Məhkəmə qərarları › İş №2(006)-36/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-36/2025

13.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-36/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 4 saylı notariat ofiinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi və X15 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və sair tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı "vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş xx.xx.2008-ci il tarixdə 2V-1/72 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X4 məxsus olmuş Nardaran qəsəbəsində yerləşən 0,22 ha torpaq sahəsi olan 367 saylı bağ sahəsi yerləşən daşınmaz əmlak üzrə onun qanuni vərəsə kimi tanınmağı və hər bir vərəsənin 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X25 İddiaçı1 anası, İddiaçı2 nənəsi, cavabdehin isə anası olmuşdur. X7 xx.xx.2007-ci ildə vəfat etmişdir. Öldüyü məqamda mərhumun adına ünvan 1 ünvanında yerləşən mənzili və X30 ilə bağlanmış xx.xx.1998-ci il, 6675 nömrəli müqavilə əsasında Nardaran qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi olan 367 saylı bağ sahəsi olmuşdur. Həmin bağ sahəsi hələ mərhumun sağlığında övladları arasında faktiki olaraq üç hissəyə bölünmüş, hər biri öz sahəsində ev tikmişdir. Cavabdehlə İddiaçı2 atası- Qasımov X14 ilə münasibətləri sonuncunun sağlığında normal olmuşdur. Onlar ögey bacı-qardaş olmuşlar. Lakin xx.xx.2015-ci ildə X6 insult keçirərək vəfat etdikdən sonra Cavabdeh1 qardaşının vərəsələri sayılacaq oğlanlarına qarşı münasibətləri kəskin dəyişmişdir. Hətta Cavabdeh1 ilə mərhum qardaşının X10 ilə yol üstündə mübahisəsi olmuşdur. Həmin şəxs bir müddət əvvəl həmin torpaq sahəsində yerləşən bağ evində intihar etmişdir. X3 vəfatından sonra cavabdeh digər vərəsələrdən gizli şəkildə, onlara xəbər vermədən Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, notariusa açıq-aşkar yalan məlumat verərək mərhum X3 guya yeganə vərəsəsi olduğunu, başqa vərəsələrinin olmadığını bəyan etmişdir. Beləliklə, cavabdehin ərizəsi sasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və ona xx.xx.2008-ci il tarixdə 2V-1/72 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu yaxınlarda mərhumun vərəsələri olaraq notariusa müraciət etsələr də, onlara imtinalar verilmiş və 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş imtina məktublarında vərəsələrin dairəsinin müəyyən edilərək mərhum X2 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsəyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyindən onlar- digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu qeyd olunmuşdur. Məsələ burasındadır ki, cavabdeh mərhuma məxsus mənzili miras əmlakı kimi qəbul etmişdir. Nardaranda yerləşən bağ sahəsi isə hələ də mərhum X3 adındadır. Onlar bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdə onlardan vərəsə kimi tanınmaq barədə notariusdan sənəd tələb olunmuşdur. Həmin sənədi isə və 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi onlara vermir və bildirir ki, yeganə vərəsə cavabdeh X5r. Bağ sahəsində yerləşən evlər faktiki olaraq ayrı-ayrılıqda istifadə olunur, sayğaclar ayrıdır. Bağ sahəsi ilə bağlı icarə müqaviləsi DƏDR-nin arxivində mövcuddur və təsdiq olunmuş surəti İddiaçı1 həmin idarə tərəfindən təqdim edilmişdir. Həmin icarə müqaviləsinin 2-ci səhifəsində mərhumun ailə üzvlərindən biri kimi Qasımov X8 adı xüsusilə qeyd edilmişdir. Hal-hazırda bağ sahəsini özəlləşdirə bilmirlər. Hesab edirlər ki, cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsi qanunsuz olmuş, onlar, birgə iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində miras paylarından məhrum olmuşlar. İddiaçı Qasımov X38 Cavabdeh1, Bakı şəhəri 4 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair " iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Sabunçu qəsəbəsi, M.B. Qasımov küçəsi, 11 saylı evin, 2 otaqlı, 1 saylı mənzilinə dair ünvan 12h Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 2 “V”-1/72 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Sabunçu