Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5366/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3-Məmmədova Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı "qanunsuz hesablanmış borcun silinməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı AKT və bunun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı AKT-a əsasən İddiaçı (abonent kodu: **********00050) əsassız hesablanmış 1472,80 (min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanının mülkiyyətçisidir. Sözügedən mənzilə Cavabdeh tərəfindən qanunsuz olaraq maye qazın istifadə edilməsi ilə bağlı olaraq şişirdilmiş məbləğdə borc yazılmışdır. Borc məbləğinin yazılmasının səbəbi istehlakçı tərəfindən sayğaclara edilən müdaxilə ilə bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı AKT və bunun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı AKT olmuşdur. Bununla əlaqədar, Təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, sayğaca vurulmuş zavod plombunun hər üçü çıxaılmışdır, yerində yoxdur və sayğacın plombu aşkar olunmadı. İş materiallarında olan abonent kodu **********00050 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında 2024-cü ilədək hesablanmış borc məbləği 1472,80 manat təşkil edir. Cavabdeh nümayəndələri tərəfindən 2018-ci ildə sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Nəzərə çatdırmaq istəyir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında ödəmişdir və o həmin ünvanda adətən yaşamadığımdan hər hansı müdaxilə imkansızdır. Belə ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 2008 saylı Əmri ilə mən Azərbaycan Respublikası Rusiya Federasiyasında Səfirliyinin attaşesi vəzifəsinə təyin edilmişdir, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 959 saylı Əmri ilə həmin vəzifə üzrə iş müddətim xx.xx.2019-cu ilədək uzadılmış, yalnız bundan sonra ölkəyə qayıtmışam. Göründüyü kimi barəsində tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı AKT-lar onun ölkə hüdudlarından kənarda olduğu zaman tərtib edilmişdir ki, bu hal da onu göstərir ki, AKT onun qaz sayğacından istifadə etmədiyi dövrdə qanunsuz tərtib edilmişdir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi iddiaya etiraz verərək, iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın nominal və minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın Alarm 1 rejimində olduğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plomblarının olmadığı və klapanın açıq olduğu aşkar olunmuşdur. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2018-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, 2018-ci ilin yanvar ayından 31..07.2018-ci ilə kimi, yəni sayğac əvəz olunana kimi ödəniş qeydə alınmamışdır. Qeyd olunanlar iddiaçının sərfiyyatın qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini və qeydiyyatsız qaz sərf etməklə qaz itkisinə səbəb olduğunu təsdiq edir. Bundan əlavə iddiaçı 6 il ərzində dəymiş zərərə görə hesablanan borcu mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən borcun silinməsini tələb etmək müddəti də ötürülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X2nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarına cavadeh tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 31 iyul 2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus yaşayış ünvanında olan sayğac əvəz edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii X2nın pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh İB-nin 29/1356-00022-1 saylı aktına əsasən ünvan 2 ünvanında fərdi yaşayış evinə quraşdırılmış 1302AQ**********0 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Sayğac ALARM-1 rejimindədir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları aşkar olunmadı. Klapan açıqdır. Dəymiş ziyanın hesablanmasına dair qərar qəbul edilmişdir. Abonent Kodu **********00050 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında 2018-ci ildə akt əsasında 1598,40 borc hesablanmışdır, 2024-cü il tarixinə borc 1.472 manat təşkil edir. AR Xarici İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 969 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyinin üçüncü katibi İddiaçı iş müddəti 2019-cu ilin iyul ayının 22-dək uzadılması və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılması qərara alınmışdır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa xx.xx.2018-ci il tarixli ******* saylı aktda İddiaçı akt tərtib olunarkən iştirak etməsi və aktı imzalamaqdan imtina etməsi qeyd olunsa da, Xarici İşlər Nazirliyinin müvafiq əmrinin surətindən görünür ki, iddiaçı akt tərtib olunan zaman ümumiyyətlə Azərbaycanda olmamış, xidməti vəzifəsinin icrası ilə əlaqədar ölkə xaricində olmuşdur. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazaraq 1036,80 manat pulun tələb edilməsi əsassız olduğundan, abonent tərəfindən karta yüklənən ödənişdən həmin pulun ödənilməsi üçün 192 manat məbləğində vəsaitin tutulması da əsassızdır. «X2»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt ləğv olunmalı, ünvan 2 (Abonent kodu: **********00050) ünvanına İddiaçı adına xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış 1472,80 (bir min dörd yüz yetmiş iki manat səksən qəpik) məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərəfindən tərtib olumuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-cii il tarixli, ******* saylı akt ləğv olunsun. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 43, mənzil 5 (Abonent kodu:**********00050) ünvanına İddiaçı adına hesablanmış 1472,80 (bir min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5366/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5366/2024
10.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver