Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-56/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Iddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı və cavabdeh qardaşdırlar, onlar arasında vərəsəlik hüququndan irəli gələn mübahisə ##.##.2020-ci il tarixdə vəfat etmiş anaları X2 miras əmlakı ilə bağlıdır. Miras qoyan vəfat edərkən onun qanun üzrə vərəsələri 5 qızı (Zilli, Nailə, Qızbəsti, Zərifə, Zümrüd) və 2 oğlu (Rövşən və Elşən) olmuşdur. Miras qoyanın qız övladlarının mirası qəbul etmədiyi işin mübahisəsiz halıdır.
2. # ######## 2024-cü ildə cavabdeh Cavabdeh mirasın qəbul edilməsi üçün * saylı Sumqayıt Regional Asan Xidmən Mərkəzinə müraciət etmiş və aşağıdakı miras əmlaklara dair ona ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, sonradan həmin əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. 1)ünvan 1ndə 159 kv.m fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsinin miras qoyana aid hissəsi (torpaq sahəsi miras qoyanla cavabdehin mülkiyyətində olmuşdur) 2) Eyni kənddə 0,64 ha (*** saylı) torpaq sahəsinin miras qoyana aid hissəsi (torpaq sahəsi miras qoyanla cavabdehin mülkiyyətində olmuşdur). 3) Sumqayıt şəhəri, 9 mkr, ev 1, mənzil 56
3. Miras qoyana məxsus ünvan 1 ünvanında yerləşən 0.01 ha torpaq sahəsi və Quba rayonu Zizik ünvanında yerləşən 1 ha torpaq sahəsi (*** saylı) üzərində vərəsələrdən hər hansı birinin payı müəyyən edilməmişdir.
4. Iddiaçı İddiaçı Nəcməddin oğlu ## ####### 2024-cü il tarixdə mirasın qəbulu ilə bağlı * saylı ASAN Xidmət mərkəzinə müraciət etmiş, lakin * saylı Sumqayıt Regional Asan Xidmən Mərkəzində artıq vərəsəlik işi açıldığı üçün müraciətindən imtina edilmişdir.
5. Miras qoyan vəfat etdikdən sonra cavabdeh Cavabdeh miras əmlakı faktiki qəbul etdiyi işin mübahisəsiz halıdır.
6. Işin mübahisəli halı iddiaçı İddiaçı Nəcməddin oğlu tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, * saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş ##.##.2024-cü il tarixli, V-202/2024 reyestrdə qeydə alınmış vərəsəlik işi üzrə verilmiş *V*** saylı, ##.##.2024cü il tarixli; *V-*** saylı, ##.##.2024-cü il tarixli və *V-*** saylı, ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi; həmin şəhadətnamələr əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ünvan 1 ünvanında yerləşən 0.64 ha torpaq sahəsinə dair ************ saylı ##.##.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; ünvan 1 ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 159 kv.m fərdi yaşayış evinə dair ************-***** saylı ##.##.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1, mənzil 56, ümumi sahəsi 111.20 kv.m sahəsi olan mənzilə dair************-*****-***-*** saylı ##.##.2024-cü il tarixli mülkiyyət hüquqları haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın ləğv olunması; X1 ağa qızından miras qalmış miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən 0.01 ha torpaq sahəsi, Quba rayonu, Dəlləkli kənd ünvanında yerləşən ümumi sahəsi 159 kv.m fərdi yaşayış evi, Quba rayonu, Dəlləkli kənd ünvanında yerləşən ümumi sahəsi 0.21 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.64 ha torpaq sahəsi, ünvan 2 ünvanında 1.** ha torpaq sahəsi və ünvan 3eni qaydada: AZ5**1, ünvan 4 ünvanında yerləşən mənzil (AR DƏDRX-in ##.##.2015 tarixli ********** qeydiyyat nömrəli; 309011**0154-05101-****** reyestr nömrəli çıxarışla) üzərində bütün vərəsələr arasında bərabər paylarda bölünməklə hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsi haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh doğma qardaşlar olmaqla hər ikisi mərhum valideynləri olan X2 övladlarıdır. X4 Hacı Ağa qızı ##.##.2020-ci il tarixində Sumqayıt şəhərində öz mənzilində vəfat etmişdir. Mərhumun vəfatından sonra ondan: ünvan 1 ünvanında yerləşən 0.01 ha torpaq sahəsi; Quba rayonu, Dəlləkli kənd ünvanında yerləşən ümumi sahəsi 159 kv.m fərdi yaşayış evi 2824034225 qeydiyyat mömrəsi; 303013160508- 10301 reyestr nömrəsi); Quba rayonu, Dəlləkli kənd ünvanında yerləşən ümumi sahəsi 0.21 ha torpaq sahəsi (2824034225 qeydiyyat nömrəsi; 303013160508-10301 reyestr nömrəsi); 2ci və 3-cü əmlaklarla əlaqədar AR DƏDRX tərəfindən verilmiş 2824034225 qeydiyyat nömrəsi; 5 3013160508-10301 reyestr nömrəsi olan çıxarışdan bəlli olur ki, mərhum Əlimovaya fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə məxsus olmuş, torpaq sahəsi isə cavabdeh Cavabdehlə ümumi birgə mülkiyyətində olmuşdur. ünvan 1 ünvanında yerləşən 0.64 ha torpaq sahəsi (JN: 113, KOD: 30311058 flr əı aktı); Bu əmlak da cavabdehlə mərhumun ümumbirgə mülkiyyətində olmuşdur. ünvan 2 ünvanında 1.** ha torpaq sahəsi (JN:0704, KOD: 30304028 dövlət aktı); ünvan 3eni qaydada: AZ5**1, ünvan 4 ünvanında yerləşən mənzil (AR DƏDRX-in ##.##.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli; 309011**0154-05101-****** reyestr nömrəli çıxarışla) mərhumdan miras qalmışdır; Vəfatından sonra mərhumdan qalan miras əmlakları bütün ailə üzvlərinin istifadəsində olmuşdur, mərhumun sağlığında da bütün uşaqları daima ona baş çəkmiş, övladları isə növbəli rejimlə analarının qulluğunda durmuşlar. Beləliklə, mərhum həm öz evində həm də övladlarını evində qalıb. Mərhumun ölümü pandemiya dövrünə təsadüf etdiyindən ölümündən sonra övladları tərəfindən hər hansı sənədləşmənin həyata keçirilməsi evdən çıxma qadağaları ilə əlaqədar təxirə salınmışdır. Sonra 2024-cü ildə iddiaçı tərəfindən bu məqsədlərlə hüquqi yardımın həyata keçirilməsi üçün müvafiq müqavilə imzalanmış və hər iki valideynin ölümündən sonra miras qalan əmlakların dairəsi müəyyən edilmişdir. Əldə edilmiş vəkil sorğularıyla əmlak dairəsi barədə məlumatlardan sonra 224-cü ilin 31 oktyabr tarixində X4 Hacı Ağa qızının vərəsəlik işinin açdırılması məqsədilə * saylı “Asan xidmət”in notariat ofisinə müraicət etdikdə ona bildirilmişdir ki, mərhum barəsində * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Ofisində müvafiq vərəsəlik işi artıq açılmışdır və vətəndaşa tövsiyyə edilmişdir ki, həmin notariat qurumuna müraciət etsin. Beləliklə, iddiaçı nümayəndəsi olan qızı vasitəsilə həmin notariat qurumuna müraciət etdikdə ona bildirilmişdir ki, vərəsəlik şəhadətnaməsi Cavabdeh yeganə və tam pay hüquqlu vərəsə kimi tanınmaqla ona verilmişdir. Lakin Cavabdeh digər vərəsələrə qarşı vicdansızcasına davranmaqla heç bir vərəsəyə məlumat verməmişdir. Halbuki, ona məlum idi ki, mərhumun vərəsəlik işinin açdırılması digər vərəsələrin də ailə içində müzakirə predmeti idi. Hazırda mərhumun 7 nəfər vərəsəsi olmasına baxmayaraq cavabdeh özünü yeganə vərəsə kimi təqdim etmişdir. Cavabdeh mənfur hərəkətlərini başa çatdıraraq müvafiq vərəsəlik haqqında şəhadətnamə əldə etdikdən sonra daşınmaz əmlakı öz adına rəsmiləşdirərək müvafiq çıxarış əldə etmişdir. Hesab edir ki, cavabdehin özünü tək hüquqlu vərəsə hesab etməsi qanuna uyğun deyildir. Ona görə də hazırda cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bərabər paylarda bölünməsi zərurəti yaranmışdır. Belə olan halda vərəsələrin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnun həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, iş üzrə vərəsələr tərəfindən anaları X2 miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir.
9. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aydın Babayev).
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh anasının vəfatından sonra mirasın qəbul edən tək vərəsə olmuşdur. Cavabdeh daha sonra miras əmlakın qəbulunu qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında rəsmiləşdirməklə müvafiq çıxarışlar almışdır. Iddiaçı oğlunun iddia olunan mirasın faktiki qəbulunda ifadə edilən hərəkətləri müəyyən edilməmişdir və iddia ərizəsində və məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı dəlil səsləndirilməmişdir. Iddiada digər vərəsələrə qarşı vicdansız davranışa və məlumat verilməməsinə istinad edilsə də, digər övladlar bu məsələnin ailə içində müzakirə predmeti olmadığını təsdiqləmişlər.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1243, 1243.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat işinin içərisində olan Forma 7 adlı sənədddən də göründüyü kimi Cavabdeh digər vərəsələrin adlarını sadalamamaqla, onların varlığını gizlətməklə özünü yeganə və tək vərəsə kimi təqdim etmişdir. Bu da öz növbəsində Alimovun fürsətçi biri olmasını və niyyətinin təmiz olmadığının bariz nümunəsidir. Burada notariusun da səhvi vardır ki, notariat olaraq elektron sistem vasitəsilə respublika səviyyəsində istənilən vətəndaş vəziyyəti aktını görə bildiyi halda bu cür sadə yoxlamanı aparmamışdır. Halbuki, bu cür yoxlamanın aparılması birbaşa notariusun vəzifəsi idi. Cavabdeh tərəfindən vərəsələrin dairəsinin gizlədilməsi halı nəzərə alınmayıb, buna qiymət verilməyib; Iddiaçının ailə üzvlərinin onun olmadığı dövr ərzində mərhumdan qalan daşınar əşyaları qəbul etmələri halı nəzərə alınmayıb; Sənədləşmələrdə olan dövrilik nəzərə alınmayıb; yəni iddiaçı ilə cavabdehin vərəsəliyə müraciət etməsi - hər iki müraciət 2024-cü ildə olsa da məhkəmə iddiaçını 2 ay fərqi ilə gecikmiş hesab edib. Ikinci məsələ: Birinci instansiyası məhkəməsi tərəfindən vaxtilə Cavabdeh mərhum anasını məhkəməyə verməsi barədə təqdim edilmiş iddia ərizəsinə qiymət verməmişdir. Əgər Cavabdeh belə valideyn sevər övlad idisə öz doğma anasını mala mülkə görə məhkəməyə verdiyini nə üçün əsaslandıra bilməmişdir. Məhkəmədə bu məqama diqqət yetirməmiş, Cavabdeh istər öz bacılarını istərsə də valideynlərini şantaj hesabına ələ alması məsələsini araşdırmamışdır. Məhkəmə mirasın qəbuluna dair mövqeyində qeyd etmişdir ki, vərəsə miras qoyanın ölümündən qanunla müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra notariat orqanına müraciət etmişdir. Məhkəmənin qeyd edilən arqumenti ilə əlaqədar hörmətli kollegiyanın nəzərinə çatdırmaq istədiyi başlıca məqam ondan ibarətdir ki, daşınmaz əmlaka dair notarial prosedurun gec açılması mahiyyət etibarilə mirasın qəbulu faktını dəyişdirmir. Çünki notariata müraciət edilməsi miras əmlakını qəbul etmənin formalarından biri hesab edilir. Notarial prosedurun başlanması gec tez baş tutmalı olan təbii bir prosesdir, onun gec başlaması mirasın qəbulu faktını mübahisələndirməyə əsas verməməlidir. Həmçinin notarial prosesin gec başlanmasının səbəblərindən ən başlıcası isə mərhumun ölümünün pandemiya dövrünə təsadüf etməsi və həmin vaxt kəsiyində ölkə ərazisində tətbiq edilən karantin rejimi çərçivəsində vətəndaşların hərəkət məhdudiyyət ilə əlaqədar olmuşdur. Cavabdeh mirası faktiki qəbul etməsinə münasibətdə isə məhkəmə o halı nəzərə almamışdır ki, Cavabdeh onsuzda həmin ev yerləşən həyətdə yaşayır, elə həyətə girib çıxması onun əmlakı faktiki qəbul etməsi sayılacaq. Lakin, İddiaçı ölkə hüdudlarından kənarda yaşadığı üçün onun Qubadakı həyətə fiziki girişi mümkün olmamış, lakin, İddiaçı məhz qızına etibarnamə verməklə mirasın qəbuluna dair notariat hərəkətlərinin aparılmasını tapşırmışdır. Bundan başqa, artıq övladlar böyüdükdən sonra ataları deyil, ailənin işləyəni məhz iddiaçı İddiaçı olmuşdur. Şahid ifadəsi verən iddiaçı ilə cavabdehin bacılarının hamısı evdar qadınlar olmuş və heç zaman işləməmişlər. Istər öz ailəsini, istərsə də bacılarının və elə qardaşı olan cavabdehi saxlayan və dolandıran elə iddiaçı İddiaçı olmuşdur. Yəni İddiaçı məhz Moskva və digər şəhərlərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bütün ailə üzvlərini dolandırmışdır. Ailənin bütün əmlakları məhz İddiaçı vəsaiti hesabına alınmışdır. X4 Hacı Ağa qızı ##.##.2020-ci il tarixində vəfat etdiyi üçün bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının ona münasibətdə tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmənin bu arqumenti ilə əlaqədar bildirmişdir ki, əgər vərəsənin susmasından danışırsa susma bütün vərəsələrə münasibətdə tətbiq edilməli idi. Çünki, hətta cavabdeh Cavabdeh özü belə 2024-cü ilin yay aylarında notariusa müraciət etmişdir. Iddiaçı isə qızı olan nümayəndəsi vasitəsilə 2024-cü ilin payız ayında gedib ərizə vermişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (F.Məmmədov – sədrlik edən və məruzəçi, A. Süleymanova və L. Rəhimli).
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır.
16. Cavabdeh Cavabdeh anasının vəfatından sonra miras əmlakı qəbul edən, onu faktiki idarə etməklə sahiblik edən yeganə vərəsə olmuşdur. Cavabdeh Cavabdeh daha sonra miras əmlakın qəbulunu qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında rəsmiləşdirməklə müvafiq çıxarışlar almışdır. Iddiaçı iddia olunan mirasın faktiki qəbulunda ifadə edilən hərəkətləri müəyyən edilməmişdir və iddia ərizəsində və məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclaslarında dindirilmiş şahidlər öz ifadələrində analarının ölümündən sonra yas mərasimini cavabdeh Cavabdeh təşkil etməsini və orada iştirak etməsini və miras əmlakı idarə etməsini qeyd etmişlər.
17. Bundan başqa işin faktiki hallarına əsasən mərhum anaları X6 ##.##.2020-ci il tarixdə ölümündən sonra mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən notariat ofisinə müraciət olunması, habelə əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlaması müəyyən edilməmişdir. Iddiaçı tələbində digər vərəsələrə qarşı vicdansız davranışın göstərilməsi və vərəsəlik işi ilə bağlı məlumat verilməməsinə istinad edilsə də, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən zaman miras qoyanın digər övladları bu məsələnin ailə daxili öz aralarında müzakirə olunmadığını, miras əmlakın əvvəlcədən iki qardaş arasında, yəni analarının sağlığında bölüşdürülməsini, torpaq sahəsi və üzərində olan evi təmir etdirməsini, anaları vəfat edənə qədər ona Cavabdeh baxmasını və məhz onun miras əmlaka faktiki sahiblik etməklə idarə etməsini qeyd etmişlər. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
18. Mirası qəbul etməsi faktı ilə əlaqədar sübut təqdim etmək üçün iddiaçıya məhkəmə tərəfindən şərait yaradılsa da, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iddiaçı tərəfin izahatı ilə də müəyyən edilmişdir ki, miras qoyan vəfat edən zaman iddiaçı ümumiyyətlə xarici dövlətdə olmuş, Azərbaycan Respublikasına yalnız 2021-ci ildə gəlmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255, 13**-cü, MPM-in 14.2, 77.1, 88, 89, 217.3, 217.4, 372.6, 372.7, 384.0.1, 402.1-ci və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 55, 60-cı maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi - notariat işinin çərçivəsində olan Forma 7 adlı sənəddən göründüyü kimi, Cavabdeh digər vərəsələrin adlarını sadalamamaqla, onların varlığını gizlətməklə özünü yeganə və tək vərəsə kimi təqdim etmişdir. Bu da öz növbəsində Alimovun fürsətçil biri olmasını və niyyətinin təmiz olmadığının bariz nümunəsidir. Burada notariusun da səhvi vardır ki, notariat olaraq elektron sistem vasitəsilə Respublika səviyyəsində istənilən vətəndaş vəziyyəti aktını görə bildiyi halda bu cür sadə yoxlamanı aparmamışdır. Halbuki, bu cür yoxlamanın aparılması birbaşa notariusun vəzifəsi idi. Cavabdeh tərəfindən vərəsələrin dairəsinin gizlədilməsi halı nəzərə alınmamış, buna qiymət verilməmişdir. Iddiaçının ailə üzvlərinin onun olmadığı dövr ərzində mərhumdan qalan daşınar əşyaları qəbul etmələri halı nəzərə alınmamış, sənədləşmələrdə olan dövrilik nəzərə alınmamış, yəni iddiaçı ilə cavabdehin vərəsəliyə müraciət etməsi - hər iki müraciət 2024-cü ildə olsa da, məhkəmə iddiaçını 2 ay fərqi ilə gecikmiş hesab etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən vaxtı ilə Cavabdeh mərhum anasını məhkəməyə verməsi barədə təqdim edilmiş iddia ərizəsinə qiymət verməmişdir. Əgər Cavabdeh belə valideyn sevər övlad idisə öz doğma anasını mülkə görə məhkəməyə verdiyini nə üçün əsaslandıra bilməmişdir. Məhkəmədə bu məqama diqqət yetirməmiş, Cavabdeh istər öz bacılarını istərsə də valideynlərini şantaj hesabına ələ alması məsələsini araşdırmamışdır. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi - Zizik torpaqları da hazırda vərəsəlik predmetidir və hazırda həmin torpaqlar faktiki olaraq İddiaçı tərəfindən təyinatı üzrə istifadə edilərək əkilib. Bu fakta dair sübutları məhkəməyə dəfələrlə demək olar ki, hər iclas təqdim etmişlər, lakin, məhkəmə qətnaməsində bu sübutlara dair hə hansı bir münasibət bildirməmişdir. Halbuki, ən son iclas artıq məcbur qalaraq dəftərxana vasitəsilə disk təqdim edilmişdir. Vərəsəlik predmetini təşkil edən Quba rayonu Dəlləkli kəndində yerləşən daşınmaz əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə ki, hələ iddiaçının anası mərhum Pirxanım Alimova sağ ikən də iddiaçının ailə üzvləri və xüsusilə həyat yoldaşının cehiz əmlakı həmin evdə olmuşdur ki, mərhumun ölümündən sonra da həmin əşyalar oradadır. Şahid ifadələri tamamilə həqiqətə uyğun olmamaqla, bütün şahidlər yalan ifadələr vermişlər. Bu isə onunla əsaslandırılmışdır ki, şahid qismində dindirilən bacıları cavabdeh olan qardaşlarının təzyiqi və basqısı ilə işin həqiqi hallarını təhrif olunmuş şəkildə bildirmişlər. Bu şahidlərdən tək birinin Qizbəstinin ifadəsinə münasibətdə elementar bir misal gətirir ki, şahid bildirmişdir ki, ümumiyyətlə hər hansı torpağın guya ki, varlığından xəbərdar deyildir. Halbuki, elə Qizbəstinin adında olan torpaqların sənədləri elə İddiaçıdır. Belə olan halda necə olur ki, həmin torpaqlarından Qizbəstinin də adına ola-ola sonuncu torpaqdan guya xəbərsiz olduğunu bildirir. Apellyasiya instansiyasında dəfələrlə də iddiaçı tərəf olaraq bu kimi hallarla şahidin yalan ifadə verdiyini sübut etmək məqsədilə onların məhkəmə iclasında təkrar dindirilməsi barədə vəsatət versək də məhkəmə kollegiyası hər dəfəsində buna zərurətin olmadığını bildirdi. Bu isə məhkəmənin obyektiv araşdırılmasına ziddir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
27. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.
28. Maddə 1243.1. Işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
32. Maddə 13**. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
35. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
39. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
40. Iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla həmin dəlillərin əsassız olduğuna dair məhkəmənin mövqeyi iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmış, işə baxılarkən qətnamənin kassasiya qaydasında ləğvinə əsas olmuş pozuntulara yol verilməmişdir.
41. Kassasiya şikayətinin işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti olmadığından həmin dəlillərə baxılmır.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1093/2025 nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.