Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5396/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004cü il tarixli, 01 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-985A, kod 40901004 olan torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağsu rayon Aqrar islahat komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə ona, Ərizəçi və digər ailə üzvlərinə 0.23 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN-985A. Kod 40901004 olan torpağa mülkiyyət hüququna verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Mülkiyyətlərində olan torpaq sahəsinə hüquq müəyyən edici sənədlər hazırlatmaq istəyirlər. Bu barədə Azərbaybaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Əmlak Məsələləri Xidmətinin Dövlət Kadastr və X20 Şəxsin 14 saylı Şamaxı Ərazi Dairəsinə müraciət etmiş və sənədlərini təqdim etmişdir. Lakin həmin idarənin məsul işçiləri sənədləri araşdırarkən JN-985A, kod 40901004 torpağın mülkiyyət hüququna dair Şəhadətnamədə səhv olmasını bildirmişlər. Onun - Ərizəçi adı JN-985A, 40901004 saylı Şəhadətnamədə səhvən X6 qeyd edilmişdir. Onun bütün sənədlərində səhvə yol verilməmişdir. Bu barədə yenidən Azərbaybaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Əmlak Məsələləri Xidmətinin Dövlət Kadastr və X20 Şəxsin 14 saylı Şamaxı Ərazi Dairəsinə müraciət etmiş və həmin sənəddə düzəliş edilməsini bildirmişdir. Həmin idarə tərəfindən ona bildirmişlər ki, sözügedən sənəd X35 Komissiyası tərəfindən tərtib edildiyindən həmin Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə adının düzəliş edilməsinin mümkün deyildir və məhkəməyə ərizə ilə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. Ailə tərkibi arvadı X4, oğlanları X16 və X8 ibarətdir. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli Arayışa əsasən X17 xx.xx.1934-cü il tarixdə Ağsu rayonunda anadan olmuşdur. (xx.xx.1988-ci il tarixdə vəfat etmişdir) Ailə tərkibi arvadı X9 (vəfat etmişdir), oğlanları Ərizəçi, X25, X18 və qızları X19, X2 Nəqgiz Adil qızından ibarətdir. İş materiallarında olan Azərbaycan Respubliaksı Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ağsu şəhərində anadan olmuşdur. İş materialalrında olan AZ seriyalı 589648 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ağsu rayonunda anadan olmuş, ata qrafasında X17, ana qrafasında X21 göstərilmişdir. İş materiallarında olan JN-985A, kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə 0.23 ha torpaq sahəsi Ağsu rayonu, Ağsu şəhər sakinləri X9, X18, X10, X24 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağsu şəhəri ərazisində yerləşən ailənizə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi idarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli ərizənizə və həmin torpağa aid sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-985A, kod 40901004 nömrəli şəhadətnamədə adı düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. Sənədlərdə uyğunsuzluq olduğu üçün onun ərizəsinin icrasından imtina olunur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X26 ifadəsində bildirmişdir ki, xx.xx.1966-cı ildə anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. Onu həmişə Aydın deyə çağırırlar. Böyüyəndən sonra bilmişdir ki, qardaşının sənəddə adı Gündüzdür. Bacısının da adı realda və sənəddə başqadır. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, xx.xx.1959-cu ildə anadan olmuşdur. Ərizəçi ilə o iki qardaşın nəvələridir. Valideynləri əmi uşaqları olmuşlar. Bəxtiyar kişinin nəvəsi özü, Mövsüm kişinin nəvəsi isə ərizəçidir. Ərizəçi ilə uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçini həmişə Aydın deyə çağırmışlar. Onlara indi məlum olub ki, Aydının sənəddə adı Gündüzdür. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, şahidlərin ifadələri, təqdim edilmiş rəsmi sənədlərlə - Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-985A, kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 aid hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-985A, kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 aid hissəsinin Ərizəçi məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-985A, kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 aid hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5396/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5396/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver