Məhkəmə qərarları › İş №2(004)-5418/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5418/2023

19.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5418/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların ləğv edilməsi, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 mənzil 8 ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borcun - istehlakçı İddiaçı1 **********00080 nömrəli abunə hesabından silinməsi, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 D ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4320 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borcun - istehlakçı İddiaçı2 **********00225 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ünvan 1 ünvanda iki ayrı ev və iki ayrı qaz sayğacı mövcuddur. Evin birində o, digərində isə oğlu Orxan yaşayır. Onun yaşadığı evə abunə kodu **********00080 nömrəsidir və G-4 markalı 1602AZ**********09 nömrəli qaz sayğacı quraşdırılmışdır. Uzun müddətdir ki, qaz sayğacından istifadə edir və hər hansı çətinlik yaşamamışdır. O, cavabdeh orqana müraciət edərək qaz sayğacının yerinin dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını dəyişdirərək, hazırkı zenner G4T Smart markalı qaz sayğacı quraşdırmışlar. Sayğac hasarın xarici tərəfində yerləşir. Bir müddət sonra ona məlum olmuşdur ki, ona qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və keçən qazın həcminin qeyd edilməməsi səbəbi ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında ona 8640 m3 itirilmiş qazın bərpası üçün borc hesablanmış və ona 1036,80 manat cərimə yazılmışdır. Hüquqlarını məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Tərtib olunmuş aktlar qanunsuz və əsassız olaraq tərtib olunduğundan ləğv edilməli, əsassız olaraq hesablanmış borc tam silinməlidir. Çünki, sayğacın plombunu qırmadan, ona müdaxilə etmək mümkün deyildir. Sayğacın plombu isə yerində olmuşdur. Bu səbəbdən onun sayğaca müdaxilə etməsinə dair cavabdehin qeyd etdikləri əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ünvan 2 ünvanda iki ayrı ev və iki ayrı qaz sayğacı mövcuddur. Onun yaşadığı evə abunə kodu **********00225 nömrəli və G-4 markalı 1702AZ**********99 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğac hasarın xarici tərəfində yerləşir. Ona qaz sayğacının çıxış plastmas borusunun deşilməyi və keçən qazın həcminin qeyd edilməməsi səsəbi ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 D ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4320 m3 itirilmiş qazın bərpası üçün borc hesablanmış və ona 518 manat cərimə yazılmışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Tərtib olunmuş aktlar qanunsuz və əsassız olaraq tərtib olunduğundan ləğv edilməli, əsassız olaraq hesablanmış borc tam silinməlidir. Çünki, sayğacın plombunu qırmadan, ona müdaxilə etmək mümkün deyildir. Sayğacın plombu isə yerində olmuşdur. Bu səbəbdən onun sayğaca müdaxilə etməsinə dair cavabdehin qeyd etdikləri əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı1 məxsus Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 mənzil 8 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün G-4 markalı 1702AZ**********99 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən qaz sayğacı, zenner G4T Smart markalı sayğacla əvəz edilmişdir. Cavabdeh tərəfindən İddiaçı1 “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-cü il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plombun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı1 məxsus Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 mənzil 8 ünvanda quraşdırılmış 1602AZ**********09 nömrəli sayğac nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilib və hesablama mexanimzi keçen qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənaye və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-01087-1 nömrəli rəyinə əsasən 1602AZ**********09 sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90 = 8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 8640 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. İddiaçı2 məxsus Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün G-4 markalı 1702AZ**********99 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, zenner G4T Smart markalı sayğacla əvəz edilmişdir. Cavabdeh tərəfindən İddiaçı1 “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-cü il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plombun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı2 məxsus Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 D ünvanda quraşdırılmış 1702AZ**********99 nömrəli sayğac nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilib və hesablama mexanimzi keçen qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənaye və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-005587-1 nömrəli rəyinə əsasən 1702AZ**********99 sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90 = 4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4320 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçıların hüquqları pozulmuşdur. Cavabdeh abonentlərə məxsus olan qaz sayğacının çıxış plastmas borusu deşildiyini qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən qaz sayğacının çıxış plastmas borusu deşmək mümkün deyildir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonentlər istifadə etmədiyi 8640 m3 və 4320 m3 qaza görə hesablanmış borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 mənzil 8 ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı1 **********00080 nömrəli abunə hesabından silinməlidir. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 D ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4320 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı2 **********00225 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar ləğv edilsin. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 mənzil 8 ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı1 **********00080 nömrəli abunə hesabından silinsin. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 22 D ünvana xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4320 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı2 **********00225 nömrəli abunə hesabından silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar