Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5425/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə 14 aprel 2014-cü il tarixdə 12 saylı Dövlət Notariat kontorunda 2V-1-132 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (vərəsəlik işinin nömrəsi 40/2014), 14 aprel 2014-cü il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 4Ə-01-300 reyestr nömrə ilə qeydə alınmış miras payın bağışlama müqaviləsinin, çıxarışın (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********93-10301) etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının atası Cavabdeh1 Abbas oğlu 25.09.2013-cü il tarixdə ölmüşdür. Atası ölənədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Atası rəhmətə gedəndə vərəsələri anası – X5 və dörd övladı qalmışdır: 1) 1968ci il təvəllüdlü Cavabdeh4, 2) 1969-cu il təvəllüdlü İddiaçı, 3) 1971-ci il təvəllüdlü Cavabdeh5, 4) X3. Atası Cavabdeh1 Abbas oğluna məxsus miras əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən ibarətdir. Atası öldükdən sonra atasına məxsus qeyd edilən torpaq sahəsinə gedib-gəlmiş, oradakı ağaclara qulluq etmiş, həyətdə abadlıq işləri aparmışdır. Bütün bunlara baxmayaraq qardaşı Cavabdeh5 13.03.2014-cü il tarixdə miras əmlakı qəbul etmək üçün 12 saylı notariat kontoruna müraciət etmiş, vərəsələrin dairəsini notariat orqanından gizlətmiş, atasının vərəsələri kimi özünü, bacıları Cavabdeh4 və anaları Bikə Orucovanı göstərmişdir. 14 aprel 2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (reyestr 2V-01-132, vərəsəlik işinin nömrəsi 40/2014). Elə həmin gün Cavabdeh5 özünün, anasının və bacısının miras paylarını öz övladlarının – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir. X7 və bacısı Cavabdeh4 adından etibarnamə əsasında Cavabdeh5 çıxış etmiş və sənədlərin hamısına da Cavabdeh5 imza etmişdir. X1 19.04.2021-ci il tarixdə ölmüşdür. Qeyd edilən miras əmlak notariat qaydasında qəbul edilərkən və qardaşı Cavabdeh5 övladlarının adına keçərkən onun məlumatı olmamışdır. Hansı ki, iddiaçı da atası rəhmətə gedəndən sonra həmin torpaq sahəsini faktiki olaraq qəbul eləmişdir, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsində abadlıq işləri aparmışdır. Belə fikirləşmişdir ki, torpaq sahəsi sənədləşdiriləndə vərəsə kimi ona da məlumat veriləcək. Lakin sonra ona məlum olub ki, qardaşı Cavabdeh5 iddiaçıya xəbərdarlıq etmədən, miras əmlakı öz övladlarının adına keçirtmişdir. Vərəsəlik işini qaldıranda ona məlum olmuşdur ki, Cavabdeh5 notariat orqanına müraciət edərkən onu vərəsələrin siyahısında göstərməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə özünü, bacısı Cavabdeh4 və X9ni qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı 2007ci ildən bir müştəri kimi tanımış, sonradan münasibətləri yaxşılaşmış və o, İddiaçı məxsus Yasamal rayonunda yerləşən həyət evinə gedib-gəlmişdir. İddiaçı bacı və qardaşlarını tanımır. 2013-cü ilin oktyabr ayında İddiaçıla Badamdar qəsəbəsində yerləşən bağ sahəsinə getmişdir. Belə ki, İddiaçı onu həmin sahədə ağacların əkilib-əkilə bilməyəcəyi barədə məsləhətləşmək üçün ora özü ilə aparmışdır. O vaxt İddiaçı atası rəhmətə getmişdir. İddiaçı bağ sahəsinin bir hissəsinin ona məxsus olduğunu, digərinin isə üzərində üçmərtəbəli evin yerləşdiyi sahənin atasına məxsus olduğunu bildirmişdir. İddiaçı məxsus sahədə də tikililər var idi. İddiaçı ilə atasına məxsus bağ sahəsi bitişik yerləşir və aralarında o zaman çəpər olmamışdır. Bağ sahələrinə iki giriş var idi. Onlar İddiaçı atasına məxsus torpaq sahəsinə açılan qapıdan içəri daxil olmuşlar. Orada köhnə ağaclar var idi. Lakin sonradan İddiaçı dediyinə görə atasının bağ sahəsi ilə bağlı qardaşı ilə aralarında mübahisə yarandığından atasına məxsus bağ sahəsində ağac əkməmişdir, ona məxsus evdə yaşamamış (ev yaşayış üçün yararsız olmuşdur) və hər hansı iş görməmişdir. 2013cü ildən sonra həmin bağ sahəsinə getməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 12 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir… Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İddiaçı atasının ölümündən sonra ondan miras qalmış bağ sahəsinə faktiki sahiblik etməsini və idarə etməsini – həmin torpaq sahəsindəki ağaclara qulluq etməsini, həmin sahədə abadlıq işləri aparmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqdim olunmuş şahid ifadəsindən də görünür ki, iddiaçı atasının ölümündən sonra ondan miras qalmış bağ sahəsinə sahiblik etmək istəsə də, bu qardaşı ilə aralarında yaranmış mübahisə ilə əlaqədar mümkün olmamışdır. İddiaçı tərəfindən miras əmlaka sahiblik etməsi və istifadə etməsi təsdiq edilmədiyindən onun tərəfindən mirasın qəbul edilməsi təsdiq olunmur. Eyni zamanda 2013-cü ildən qardaşı ilə arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq, mirasın qəbul edilməsi üçün notariat kontoruna da müraciət etməmişdir. Göründyü kimi, iddiaçı atasının ölümündən altı ay ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməmiş və miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Bununla da atasından qalmış miras əmlaka vərəsəlik hüququnu itirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müharibə veteranı olduğundan «Dövlət rüsumu haqqında» Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5425/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5425/2021
16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver