Məhkəmə qərarları › İş №2(004)-5390/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5390/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5390/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79815 olan iPhone Xs Max markalı telefon üçün 3060 manat ödənilməmiş hissə, 765 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93453 olan Xiaomi Mİ9 SE markalı telefon üçün 294 manat ödənilməmiş hissə, 105 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50740 olan iPhone Xs Max markalı telefon üçün 1800 manat ödənilməmiş hissə, 540 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan üçün 3000 manat ödənilməmiş hissə, 900 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Hoffmann markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoron, Ütü Philips, LG markalı Mikrodalğalı soba üçün 5220 manat ödənilməmiş hissə, 1305 manat dəbbə, ümumilikdə 16989 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17019 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********79815, **********93453 və **********50740 olan 2 ədəd iPhone Xs Max markalı telefon, Xiaomi Mİ9 SE markalı telefon, Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan, Samsung Soyuducu, HOFFMANN markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoran, Ütü Philips, LG markalı Mikrodalğalı soba almış və nəticədə 16989 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3622 manat (18 ay x 170 manat + 562 manat ilkin ödəniş) İMEİ Kodu **********79815 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 3825 manat olmaqla ondan, 3060 manat ödənilməmiş hissə, 765 manat dəbbə;xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 manat (6 ay x 117 manat + 78 manat ilkin ödəniş) İMEİ Kodu **********93453 olan Xiaomi Mİ9 SE markalı telefon üçün ümumilikdə, 399 manat olmaqla ondan, 294 manat ödənilməmiş hissə, 105 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2700 manat (2 ay x 900 manat + 900 manat ilkin ödəniş) İMEİ Kodu **********50740 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 2340 manat olmaqla ondan, 1800 manat ödənilməmiş hissə, 540 manat dəbbə; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4520 manat (2 ay x 1500 manat + 1520 manat ilkin ödəniş) Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan üçün ümumilikdə, 3900 manat olmaqla ondan, 3000 manat ödənilməmiş hissə, 900 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5577 manat (18 ay x 290 manat + 357 manat ilkin ödəniş) Samsung Soyuducu, Hoffmann markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoran, Ütü Philips, LG markalı Mikrodalğalı soba üçün ümumilikdə, 6525 manat olmaqla ondan, 5220 manat ödənilməmiş hissə, 1305 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3825 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3622 manat (18 ay x 170 manat + 562 manat ilkin ödəniş) İMEİ Kodu **********79815 olan iPhone Xs Max markalı telefon,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 manat (6 ay x 117 manat + 78 manat ilkin ödəniş) İMEİ Kodu **********93453 olan Xiaomi Mİ9 SE markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2700 manat (2 ay x 900 manat + 900 manat ilkin ödəniş) İMEİ Kodu **********50740 olan iPhone Xs Max markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4520 manat (2 ay x 1500 manat + 1520 manat ilkin ödəniş) Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5577 manat (18 ay x 290 manat + 357 manat ilkin ödəniş) Samsung Soyuducu, Hoffmann markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoran, Ütü Philips, LG markalı Mikrodalğalı soba almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00727860 saylı, xx.xx.2019-cu il tarixli, 00744067 saylı, xx.xx.2019-cu il tarixli 00744124 saylı, xx.xx.2019-cu il tarixli, 00785241 saylı, xx.xx.2019-cu il tarixli, 00785309 saylı müqavilələrə əsasən “xxxx” MMC-yə 13374 manat məbləğində əsas borcu, 3615 manat məbləğində dəbbə borcu, cəmi 16989 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79815 olan iPhone Xs Max markalı telefon üçün 3060 manat ödənilməmiş hissə, 70 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93453 olan Xiaomi Mİ9 SE markalı telefon üçün 294 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50740 olan iPhone Xs Max markalı telefon üçün 1800 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan üçün 3000 manat ödənilməmiş hissə, 90 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Hoffmann markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoron, Ütü Philips, LG markalı Mikrodalğalı soba üçün 5220 manat ödənilməmiş hissə, 130 manat dəbbə, cəmi 13724 borc tutularaq ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il tarixli, 00727860 saylı, xx.xx.2019-cu il tarixli, 00744067 saylı, xx.xx.2019-cu il tarixli 00744124 saylı, xx.xx.2019-cu il tarixli, 00785241 saylı, xx.xx.2019-cu il tarixli, 00785309 saylı müqavilələr üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 765 manat məbləğində deyil 70 manat məbləğində, 105 manat məbləğində deyil 10 manat məbləğində, 540 manat məbləğində deyil 50 manat məbləğində, 900 manat məbləğində deyil 90 manat məbləğində, 1305 manat məbləğində deyil 130 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********79815 olan iPhone Xs Max markalı telefon üçün 3060 (üç min altmış) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********93453 olan Xiaomi Mİ9 SE markalı telefon üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50740 olan iPhone Xs Max markalı telefon üçün 1800 (min səkkiz yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Paltaryuyan, TV, Hotpoint markalı Qabyuyan üçün 3000 (üç min) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Hoffmann markalı Aspirator, Plitə, Soba, Mini soba, Samsung Tozsoran, Ütü Philips, LG markalı Mikrodalğalı soba üçün 5220 (beş min iki yüz iyirmi) manat ödənilməmiş hissə, 130 (yüz otuz) manat dəbbə, ümumilikdə 13724 (on üç min yeddi yüz iyirmi dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar