Məhkəmə qərarları › İş №e-2(007)-2816/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2816/2025

27.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2816/2025 27.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X23, X14, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 15 və 30 saylı Notariat Ofislərinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilərək miras əmlaka payın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X23, X14, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 15 və 30 saylı Notariat Ofislərinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilərək miras əmlaka payın müəyyən edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 verilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli və Cavabdeh4 verilmiş xx.xx.2014cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 verilmiş xx.xx.2014-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və Cavabdeh4 verilmiş xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan **********60-05101-093018 reyestr nömrəli çıxarışın ləğv edilməsi və miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, ümumi sahəsi 42.4 kv.m, köməkçi sahəsi 13,1 kv.m,yaşayış sahəsi 29,3 kv.m olan 2 otaqdan ibarət 34 saylı mənzilə qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (sonuncu) ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı işi ilə əlaqədar olaraq Moskva şəhərində müvəqqəti yaşadığı dövrə təsadüf edir və buna görə də o, ata və anasından qalan əmlakdan miras payını ala bilmir. İddiaçı qardaşı Leonidin sözügedən mənzilin satılması ilə bağlı əmlakçılara müraciət etməsi barədə əvvəllər bir məhlədə yaşadıqları dostları vasitəsilə xəbər tutur və bundan sonra qardaşının ona heç bir pay verməyəcəyini bildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh3 verulmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2014cü il tarixli və Cavabdeh4 verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan və Cavabdeh4 verilmiş xx.xx.2014cü il tarixli qeydiyyat nömrəsi ********** olan **********60-05101-093018 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, ev 37, ümumi sahəsi 42.4 kv.m, köməkçi sahəsi 13,1 kv.m, yaşayış sahəsi 29,3 kv.m olan 2 otaqdan ibarət 34 saylı mənzilə, yəni miras əmlaka qanun üzrə vərəsə İddiaçı payının müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş edib.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X27 xx.xx.2008-ci il tarixdə vəfat edib. Mərhum X29 xx.xx.2012-ci il tarixdə vəfat edib. Mərhum X27 və mərhum X29 xx.xx.1958-ci ildə rəsmi nikaha giriblər. Bu nikahdan tərəflərin Nisanova Anjelika, Simonov Yuriy, İddiaçı, Cavabdeh3, Simonov Roman və Cavabdeh4 doğulub. Mərhum X16 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 37 saylı evin, 34 saylı mənzilin ümumi sahəsi 42.4 kv.m, köməkçi sahəsi 13,1 kv.m, yaşayış sahəsi 29.3 kv.m olan 2 otaqdan ibarət mənzili olub. Bakı şəhər 30 saylı (dövlət) notariat kontorunda xx.xx.2008-ci il tarixli vərəsəlik işində o vərəsələr sırasında göstərilməyib. X2 üzrə vərəsəsi mərhum X29, Cavabdeh4 və Cavabdeh3 göstərilir. X1 göstərilən mənzilə miras payından Cavabdeh4 və mərhum X30 xeyrinə imtina edirlər. Bununla da miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 37 saylı evin 34 saylı mənzildən Cavabdeh3 4/10 hissədə irs alıb. xx.xx.2022-ci ildə X31 vəfat edir və onun 34 saylı mənzildə olan 1/2 hissədə olan miras əmlaka, övladları Roman, Yuriy, Anjelika miras paylarından Leonidin xeyrinə imtina edirlər. Leonid anasından qalan 4/10 hissədə, Svetlana isə 1/10 hissədə payı qəbul edir. O, nə atası, nə də anasından qalan miras əmlaka olan payından imtina etməyib. O, ünvan 2ət notariat ofisində açılmış xx.xx.2008-ci il tarixli 2V 1-140 saylı notariat işində və Bakı şəhəri 15 saylı notariat ofisində açılmış notariat işlərində vərəsəlik işi açılan zaman vərəsə kimi göstərilmədiyindən həm atasından, həm də anasından qalan miras paydan məhrum olub.

Cavabdehin etirazları və ona dəlilləri:

4. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-cı ildə etirazla bağlı məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti ötürüb. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçının iddiasının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin "vərəsəlik hüququ"na dair müddəlarına əsasən iddiaçının vərəsəsi olduğu şəxslər, yəni onun valideynləri olan atası Zaraxıya Simonov xx.xx.2008-ci ildə, anası Dina Simonova xx.xx.2012-ci il tarixində ölüb. Hazırki iddianın mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, mənzil 34 iddiaçının atası X24 məxsus olub, xx.xx.2008-ci ildə atası öldükdən, sonra xx.xx.2008-ci il tarixində 30 saylı DNK-da oğlu Cavabdeh3 Zaraxıyayeviçə həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilib və 23 dekabr 2008-ci il tarixli çıxarış alınıb. Bundan sonra mərhum Zaraxiya Simonovun arvadı (Leonidin anası) Dina Simonova həmin vərəsəlik hüququna dair şəhadətnaməni məhkəmə qaydasında mübahisləndirib və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-5231/2012 saylı qətnaməsinə əsasən, Cavabdeh3 adına ünvan 2ət Notariat Kontoru tərəfindən verilmiş 15 noyabr 2008-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 23 dekabr 2008-ci il tarixli Çıxarış qismən etibarsız hesab edilib, miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 37, mənzil 34-ə dair Cavabdeh3 və anası X15 hər birinin ½ hissədə payı müəyyən edilməklə, paylarına uyğun onların adına Çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilib. xx.xx.2013-cü ildə mənzilin 1/2 hissəsi Leonid Simovovun, ½ hissəsi isə Dina Simonovanın adına qeydə alınıb. xx.xx.2012-ci il tarixində Dina Simonova öldükdən sonra, həmin mənzilin ona məxsus 1/2 hissəsinə dair vərəsəlik işi açılıb və 15 saylı DNK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən mənzildən 4/10 hissədə pay Cavabdeh3, xx.xx.2014-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən mənzildən 1/10 hissədə pay Svetlana Zarbaliyevaya (mərhumun qızı) verilib. Bundan sonra xx.xx.2014-cü il tarixində mənzilin 9/10 hissəsinə dair Leonid Simovona, xx.xx.2014-cü il tarixində isə Cavabdeh4 mənzilin 1/10 hissəsinə dair çıxarış verilib. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi xx.xx.2008-ci il tarixli vərəsəlik hüququna dair Cavabdeh3 verilmiş şəhadətnamənin qanuniliyi məhkəmə aktları ilə təsdiq edilib. İddiaçı vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddəti ötürüb. İddiaçı həm anasının, həm atasının ölümündən sonra, onlardan qalmış mirası nə faktiki, nə də qanunla qəbul etməyib, bunun üçün heç bir müraciət etməyib, atasının ölümündən 17 il, anasının ölümündən isə 13 il sonra miras payını tələb edir. Bu halla ilə bağlı iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan RespublikasıKonstitutsiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair " Qərarının nəticə hissəsinin 3-cü bəndində qeyd edilir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki iddia üzrə tərəflərin vərəsəlik münasibətləri isə 2008 və 2012-ci ildə yaranıb. Azərbaycan RespublikasıMM-nin 1243.2-ci maddəsində qeyd olunur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Burada nəzərə alınmalıdır ki, bu maddədə, "etdirdikdə" sözündən sonrakı "habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə" hissəsi, normaya 07-08 iyul 2025-ci il tarixində əlavə edilib. Mülki mübahisələrə baxan zaman məhkəmə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etməlidir. Göründüyü kimi, 2012-ci ildə anası öldükdən sonra İddiaçı mırası nə faktiki qəbul edib, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində Notariat orqanına müraciət etməyib. Odur ki, iddia tələbi əsassız olduğu üçün və mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliklə mirasın qəbulu üçün müəyyən olunmuş müddət ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya MH № 166160 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X16 adına xüsusi mülkiyyət hüququ üzrə 490 №-li reyestr kitabının 71128 nömrəli vərəqində 30/20331 №-si ilə xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır;

6. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ № 296075 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2008-ci il tarixdə doğulmuşdur.

7. 34 saylı MKİS-in xx.xx.2008-ci il tarixli 2387 saylı arayışının surətindən görünür ki, X27 xx.xx.2008-ci ildə vəfat edib, vəfat etdiyi günə qədər oğlu Cavabdeh3 ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olub və birgə yaşayıblar.

8. ünvan 2ət Notariat Kontoru tərəfindən verilmiş reyestrdə 2V-1-140 nömrəsi ilə qeyd edilmiş xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, 2008-ci ilin aprel ayında ölmüş X16 vərəsəsi oğlu Cavabdeh3dir. Şəhadətnamə verilən əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m olan mənzildən ibarətdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyaının 2(103)-5231/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh3 adına ünvan 2ət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il çıxarışın qismən etibarsız hesab edilməsi, X15 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə hər birinin 1/2 hissədə payları müəyyən edilməklə həmin paya uyğun onların adına çıxarışın verilmsəi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilib.

10. Cavabdeh4 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş atası X11 ünvan 1 ünvanında yerləşən mənzildən ona düşən miras əmlak payını qəbul etməyib və qəbul etmək fikrində deyil. Həmin mənzildə ona çatan miras əmlak payı ilə bağlı gələcəkdə məhkəmə orqanları qarşısında heç bir iddia qaldırmayacaqdır.

11. X29 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş atası X11 ünvan 1 ünvanında yerləşən mənzildən ona düşən miras əmlak payını qəbul etməyib və qəbul etmək fikrində deyil. Həmin mənzildə ona çatan miras əmlak payı ilə bağlı gələcəkdə məhkəmə orqanları qarşısında heç bir iddia qaldırmayacaqdır.

12. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ № 547260 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2012-ci il tarixdə doğulmuşdur.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi X15, qalan ½ hissəsi Cavabdeh3 adına xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır;

14. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-102 nömrəsi ilə qeyd edilmiş xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X15 vərəsəsi qızı Cavabdeh4dır. Şəhadətnamə verilən əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m olan mənzilin miras qoyanın mülkiyyətində olan ½ hissəsindən ibarətdir. Miras əmlakın 4/10 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib.

15. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-73 nömrəsi ilə qeyd edilmiş xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X15 vərəsəsi oğlu Cavabdeh3dir. Şəhadətnamə verilən əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m olan mənzilin miras qoyanın mülkiyyətində olan ½ hissəsindən ibarətdir. Miras əmlakın 1/10 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib.

16. Nisanova Anjelika tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, xx.xx.2012-ciildə vəfat etmiş anası X17 miras qalmış mlakdan on açatası vərəsəlik payından qardaşı Cavabdeh3 xeyrinə imtina edir. Gələcəkdə bu barədə heç bir iddiası olmayacaq.

17. Roman Zaraxiyayeviç tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, xx.xx.2012-ciildə vəfat etmiş anası X17 miras qalmış mlakdan ona çatası vərəsəlik payından qardaşı Cavabdeh3 xeyrinə imtina edir. Gələcəkdə bu barədə heç bir iddiası olmayacaq.

18. X23 tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş anası X17 miras qalmış mlakdan on açatası vərəsəlik payından qardaşı Cavabdeh3 xeyrinə imtina edir. Gələcəkdə bu barədə heç bir iddiası olmayacaq.

19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/10 hissəsi Cavabdeh4 adına xx.xx.2014-cü ildə, qalan 9/10 hissəsi Cavabdeh3 adına xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır;

20. ünvan 4 ünvanlanmış xx.xx.2025-ci il tarixli 710 saylı məktubdan görünür ki, iddiaçı Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericlikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxıb, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübut təqdim etməyib. Odur ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-16-5/4- 13-13300/2025 saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X27 ilə Simonova (Nisanova) Dina Salamonovnanın nikahı xx.xx.1958-ci ildə Quba rayonunun Qırmızı qəsəbə icra nümayəndəliyində qeydə alınıb və bu nikahdan onların xx.xx.1960-cı il təvəllüdlü X6 (xx.xx.1960-cı ildə vəfat edib), xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1962-ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1978-ci il təvəllüdlü X6, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı adlı övladlarının doğumu haqqında məlumat aşkar edilib. Eyni zamanda valideynləri xx.xx.1957-ci il təvəllüdlü X35 ilə xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.1983-cü il təvəllüdlü X37, valideynləri xx.xx.1962-ci il təvəllüdlü X23 ilə xx.xx.1970-ci il təvəllüdlü X13 xx.xx.1987-ci il təvəllüdlü X34, xx.xx.1989-cu il təvəllüdlü X32, valideynləri xx.xx.1975-ci il təvəllüdlü X25 ilə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh4 olan xx.xx.1999-cu il təvəllüdlü X18, 01.11 2000-ci il təvəllüdlü X19, xx.xx.2009-cu il təvəllüdlü X9, valideynləri xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1959-cu il təvəllüdlü Abdullayevə Gülnaz ismayıl qızı olan xx.xx.1991-ci il təvəllüdlü X26 və xx.xx.1994-cü il təvəllüdlü X10 doğumu haqqında məlumat aşkar edilib.

Tərəflərin izahatları:

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ölkəyə gələndə öz evinə gəlib, miras əmlakına yox. Mediatr Svetlana xanıma təklif göndərəndən sonra miras əmlakı üzrə şəhadətnamələrdən xəbərdar olub.

23. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi, mirasın qəbulu üçün buraxılmış müddət üzrlü hesab edildikdə bərpa edilə bilər. Üzrlü hallar isə şəxsin iradəsindən asılı olmayan hallardır. İddiaçı isə Rusiya Federasiyasında yaşadığını qeyd edib, lakin məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı bir neçə dəfə valideynlərinin ölümündən sonra ölkəyə gəlib, valideynlərinin ölümündən xəbərdar olub. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd edilib ki, bundan sonra yaranmış münasibətlər tətbiq edilir.

24. Cavabdehlər Cavabdeh4, Bakı şəhəri 15 və 30 saylı Notariat Ofislərinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X23, X14, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 15 və 30 saylı Notariat Ofisləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Digər Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməyiblər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayıb.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (hazırda ləğv edilib). 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (hazırda ləğv edilib). 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

İşin faktiki halı:

28. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X29 X20 14 avqust 1958-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurublar. Onların nikahından xx.xx.1960-cı il təvəllüdlü X6 (xx.xx.1960-cı ildə vəfat edib), xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1962-ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1978-ci il təvəllüdlü X6, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı adlı 6 övladları olub. Tərəflər rəsmi nikahda olduqları vaxt, yəni 1998-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili alaraq X16 atlına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişlər. X28 09 aprel 2008-ci il tarixdə vəfat edib. Mübahisəli mənzil X12 və onun əri X16 ümumi birgə mülkiyyəti olduğu halda həmin mənzil bütövlükdə miras kütləsi kimi qəbul edilib və xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X16 vərəsəsi olan Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m olan mənzilə bağlı şəhadətnamə verilib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyaının 2(103)-5231/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 adına ünvan 2ət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il çıxarışın qismən etibarsız hesab edilməsi, X15 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə hər birinin 1/2 hissədə payları müəyyən edilməklə həmin paya uyğun onların adına çıxarışın verilmsəi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilib. Nəticədə, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi X15, qalan ½ hissəsi Cavabdeh3 adına xx.xx.2013-cü ildə qeydiyyata alınıb. X29 xx.xx.2012-ci ildə vəfat edib. Onun ölümündən sonra Nisanova Anjelika, Roman Zaraxiyayeviç və X23 anaları X17 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payından qardaşı Cavabdeh3 xeyrinə imtina ediblər. Bundan sonra Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-102 nömrəsi ilə qeyd edilmiş xx.xx.2014-cü il tarixli və Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-73 nömrəsi ilə qeyd edilmiş xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ilə 2012-ci ildə ölmüş X15 vərəsəsi oğlu Cavabdeh3 və qızı Cavabdeh4 miras əmlakı üzərində payları müəyyən edilib. ünvan 1 ünvanında yerləşən mənzilin 1/10 hissəsi Cavabdeh4 adına xx.xx.2014-cü ildə, qalan 9/10 hissəsi Cavabdeh3 adına xx.xx.2014-cü ildə qeydiyyata alınıb. Hazırda iddiaçı cavabdehlər Cavabdeh3 verilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli və Cavabdeh4 verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 verilmiş xx.xx.2014-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və Cavabdeh4 verilmiş xx.xx.2014cü il tarixli qeydiyyat nömrəsi ********** olan **********60-05101-093018 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edərək,Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, ev 37, ümumi sahəsi 42.4 kv.m, köməkçi sahəsi 13,1 kv.m,yaşayış sahəsi 29,3 kv.m olan 2 otaqdan ibarət 34 saylı mənzilə, yəni miras əmlaka qanun üzrə vərəsə iddiaçının payının müəyyən edilərək ayrılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarırına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

31. Hazırkı mübahisə üzrə mirasın açılması miras qoyan X21 öldüyü 09 aprel 2008ci il və X29 öldüyü xx.xx.2012-ci il tarixə, yəni, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarının qəbulundan əvvələ təsadüf edir, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Buna görə də, həmin qərarın hazırkı mübahisəyə tətbiqi mümkün deyildir və mübahisə həmin dövrdə qüvvədə olan normalara əsasən həll olunmalıdır.

32. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

33. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

34. Həmin dövrdə qüvvədə olan normalara əsasən mirasın 2 formada qəbulu nəzərdə tutulur: vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməli və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamalı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir.

35. İşin hallarından görünür ki, iddiaçı valideynlərin ölmündən sonra onların mülkiyyətində olan mübahisəli mənzildə yaşamamış və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqana müraciət etməmişdir.

36. Hazırda iddiaçı işi ilə əlaqədar olaraq Moskva şəhərində müvəqqəti yaşadığını və buna görə də o, ata və anasından qalan əmlakdan miras payını ala bilmədiyinini, qardaşı Leonid Simanovun sözügedən mənzilin satılması ilə bağlı əmlakçılara müraciət etməsi barədə əvvəllər bir məhlədə yaşadıqları dostları vasitəsilə xəbər tutduğunu və bundan sonra qardaşının ona heç bir pay verməyəcəyini bildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edib. Lakin qeyd edildiyi kimi, X28 09 aprel 2008-ci il tarixdə və X29 xx.xx.2012-ci ildə vəfat ediblər. Nəticə də, miras fiziki şəxsin ölümü ilə açılıb və mərhumların vərəsələrinə miras əmlakından paylar veriblər. Hazırda ünvan 1 ünvanında yerləşən mənzilin 1/10 hissəsi Cavabdeh4 adına, qalan 9/10 hissəsi Cavabdeh3 adına qeydiyyata alınıb.

37. İddianın nümayəndəsi və vəkili isə Bakı şəhəri 15 saylı notariat ofisinə miras əmlakı ilə bağlı müraciət edib və notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilib ki, iddiaçı Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericlikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxıb, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübut təqdim etməyib. Odur ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakını qəbul etməyib, həmçinin, iddiaçının konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar əks etdirmir.

39. Belə ki, iddiaçıya valideynlərin ölümü halı bəlli olsa da, o bu illər ərzində miras əmlaka dair faktiki sahiblik hüququnu həyata keçirməmiş və bunu digər vərəsələrdən tələb etməmişdir. İddiaçı miras əmlaka münasibətdə faktiki sahiblik hüququnu həyata keçirməməklə yanaşı, miras əmlakın qəbul edilməsinin formal üsulundan da istifadə etməmişdir.

40. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat ofisinə müraciət edildiyi təsdiq edilmir.

41. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, mərhumlar iddiaçının valideynləri olub, iddiaçı valideynlərinin ölümündən məlumatlı olub, miras əmlakını nə hüquqi, nə də faktiki qaydada qəbul etməyib.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi” hissəsinə təmin edilməməlidir.

43. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbi “mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi” hissəsində təmin edilmədiyindən iddia tələbinin “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakında iddiaçının payının müəyyən edilməsi” hissəsində də iddia təmin edilməməlidir. Məhkəmə artıq mübahisələndirilən vərəsəlik şəhadətnamələrin tərtib edilməsi və cavabdehlərin adına mübahisəli əmlakla bağlı çıxarışların verilməsi əsaslarını qeyd edib və iddiaçı miras əmlakının qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdüyündən, miras əmlakını faktiki qəbul etmədiyindən həmin hissələrlə bağlı müfəssəl əsaslandırma qeyd edilməsi zərurəti yoxdur.

Nəticə:

44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X23, X14, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 15 və 30 saylı Notariat Ofislərinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilərək miras əmlaka payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.

45. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin edilmədiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X23, X14, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 15 və 30 saylı Notariat Ofislərinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilərək miras əmlaka payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçıə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar