Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5346/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx xxxxxxxx 2017ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx xxxxxx 2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızı doğulmuşdur. Daha sonra onların xx xxxxxx 2020-ci ildə X3 doğulmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh dəfələrlə ona fiziki zor tətbiq etmişdir. Artıq cavabdehlə birgə nikahda yaşamağı mümkün olmadığı üçün “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)- 4738/2019 saylı qətnaməsi ilə iddia tələbli təmin edilərək, tərəflər arasında nikahın pozulması, Muxtarova Rövşanə Vüsal qızının ananın himayəsində saxlanılması, Muxtarova Rövşanə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu ildən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızının üç yaşına çatanadək qulluq etmək üçün 50 manat olmaqla, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-4738/2019 saylı qətnaməsinin alimentlə bağlı hissəsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(103)-13833/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-4738/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi xx xxxxxx 2018- ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızının üç yaşına çatanadək qulluq etmək üçün Cavabdeh 50 manat alınaraq ona ödənilməsi hissəsində təmin edilməmişdir. Göstərilənlərə əsasən xx xxxxxx 1988-ci ildə doğulmuş Cavabdeh xx xxxxxx 2020-ci ildə Bakı şəhərində doğulmuş X1 atası olmasının müəyyən edilməsi, X1 doğum haqqında şəhadətnaməsində «soy adı» qrafasında «Muxtarova», «ata adı» qrafasında «Vüsal» yazılması, Cavabdeh xx xxxxxx 2018-ci ildə doğulmuş Muxtarova Rövşanə Vüsal qızının və xx xxxxxx 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşımı çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin, həmçinin İddiaçı saxlanması üçün xx xxxxxx 2020-ci ildə doğulmuş X3 3 yaşına çatanadək hər ay 50 manat, cəmi 390 (üç yüz doxsanı manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızının və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün ayrı ayrılıqda hər ay 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızı adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə onun arasında xx.xx.2012-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 197 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuş, xx.xx.2018-ci il təvllüdlü Muxtarova Rövşanə Vüsal qızının onun yanında qalması (saxlanılması), xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızına üç yaşına çatanadək qulluq etmək üçün 50 manat olmaqla, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Daha sonra o cavabdeh ilə barışmış və müvafiq icra şöbəsinə ərizə ilə müraciət edərək, təyin edilmiş alimentdən imtina etmiş və onun ərizəsi əsasında icra işinə xitam verilmişdir. Onun cavabdeh ilə faktiki münasibətindən daha sonra xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları dünyaya gəlmişdir. Bütün bunlardan sonra yenidən cavabdehlə münasibətləri pisləşmiş və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş məhkəmədə olarkən, cavabdeh könüllü şəkildə xx.xx.2020-ci il təvəllüdlü X2 öz atalığını vermiş və bu barədə qızına doğum haqqında şəhadətnamə almışdır. Buna görə də, o iddia tələbinin azaldılması barədə məhkməyə ərizə təqdim etmişdir. Hal-hazırda cavabdeh uşaqların saxlanılması üçün ona köməklik göstərmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızı adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçıarasında xx.xx.2012-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 197 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvllüdlü Muxtarova Rövşanə Vüsal qızının anası İddiaçı yanında qalması (saxlanılması), xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızına üç yaşına çatanadək qulluq etmək üçün 50 manat olmaqla, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı müvafiq icra şöbəsinə müraciət edərək, cavabdehlə barışdığını bildirərək, sonuncuya qarşı aliment tələbindən imtina etmişdir. Daha sonra tərəflərin faktiki münasibətlərinən xx.xx.2020-ci il təvəllüdlü X3 oğlu adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızı və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin aliment xx.xx.2014-cü il tarixdən tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü Muxtarova Rövşanə Vüsal qızı və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5346/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5346/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver