Məhkəmə qərarları › İş №2(004)-5353/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5353/2021

27.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5353/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və Maraqlı şəxs qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 12 saylı Notariat kontoru tərəfindən Maraqlı şəxs adına verilmiş ünvan 1 ünvanda yerləşən miras əmlakın 2/3 hissəsinə pay alınmasına dair 14.10.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 12 saylı Notariat kontoru tərəfindən Maraqlı şəxs – ünvan 1 və bu evin 2/3 hissəsinə pay alınması və həmin paya qanun üzrə vərəsəlik hüququ haqqında 14.10.2016-cı il tarixli şəhadətnamə verilmişdir. Notariat işindən görünür ki, Maraqlı şəxs həmin evə 09.12.2002-ci ildə qeydiyyata alınıb və həmin evdə yaşamayıb. Miras qoyan X1 25.03.1963-cü ildə ölmüşdür. X11 1969-cu ildə nənəsi Bilqeyiz Məmməd-Səfi qızı ilə 11 avqust 1969-cu ildə rəsmi nikaha daxil olmuşlar. O, 1960-cı ildə anadan olmuşdur, 1969-cu idə nənəsinin yanına həmin evə köçmüşdür. Bugünədək o evdə qeydiyyatdadır, ailə üzvləri ilə birgə yaşayır. İbrahim Cəfərov 23.03.1981-ci ildə vəfat edib. Maraqlı şəxs isə notariat kontoruna 2016-cı ildə müraciət edib. Maraqlı şəxs 2007-ci ildə notariat kontoruna ərizə ilə müraciət edərək öz payından imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, vəfat etmiş Maraqlı şəxs qızı X7 tərəfindən məhkəməyə daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3294/2018 saylı 06.06.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əlimərdanov (Ələkbərov) Vaqif Frans oğlunun cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və üçüncü şəxslər Maraqlı şəxs və X6 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7024/2019 saylı 19.12.2019-cu il tarixli qətnaməsi ilə 31 oktyabr 1931-ci il təvəllüdlü X3 xx xxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, eyni predmet, eyni əsas və eyni tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və Maraqlı şəxs qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar