Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1886/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat Ofisinə və ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Zaraxiyayevna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat Ofisi və ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Zaraxiyayevna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X6 ilə X8 ##.##.1958-ci il tarixdə nikaha daxil olmaqla ailə qurublar. Onların nikahından X17 (##.##.1960-cı ildə vəfat edib), Simonova (Nisanova) Anjelika Zaraxiyayevna, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh4, X17, İddiaçı (bundan sonra iddiaçı) adlı 6 övladları olub. Onlar rəsmi nikahda olduqları vaxt, yəni 1998-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilini əldə etmiş və həmin mənzil X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X9 ##.##.2008-ci il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil X6 və onun əri X8 ümumi birgə mülkiyyəti olmasına baxmayaraq, ##.##.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən bu mənzil miras əmlak olaraq tam şəkildə X8 vərəsəsi olan cavabdeh4 mülkiyyətinə verilmişdir.
2. Bundan sonra X6 həmin şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qanuniliyini mübahisələndirmiş və bu mübahisənin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış 2(103)- ****/**** saylı, ##.##.2012-ci il tarixli qətnamə ilə cavabdeh4 adına Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2008-ci il tarixli çıxarış qismən etibarsız hesab edilmiş, X6 və cavabdeh4 hər birinin həmin mənzilin 1/2 hissəsinə payları müəyyən edilməklə həmin paya uyğun onların adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Nəticədə, mənzilin ½ hissəsi X6, qalan ½ hissəsi isə cavabdeh4 adına ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
3. X6 ##.##.2012-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Roman Zaraxiyayeviç və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anaları X6 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payından qardaşı cavabdeh4 xeyrinə imtina etmişlər. Bundan sonra Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-102 nömrəsi ilə qeyd edilmiş ##.##.2014-cü il tarixli və Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-73 nömrəsi ilə qeyd edilmiş ##.##.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrlə 2012-ci ildə ölmüş X6 vərəsəsi oğlu cavabdeh4 və qızı cavabdeh2 miras əmlak üzərində payları müəyyən edilmişdir. Nəticədə mənzilin 1/10 hissəsi cavabdeh2 adına ##.##.2014-cü il tarixdə, qalan 9/10 hissəsi cavabdeh4 adına ##.##.2014cü il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçı nümayəndəsi və vəkili vasitəsilə ##.##.2025-cı il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh3 müraciət etmiş, notariat ofisi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1256-cı maddələrində nəzərdə tutulmuş mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxdığından, o cümlədən miras əmlakının faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən onun anasından qalmış miras əmlakına dair şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat Ofisi və ** saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh4 verilmiş ##.##.2008-ci il tarixli və ##.##.2014-cü il tarixli və cavabdeh2 verilmiş ##.##.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında cavabdeh4 verilmiş ##.##.2014cü il tarixli qeydiyyat nömrəsi 1114040203 olan və cavabdeh2 verilmiş ##.##.2014-cü il tarixli qeydiyyat nömrəsi 1114067624 olan 009011000460-05101-****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, ** saylı evin, ** saylı mənzilinə, yəni miras əmlaka qanun üzrə vərəsə kimi onun payının müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, nə atası, nə də anasından qalan miras əmlaka olan payından imtina etməmişdir. O, Bakı şəhəri ** saylı dövlət notariat ofisində açılmış ##.##.2008-ci il tarixli 2V *-*** saylı notariat işində və Bakı şəhəri ** saylı notariat ofisində açılmış notariat işlərində vərəsəlik işi açılan zaman vərəsə kimi göstərilmədiyindən həm atasından, həm də anasından qalan miras paydan məhrum olmuşdur. Qeyd edilənlər onun işi ilə əlaqədar olaraq Moskva şəhərində müvəqqəti yaşadığı dövrə təsadüf edir və buna görə də o, ata və anasından qalan əmlakdan miras payını ala bilməmişdir. İddiaçı qardaşı Leonidin sözügedən mənzilin satılması ilə bağlı əmlakçılara müraciət etməsi barədə əvvəllər bir məhəllədə yaşadıqları dostları vasitəsilə xəbər tutur və bundan sonra qardaşının ona heç bir pay verməyəcəyini bildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalır.
7. Cavabdeh cavabdeh4 ##.##.2026-cı il tarixdə iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti ötürüb. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçının iddiasının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin "vərəsəlik hüququ"na dair müddəlarına əsasən iddiaçının vərəsəsi olduğu şəxslər, yəni onun valideynləri olan atası Zaraxıya Simonov ##.##.2008-ci ildə, anası Dina Simonova ##.##.2012-ci il tarixdə ölübdür. Hazırki iddianın predmeti olan mənzil iddiaçının atası X10 məxsus olub, ##.##.2008-ci ildə atası öldükdən sonra ##.##.2008-ci il tarixdə ** saylı DNK-da ona həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilibdir və ##.##.2008-ci il tarixli çıxarış alınıbdır. Bundan sonra mərhum Zaraxiya Simonovun arvadı (anası) Dina Simonova həmin vərəsəlik hüququna dair şəhadətnaməni məhkəmə qaydasında mübahisləndirib və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən onun adına Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2008-ci il tarixli Çıxarış qismən etibarsız hesab edilib, miras əmlak olan mənzilə dair onun və anası X6 hər birinin ½ hissədə payı müəyyən edilməklə, paylarına uyğun olaraq onların adına Çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilibdir. ##.##.2013-cü il tarixdə mənzilin 1/2 hissəsi onun, ½ hissəsi isə Dina Simonovanın adına qeydə alınıbdır. ##.##.2012-ci il tarixdə Dina Simonova öldükdən sonra, həmin mənzilin ona məxsus 1/2 hissəsinə dair vərəsəlik işi açılıb və ** saylı DNK tərəfindən verilmiş ##.##.2014-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən mənzildən 4/10 hissədə pay ona, ##.##.2014-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən isə 1/10 hissədə pay Svetlana Zarbaliyevaya (mərhumun qızı) verilibdir. Bundan sonra mənzilin 9/10 hissəsinə dair Leonid Simovona ##.##.2014-cü il tarixdə, 1/10 hissəsinə dair isə cavabdeh2 ##.##.2014-cü il tarixdə çıxarış verilib. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi ##.##.2008-ci il tarixli vərəsəlik hüququna dair ona verilmiş şəhadətnamənin qanuniliyi məhkəmə aktları ilə təsdiq edilibdir. İddiaçı vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddəti ötürübdür. İddiaçı həm anasının, həm atasının ölümündən sonra, onlardan qalmış mirası nə faktiki, nə də qanunla qəbul etməyib, bunun üçün heç bir müraciət etməyib, atasının ölümündən 17 il, anasının ölümündən isə 13 il sonra miras payını tələb edir. Bu halla bağlı iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərarının nəticə hissəsinin 3-cü bəndində qeyd edilir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki iddia üzrə tərəflərin vərəsəlik münasibətləri isə 2008 və 2012-ci ildə yaranıb. Azərbaycan RespublikasıMM-nin 1243.2-ci maddəsində qeyd olunur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Burada nəzərə alınmalıdır ki, bu maddədə, "etdirdikdə" sözündən sonrakı "habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə" hissəsi, normaya 07-## #### 2025-ci il tarixdə əlavə edilib. Mülki mübahisələrə baxan zaman məhkəmə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etməlidir. Göründüyü kimi, 2012-ci ildə anası öldükdən sonra iddiaçı İddiaçı mırası nə faktiki qəbul edib, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində Notariat orqanına müraciət etməyib. Odur ki, iddia tələbi əsassız olduğu üçün və mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliklə mirasın qəbulu üçün müəyyən olunmuş müddət ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Zaraxiyayevna mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim: X1)
10. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mirasın açılması miras qoyan X9 öldüyü ##.##.2008-ci il və X6 öldüyü ##.##.2012-ci il tarixə, yəni, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il qərarının qəbulundan əvvələ təsadüf edir, iddia ərizəsi ilə isə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət olunmuşdur. Buna görə də, həmin qərarın hazırkı mübahisəyə tətbiqi mümkün deyildir və mübahisə həmin dövrdə qüvvədə olan normalara əsasən həll olunmalıdır. Həmin dövrdə qüvvədə olan normalara əsasən mirasın 2 formada qəbulu nəzərdə tutulur: vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməli və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamalı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir.
11. İşin hallarından görünür ki, iddiaçı valideynlərin ölmündən sonra onların mülkiyyətində olan mübahisəli mənzildə yaşamamış və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqana müraciət etməmişdir. Hazırda iddiaçı işi ilə əlaqədar olaraq Moskva şəhərində müvəqqəti yaşadığını və buna görə də o, ata və anasından qalan əmlakdan miras payını ala bilmədiyinini, qardaşı Leonid Simanovun sözügedən mənzilin satılması ilə bağlı əmlakçılara müraciət etməsi barədə əvvəllər bir məhəllədə yaşadıqları dostları vasitəsilə xəbər tutduğunu və bundan sonra qardaşının ona heç bir pay verməyəcəyini bildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edib. Lakin qeyd edildiyi kimi, X9 ##.##.2008-ci il tarixdə, X6 isə ##.##.2012-ci il tarixdə vəfat ediblər. Nəticə də, miras fiziki şəxsin ölümü ilə açılıb və mərhumların vərəsələrinə miras əmlakdan paylar verilibdir. Hazırda ünvan 1 ünvanında yerləşən mənzilin 1/10 hissəsi cavabdeh2 adına, qalan 9/10 hissəsi isə cavabdeh4 adına qeydiyyata alınıb.
12. İddianın nümayəndəsi və vəkili isə Bakı şəhəri ** saylı notariat ofisinə miras əmlakı ilə bağlı müraciət edib və notariat ofisinin ##.##.2025-ci il tarixli məktubunda göstərilib ki, iddiaçı Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericlikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxıb, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübut təqdim etməyib. Odur ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
13. Məhkəmə hesab etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakını qəbul etməyib, həmçinin, iddiaçının konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar əks etdirmir. Belə ki, iddiaçıya valideynlərin ölümü halı bəlli olsa da, o bu illər ərzində miras əmlaka dair faktiki sahiblik hüququnu həyata keçirməmiş və bunu digər vərəsələrdən tələb etməmişdir. İddiaçı miras əmlaka münasibətdə faktiki sahiblik hüququnu həyata keçirməməklə yanaşı, miras əmlakın qəbul edilməsinin formal üsulundan da istifadə etməmişdir.
14. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat ofisinə müraciət edildiyi təsdiq edilmir.
15. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, mərhumlar iddiaçının valideynləri olub, iddiaçı valideynlərinin ölümündən məlumatlı olub, miras əmlakını nə hüquqi, nə də faktiki qaydada qəbul etməyib. Bu səbəbdən iddia tələbi “mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi” hissəsinə təmin edilməməlidir.
16. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi “mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddəti bərpa edilməsi” hissəsində təmin edilmədiyindən iddia tələbinin “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakında iddiaçının payının müəyyən edilməsi” hissəsində də təmin edilməməlidir. Məhkəmə artıq mübahisələndirilən vərəsəlik şəhadətnamələrin tərtib edilməsi və cavabdehlərin adına mübahisəli əmlakla bağlı çıxarışların verilməsi əsaslarını qeyd edib və iddiaçı miras əmlakının qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdüyündən, miras əmlakını faktiki qəbul etmədiyindən həmin hissələrlə bağlı müfəssəl əsaslandırma qeyd edilməsi zərurəti yoxdur.
17. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin edilmədiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
18. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci, 1145-1146-cı, 1151-ci, 1159.1-ci, 1243-cü, 1246-cı, 1248.1-ci, 1273-cü, 1321-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci., 107-ci, 119.1-ci, 217ci və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisində açılmış vərəsəlik işində və ** saylı Notariat ofislərində açılmış ##.##.2008-ci il tarixli 2V *-*** saylı notariat işlərində vərəsəlik işi açılan zaman o, mərhum X8 və X6 digər vərəsələri kimi nədənsə notariuslar tərəfindən vərəsə kimi göstərilmir. Halbuki, vərəsəlik işi açılan zaman notariusun əsas vəzifələrindən biri - vərəsələri müəyyən etməkdir. Lakin vərəsələr sırasında mərhum Simonovların bütün övladlarının miras payı almaqla bağlı imtina ərizələri alındığı halda onun imtina ərizəsi yoxdur, onun vərəsə kimi müəyyən olunub çağırılması ilə bağlı notariat işlərində rast gəlinmir. O, ana və atası sağ olarkən öz evlərinə valideynlərinin yanına digərlərindən fərqli olaraq gəlib-getmiş və hər dəfə Moskvadan Bakıya gələrkən valideynlərinə məxsus olan mənzillərdə yaşamışdır. Çünki onun Bakı şəhərində başqa mənzili yoxdur. Müddətin ötürülməsi ilə bağlı məsələyə gəldikdə isə o, indiyə qədər miras əmlak olan sözügedən mənzilə qardaşı tərəfindən ona düşən paydan məhrum ediləcəyini ağlına belə gətirməmişdir. Çünki onun qardaşı Leonidlə münasibəti yaxşı olmuş və bu səbəbdən inanmışdır ki, qardaşı onun miras əmlakdakı payını verəcəkdir. Lakin əksinə mənzilin satılması ilə bağlı keçmiş məhəllə uşaqlarından xəbər tutur və bu səbəbdən o, məhkəməyə müraciət edərək özünə düşən payı tələb etmək üçün iddia qaldırır. O, digər vərəsələr kimi Bakıda olduğu zaman mübahisəli mənzildə yaşamış və mənzildən istifadə etmişdir. Vərəsəlik işlərində mirasdan imtina edən vərəsələr də, hətta Leonidin özü də xaricdə yaşayır. Yəni bu mübahisədə mübahisəli mənzilin ümumiyyətlə kim tərəfindən konkret və faktiki olaraq kim tərəfindən idarə edilməsi ümumiyyətlə məlum olmamışdır. Çünki miras əmlak vərəsələrin valideynlərinə məxsus olub, vərəsələr hamısı həmin dövrdə (cavabdeh2 başqa) xaricdə yaşamışlar və faktiki olaraq xəstə Dina Simonovaya cavabdeh2 qulluq etmiş və o, Moskva şəhərindən tez-tez anasının və bacısının yanına gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı miras əmlaka dair vərəsəlik şəhadətnamələrinin verilməsindən məlumatsız olub. İddiaçı, həmçinin ailənin digər üzvləri həmin mənzilə mütəmadi gəlir-gedir. Həmin mənzilin açarlarının biri iddiaçıdadır. Cavabdeh cavabdeh4 miras əmlakı satmağa razılaşması üçün digər cavabdeh cavabdeh2 təklif verib. Həmin zaman iddiaçının bacısı cavabdeh2 ona bu barədə məlumat verib. Hər iki notariat orqanında miras işi açılıb. Biri digərinin davamıdır. Heç bir vərəsəlik işində iddiaçının adı yoxdur. İddiaçı miras qoyanın oğludur. Hansı səbəbdən vərəsəlik işində vərəsələrin siyahısında olmaması onlara bəlli deyil. İddiaçı mənzilə gəlib-gedib, daimi əsaslarla Azərbaycanda yaşamır. O, Moskva şəhərində yaşayır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər cavabdeh4, cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Zaraxiyayevna məhkəmə iclasına gəlməmiş, cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (məhkəmə baxısı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bakı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə əvəz olunmuşdur) isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehlərin və üçüncü şəxslərin (nümayəndələrinin ) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; əvvəlki redaksiyada 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; əvvəlki redaksiyada 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan 1246-cı maddəyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir; mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir; 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırki apellyasiya şikayəti ilə iddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, X6 ilə X8 ##.##.1958-ci il tarixdə nikaha daxil olmaqla ailə qurublar. Onların nikahından X17 (##.##.1960-cı ildə vəfat edib), Simonova (Nisanova) Anjelika Zaraxiyayevna, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh4, X17 və İddiaçı (iddiaçı) adlı 6 övladları olub. Onlar rəsmi nikahda olduqları vaxt, yəni 1998-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilini əldə etmiş və həmin mənzil X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X9 ##.##.2008-ci il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil X6 və onun əri X8 ümumi birgə mülkiyyəti olmasına baxmayaraq, ##.##.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən bu mənzil miras əmlak olaraq tam şəkildə X8 vərəsəsi olan cavabdeh4 mülkiyyətinə verilmişdir. Bundan sonra X6 həmin şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qanuniliyini mübahisələndirmiş və bu mübahisənin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış 2(103)- ****/**** saylı, ##.##.2012-ci il tarixli qətnamə ilə cavabdeh4 adına Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş ##.##.2008-ci il tarixli çıxarış qismən etibarsız hesab edilmiş, X6 və cavabdeh4 hər birinin həmin mənzilin 1/2 hissəsinə payları müəyyən edilmişdir. Nəticədə mənzilin ½ hissəsi X6, qalan ½ hissəsi isə cavabdeh4 adına ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X6 ##.##.2012-ci il tarixdə vəfat etdikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Roman Zaraxiyayeviç və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anaları X6 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payından qardaşı cavabdeh4 xeyrinə imtina etmişlər. Bundan sonra Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli və ##.##.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrlə onun vərəsəsi oğlu cavabdeh4 və qızı cavabdeh2 miras əmlak üzərində payları müəyyən edilmişdir. Nəticədə mənzilin 1/10 hissəsi cavabdeh2 adına ##.##.2014-cü il tarixdə, qalan 9/10 hissəsi cavabdeh4 adına ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
31. İddiaçı apellyasiya şikayətində vərəsəlik işi açılarkən digər övladlarından fərqli olaraq valideynlərinin vərəsələri siyahısında ümumiyyətlə göstərilmədiyini, Moskva şəhərində yaşadığını, ölkəyə qayıdanda mübahisəli mənzildə yaşadığını, qardaşı, hazırki iş üzrə cavabdeh Leonid Simanovla əlaqələri yaxşı olduğundan qardaşının ona miras əmlakından payını verəcəyinə inandığını qeyd etmiş, cavabdeh Leonid Simanov isə iddianın əsassız olduğunu, ümumiyyətlə hazırki tələblə çıxış etmək üçün iddiaçının müddəti ötürdüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası bu baxımdan xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ##.##.2025-cı il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi müddətin buraxılması, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutların təqdim edilməməsi əsası ilə şəhadətnamənin verilməsindən imtina edərək, ona məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqe hazırki mübahisəyə şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq oluna biləcəyi mövqeyindən çıxış etmişdir. Hazırki iş üzrə isə bu münasibətlər 2008-ci il və 2012-ci illərdə yaranmış, şəhadətnamələr isə 2008-ci və 2014-cü illərdə verilmişdir. Bu da öz növbəsində həmin qərarda nümayiş etdirilmiş hüquqi mövqeyin hazırki mübahisədə əsas götürülməsini istisna edir.
34. Bununla belə, iddiaçının atası X9 ##.##.2008-ci il tarixdə, anası X6 isə ##.##.2012ci il tarixdə vəfat etməsinə baxmayaraq, iddiaçı onlardan miras qalmış həmin mənzili faktiki qəbul etməmişdir. İddiaçı özü də iddia ərizəsində və apellyasiya şikayətində Bakı şəhərində deyil, Moskva şəhərində yaşadığını qeyd etmiş, miras əmlakı faktiki olaraq qəbul etməsi mövqeyindən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onun tərəfindən notariat ofisinə müraciət edildiyi də müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür.
35. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzrlü sayılaraq, uzadılmasını tələb edir. Lakin gecikmənin hər hansı üzürlü səbəbi göstərilmir. İddiaçı qardaşı ilə münasibətləri yaxşı olduğundan ona miras əmlakdan payın veriləcəyini düşündüyünü qeyd etsə də, həmin hal (konkret desək onun düşüncələri) mirasın qəbulu müddətinin uzadılması üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, mərhumlar iddiaçının valideynləri olub, iddiaçı valideynlərinin ölümündən məlumatlı olubdur. Onun müəyyən edilmiş müddətlər ərzində miras əmlakı (hüquqi və ya faktiki qaydada) qəbul etməməsinin bir üzürlü səbəbi müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Qeyd edilənlər öz növbəsində iddia üzrə bu tələbin rədd edilməsini şərtləndirir.
36. Məhkəmə kollegiyası iddia üzrə "mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinin əsas tələb olduğunu, “şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələblərinin isə bu tələbə münasibətdə törəmə tələblər olduğunu və bu tələblərin təmin olunub-olunmamasının bilavasitə “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinin təmin olunub-olunmamasından asılı olduğunu, həmin tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alaraq hesab edir ki, iddia üzrə “şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbləri də əsassızdır və rədd edilməlidir.
37. Mirasın qəbulu müddətinin uzadılmaması artıq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirilməsini qeyri-mümkün etsə də, məhkəmə kollegiyası ümumiyyətlə o halı da qeyd etməyi zəruri hesab edir ki, X9 ##.##.2008-ci il tarixdə vəfat etdikdən sonra mübahisəli mənzil X6 və onun əri X8 ümumi birgə mülkiyyəti olmasına baxmayaraq, ##.##.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən mənzil miras əmlak olaraq tam şəkildə X8 vərəsəsi olan cavabdeh4 mülkiyyətinə verilmişdir. Bundan sonra X6 həmin şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qanuniliyini mübahisələndirmiş və bu mübahisənin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış 2(103)- ****/**** saylı, ##.##.2012-ci il tarixli qətnamə ilə cavabdeh4 adına verilmiş həmin şəhadətnamə və onun əsasında verilmiş çıxarış qismən etibarsız hesab edilmiş, X6 və cavabdeh4 hər birinin həmin mənzilin 1/2 hissəsinə payları müəyyən edilmişdir. Lakin iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə həmin məhkəmə qərarını da mübahiləndirməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.