qəsəbəsi, M.B. Qasımov küçəsi, 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 29,0 kv.m, ümumi sahəsi 44, kv.m olan, 11 saylı evin 1 saylı mənzilinin dəyəri olan 38.000 manatın miras şərikləri arasında 3 yerə bölünərək, Cavabdeh1 12666 manat alınıb İddiaçı2 və 12666 manat alınıb İddiaçı1 verilməsi, mərhum X2 miras qalmış xx.xx.1998-ci il tarixli, 6675 saylı icarə müqaviləsinə və torpaq sahəsinin kadastr göstəricilərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0.22 hektar torpaq sahəsindən ibarət olan 367 saylı bağ sahəsinə və tikilələrə mülkiyyət hüquqlarının tanınması və miras şərikləri Cavabdeh1, İddiaçı1 və İddiaçı2 arasında 1/3 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3 yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin edilməsini xahiş etmişdirlər. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan -Bakı şəhəri Səadət sarayı tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 254490 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X28 ilə X13 xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 833 nömrə ilə qeyd edilmişdir. -İX-ЖГ seriyalı, 340546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1983-cü ildə anadan olmuşdur. Onun anası X18, atası Qasımov X9r. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı, 168235 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, X7 Bakı şəhəri, Sabunçu qəsəbəsi, M.B.Qasımov küçəsindəki 11 N-li yaşayış evinin 1 mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 959 N-li reyestr kitabında 144004 səhifədə30N24293 qeydə alma nömrəsi ilə xx.xx.1998-ci ildə qeydə alınmışdır. -xx.xx.1998-ci il tarixli, 6675 nömrəli “Bağın icarə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Nardaran qəsəbəsində 0,22 hektarlıq bağ sahəsi, 16,28 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavəyə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədar”a verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsinin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirmədikdə, icarə müqavilə ilə yeni müddətə uzadıla bilər. -Bakı şəhəri 4 saylı (Dövlət) Notariat Kontorunun dövlət notariusu X11 tərəfindən təsdiq edilmiş, reyestrdə 2 “V”-1/72 nömrə ilə qeyd edilmiş 49/2008 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı-Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,0 kv.m və yaşayış sahəsi 29,0 kv.m olan iki otaqdan ibarətdir. - xx.xx.2008-ci il tarixli, 14/27747 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ondan ötrü verilir ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, M.B.Qasımov küçəsindəki 11 N-li yaşayış evinin 1 mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - xx.xx.2012-ci il tarixli “podrat müqaviləsi”nin surətindən görünür ki, müqaviləyə əsasən “icraçı” Sabunçu QİS “sifarişçi”yə İddiaçı1 məxsus Nardaran bağ 367A ünvanında yerləşən fərdi evin qazlaşdırılması, tikinti-quraşdırma işlərini qazlaşdırma sxeminə əsasən yerinə yetirməyi öhdəsinə götürmüş, “icraçı” tərəfindən quraşdırma işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə zəmanət verilməklə “Sifarişçi” isə müqavilə dəyərinin əvvəlcədən tam ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Mir-X21 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2015ci ildə vəfat etmiş M.M.Qasımovun ölümü xx.xx.2015-ci il tarixində 135 nömrəli akt qeydi ilə Səbail rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. - “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarın surətindən görünür ki, Qasımov X29 özünü asaraq öldürməsi faktı əsasında toplanmış 396-C/21 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilməsi qərara alınmışdır. -Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Dövlət Notariat Arxivinin 6 saylı Bakı “Asan xidmət” mərkəzinin notarius ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-3070/10 nömrəli məktubdan görünür ki, müvafiq notariat hərəkəti apardıqdan sonra qeyd olunan vərəsəlik işi ilə əlaqədar təsdiq olunmuş yeni şəhadətnamənin kserosurətini arxivə göndərmələri xahiş olunmuşdur. - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********04 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, 0,22 hektar torpaq sahəsi olan 367 saylı bağ sahəsinin üzərində olan tikilələrə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X32 arasında xx.xx.1981-ci il tarixli, 6675 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra mərhumun həyat yoldaşı sözügedən bağ sahəsinin onun adına keçirilməsi ilə bağlı xx.xx.1997-ci il tarixli ərizə ilə X19 müraciət etmişdir. Belə ki, həmin ərizə və bağlar təsərrüfat məsələləri üzrə komissiyanın xx.xx.1997-ci il tarixli 40 nömrəli protokolu ilə Nardaran qəsəbəsində yerləşən, 0.22 hektar torpaq sahəsi olan 367 saylı bağ sahəsi X3 adına keçirilmiş və onunla xx.xx.1998-ci il tarixli, 6675 saylı müqavilə bağlanılmışdır. - Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət" mərkəzində Notariat ofisinin İddiaçı2 ünvanladığı 27 iyun 2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı- Cavabdeh1 ərizəsi əsasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilərək miras dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişlər ki, vərəsələrin dairəsi müəyyən edilərək mərhum X2 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. - Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət" mərkəzində Notariat ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür k, araşdırılma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı- Cavabdeh1 ərizəsi əsasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış ona xx.xx.2008-ci il tarixdə 2V-1/72 reyestr nömrəsi ilə ünvan 8 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişlər ki, vərəsələrin dairəsi müəyyən edilərək mərhum X2 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. - Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 69/23 nömrəli arayışdan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh1ondan ötrü verilmişdir ki, mərhum anası X3 adına olan, Nardaran bağ massivi, 367 saylı 0.22 ha torpaq sahəsinin vergilərini, X7 vəfat etdikdən sonra qızı, Cavabdeh1 ödəyir və həmin bağdan istifadə edir. 2024-cü ilə qədər vergi borcu yoxdur. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11946/2023 nömrəli qərardadın surətindən görünür ki, iddia mümkün olmamışdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, N07-027/24 nömrəli arayışdan görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 44,0 kv.m yaşayış sahəsi 29,0 kv.m olan 2 otaqlı mənzilin orta bazarı dəyərinin müəyyən etmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış orta bazar dəyəri 05 iyul 2024-cü il tarixinə 38000 manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-1159.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1196-cı maddəsinin tələbinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-1257-ci maddələrinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1278-ci maddəsinin tələbinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. 1281-ci maddəsinə müvafiq olaraq, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X25 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, onun vəfatı zamanı birbaşa qanuni vərəsələri olan oğulları – İddiaçı1 və Qasımov X14 sağ olmuş və vərəsəlik hüququ qazanmışdır. Hazırda hər iki iddiaçı həm birinci növbəli vərəsə kimi İddiaçı1, həm də əvəz edən vərəsə kimi Qasımov X8 oğlu, yəni hazırki iş üzrə ikinci cavabdeh İddiaçı2 faktiki olaraq mərhumun qanuni vərəsələri hesab olunur. Lakin Cavabdeh1 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, özünü mərhumun guya yeganə vərəsəsi kimi təqdim edərək digər vərəsələrin mövcudluğu barədə məlumatı gizlətmiş və nəticədə ona 2V-1/72 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında mərhumun adına rəsmiləşdirilmiş əmlak – ünvan 11 ünvanlı yaşayış sahəsi cavabdehin adına rəsmiləşdirilmiş və sonradan üçüncü şəxsə, yəni X1. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız doğru və tam məlumatlara əsaslanaraq verilə bilər. Əgər şəhadətnamə yalan və ya natamam məlumat əsasında verilibsə və nəticədə digər vərəsələrin hüquqları pozulubsa, belə şəhadətnamə etibarsız hesab edilə bilər. Mövcud iş üzrə Cavabdeh1 notariat orqanına təqdim etdiyi məlumatın, yəni X16 başqa vərəsəsinin olmaması haqqında məlumatın həqiqətə uyğun olmaması işin mübahisəsiz halıdır. Cavabdehin Cavabdeh1 digər vərəsələrin mövcudluğunu gizlətməsi ilə notariat orqanını yanıldaraq vərəsəlik hüququnu təkbaşına rəsmiləşdirmiş, bu isə digər qanuni vərəsələrin, yəni hazırki iş üzrə iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 2 “V”-1/72 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələb qanuni və əsaslı olduğundan iddia bu hissədə təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 2 “V”-1/72 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi əsaslı olsa belə, iddiaçılar tərəfindən irəli sürülmüş digər tələblər – miras əmlakının (artıq satılmış mənzilin) hər bir vərəsənin payının müəyyən olunaraq cavabdehdən pul şəklində kompensasiya alınması, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0.22 hektar torpaq sahəsindən ibarət olan 367 saylı bağ sahəsinə və tikilələrə mülkiyyət hüquqlarının tanınması və miras şərikləri Cavabdeh1, İddiaçı1 və İddiaçı2 arasında 1/3 hissədə payların müəyyən edilməsi ilə bağlı hissələr – hazırkı mərhələdə hüquqi əsasla təmin edilə bilməzlər. Belə ki, hazırkı iş üzrə iddiaçılar hər nə qədər faktiki vərəsə olsalar da, onların bu hüququ notariat qaydasında hələ rəsmiləşdirilməmişdir. Məhkəmə qeyd edir ki, hazırda notariat orqanı tərəfindən cavabdehlərə vərəsəlik şəhadətnaməsi verməkdən imtina edilmiş, imtinanın səbəbi isə o olmuşdur ki, həmin əmlak üzrə artıq Cavabdeh1 bir şəhadətnamə verilmişdir. Bu şəhadətnamə isə yalnız məhkəmə qaydasında etibarsız sayıldıqdan sonra digər vərəsələrin hüquqlarının rəsmiləşdirilməsi mümkün ola bilər. Bu o deməkdir ki, məhkəmə yalnız şəhadətnamənin etibarsız sayılması ilə bağlı qərar qəbul etdikdən sonra və bu qərar qanuni qüvvəyə mindikdən sonra iddiaçılar notariat orqanına müraciət edərək, vərəsəlik hüquqlarını rəsmiləşdirə bilərlər. Yalnız bundan sonra onların konkret əmlak üzrə (məsələn, əmlakın dəyərinin bölünməsi və ya kompensasiyanın ödənilməsi ilə bağlı) iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən ardıcıllıq – yəni əvvəl şəhadətnamənin etibarsız sayılması, sonra isə vərəsəlik hüququnun notariat qaydasında rəsmiləşdirilməsi – vərəsəlik hüququnun tanınması və həyata keçirilməsi üçün zəruri prosedur tələbləridir. Bu prosedurlar tamamlanmadan iddiaçıların digər tələblərinin məhkəmə tərəfindən araşdırılması və təmin olunması mümkün deyildir. Odur ki, məhkəmə qeyd edir ki, hazırki qətnamə təmin olunan hissədə qanuni qüvvəsini aldıqdan sonra vərəsələrin müraciəti əsasında müvafiq notariat orqanı tərəfindən aparılmış vərəsəlik işi təzələnməli, vərəsələrin dairəsi yenidən müəyyənləşdirilməli və yeni şəhadətnamələrin verilməsi istiqamətində tədbirlər görülməlidir. Bu prosedurlara əməl edildikdən sonra yəni yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə edildikdən sonra hazırki iş üzrə iddiaçılar tərəfindən digər tələblər (konkret əmlak üzrə payların müəyyən olunması və cavabdehdən kompensasiya alınması ilə bağlı tələblər) irəli sürülə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.B.Qasımov küçəsi ev 11 ünvanında yerləşən 1 saylı mənzilinə dair ünvan 12h Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 2 “V”-1/72 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddia qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri hər iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 4 saylı notariat ofiinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi və X15 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və sair tələbinə dair" iddia ərizələri qismən təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.B.Qasımov küçəsi ev 11 ünvanında yerləşən 1 saylı mənzilinə dair ünvan 12h Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 2 “V”-1/72 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia ərizələri qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar