 xx.xx.2011-ci ildə vəfat edib. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamə iki nüsxədə tərtib olunub və 39 nömrə ilə kitabda qeydiyyata alınıb. İkinci nüsxəsi Sumqayıt şəhər B.T.C-də saxlanılıb. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq "X32" kimi yazılıb. Başqa sözlə, onun adının sonundakı "k" hərfi yanlış olaraq "q" kimi, ata adı isə "Qafar" əvəzinə "Emin" kimi qeyd edilib. xx.xx.2024-cü ildə ərizəçinin qızı Nümayəndə Tofik qızı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə yazılı müraciət edərək, Sumqayıt şəhər Novxanı bağ massivi 741 ünvanında yerləşən 0.12 ha bağ sahəsi üzərində buraxılan texniki səhvin aradan qaldırılaraq ("X32"nu "Ərizəçi kimi" qeyd etməklə), həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş-edib. Maraqlı şəxs 25 iyun 2024-cü iyun tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 3-21-3-31/2-2217/2024 saylı Bildirişi ilə bundan imtina edib. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət edilib. Şəhadətnamədə Ərizəçi adının texniki səhv olaraq "X32" kimi yazılmasının aradan qaldırılmasına isə maraqlı şəxsin təmsilçisi belə cavab verib: "Təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı JN- 203H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də 2-cı sırada qeyd edilən mülkiyyətçinin adında və ata adında uyğunsuzluq olduğu, 4-cü sırada qeyd edilən mülkiyyətçinin isə şəxsiyyətini təsdiq edən sənədin ərizənizə əlavə olunmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmklorlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səalhiyyətinə aid edilmişdir". Sözügedən Bildiriş 14 iyul 2024-cü ildə rəsmi qaydada Nümayəndə Tofik qızına təqdim edilib. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan JN-203H, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komitəsinin 1988-ci il 26 oktyabr tarixli 26 saylı qərarı ilə Sumqayıt bağçılıq təsərrüfatının “Novxanı”-dakı 741 nömrəli 0.12 hektar bağ sahəsi Nümayəndə, X32, X15 və X10 mülkiyyətinə verilib. İş materiallarında olan xx.xx.1947-ci il tarixdə verilmiş AA 694510 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1020 nömrə ilə qeyd edilmişdir. X1, anası X2. İş materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş İ-ЖГ 274376 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2389 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X3. İş materiallarında olan LV AB 162815 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Abasov Tofiq ilə Hayte Liliya nikahlarını xx.xx.1968-ci il tarixdə RİQA şəhəri VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında A-1323 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abasov”, arvada “Abasova” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-ЖГ 342779 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X7 ilə X17 nikahlarını xx.xx.1997-ci il tarixdə Yasamal rayon VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 220 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İbrahmov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə Nümayəndə adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 001 nömrəli arayışa əsasən Ərizəçi X.Mustafayev küçəsi 128 №-li evin 1-ci mərtəbəsində 31.7 kv m sahəsi olan 2 otaqlı mənzildə yaşayır və Ərizəçi, Nümayəndə Tofik qızı, X7, X11, X4, X5, Abbasov Hicran Nəcəf oğlu, Abasov Nazim Hicran oğlu, X18, X19, X6, X26, X27, X20, X21, X22, X12, X23, X13, X14, X24 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 189 nömrəli vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportuna əsasən Sumqayıt şəhəri, Novxanı bağları ərazisi, 741 nömrəli bağ sahəsi tam paya sahib olmaqla X8 istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən bağ evinin hüquq subyektləri qismində Nümayəndə, Ərizəçi, X31 çıxış edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-2217/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən Nümayəndə müraciətinin araşdırılması zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv və elektron kadastr baza məlumatlarında təqdim edilmiş JN-203H, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin aşkar olunmadığının müəyyən olunduğu, idarənin istifadəsində olan arxiv məlumatlarında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxslərin adına verilmiş JN-203H, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcud olduğu bildirilmiş, əlavə olaraq JN-203H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də 2-ci sırada qeyd edilən mülkiyyətçinin adında və ata adında uyğunsuzluq olduğu, 4-cü sırada qeyd edilən mülkiyyətçinin isə şəxsiyyətini təsdiq edən sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmələrin səlahiyyətinə aid olduğu bildirilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.1-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komitəsinin 1988-ci il 26 oktyabr tarixli 26 saylı qərarı ilə Sumqayıt bağçılıq təsərrüfatının “Novxanı”-dakı 741 nömrəli 0.12 hektar bağ sahəsi Nümayəndə, X32, X15 və X10 mülkiyyətinə verilib, həmin şəxslərin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, şəhadətnamədə Ərizəçi adı və atasının adı, səhvən “X32” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmişdir və düzəlişin icrasının məhkəmələrin səlahiyyətinə aid edildiyini bildirmişdir. Ərizəçinin JN- 203H, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adı və atasının adı ona aid digər sənədlərdəki ad və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçinin nümayəndəsi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Təqdim edilmiş sübutlar əsasında Ərizəçi adının “Tofiq” deyil, “Tofik” olması, ata adının “Emin” deyil “Qafar” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, JN-203H, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-203H, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar