Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5474/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun mənzilinə "xxxx" ASC tərəfindən yazılmış ona aid olmayan 503 (beş yüz üç) AZN borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində Bakı şəhəri 43 saylı Notariat ofisində X4na məxsus olan Bakı səhəri Yasama rayonu,1-ci Y/Yasamal,ev 5, 55 nömrəli mənzili alqı-satqı yolu ilə almışdır ve xx.xx.2022-ci ildə Əmlakı Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ərazi idarəsindən ********** nömrəli çıxarısla öz adına rəsmiləşmişdir. 2022-ci ildə o, bu mənzilə ailəsi ilə birlikdə geydiyyata düşmüşdür, hal-hazırda bu mənzildə yaşayır. Yaşadığı 2022-ci il tarixindən 2025-ci İ tarixinədək istifadə etdiyi işıq, komunal xərclərini vaxtı vaxtında ödəmişdir. Hal hazırda onun "xxxx"a borcu yoxdur. Ona qədər bu mənzildə onunla alqı-satqı edən mənzilin sahibi X4 ailəsi ilə birlikdə yaşayıb. 2013-cü ildə Barmek işıq idarəsi fəaliyyət gösterirdi. 2013-cü ildən 2019-cu ilə qədər onun mənzilinin əvvəlki sahibi Barkemə islətdiyi enerjinin komunal xərclərini ödəməmişdir. Ödənilməyən borc 503 (beş yüz üç) AZN təşkil edir. Bu borcun ona və ailəsinə aidiyyatı yoxdur. Azərişıq ASC dəfələrlə ona bildirişlər göndərir və ona aid olmayan komunal borcu ondan tələb edir. Aydın məsələdir ki, bu ödənilməmiş borcun ona aidiyyatı yoxdur, aidiyyatı olan șəxs onun yaşadığı mənzilin köhnə sahibinə aiddir. Ona görə ki o, yaşadığı müddətdə bütün komunal xərcləri vaxtı-vaxtında ödəyir. Ona görə də məcbur olub məhkəməyə borcun silinməsinə dair müraciət edir. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun mənzilinə "xxxx" ASC tərəfindən yazılmış ona aid olmayan 433 (dörd yüz otuz üç) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə baxışında iştirakları qeyri-mümkündür. Bu səbəbdən məhkəmənin baxış iclasının onların iştirakı olmadan keçirilməsinə və yekun məhkəmə aktı qəbul edilməsinə etiraz etmirlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X4 ilə İddiaçı arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,10 kv/m olan mənzili 119.500 (bir yüz on doqquz min beş yüz) manata alıcı İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********98-05101-093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,10 kv/m olan mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanına verilmiş **********50055 nömrəli abonent kodu X3 adınadır və Barmek borcu 433,188 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Abonentin hərəkət cədvəlindən görünür ki, X3 **********50055 nömrəli abonent kodu üzrə 2017-2025-ci illər üzrə borcu 140,77 manat təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə elektrik enerjisindən istifadə Qaydalarının və qanunvericiliyin müddəalarını, habelə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ilə İddiaçı arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,10 kv/m olan mənzili 119.500 (bir yüz on doqquz min beş yüz) manata alıcı İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********98-05101-093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,10 kv/m olan mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı "xxxx" ASC-yə müraciət edərək abonent kodunun onun adına keçirilməsini xahiş etmişdir, lakin "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X1 adına **********50055 nömrəli abonent koduna hesablanmış borcun onun tərəfindən ödənilməsi tələb edilmişdir. Hazırda iddiaçı mənzilinə hesablanmış və ona aid olmayan borcun silinməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 433 manat məbləğində yaranmış borc iddiaçıdan əvvəlki mülkiyyətçiyə aid olduğundan, yaşayış sahəsinin əvvəlki mülkiyətçisindən qalan borc məbləği yeni mülkiyyətçidən, yəni iddiaçıdan tələb edilə bilməz. Yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıdan əvvəlki mülkiyyətçiyə məxsus olan borc tələb olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı mənzilinə hesablanmış ona aid olmayan borcun silinməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu: **********50055) elektrik enerjisindən istifadəyə görə hesablanmış 433 (dörd yüz otuz üç) manat məbləğində borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********50055) elektrik enerjisindən istifadəyə görə hesablanmış 433 (dörd yüz otuz üç) manat məbləğində borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5474/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5474/2025
07.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver