Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5476/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən Playstation-4 Sony, Playstation-4 pult üçün 134 manat ödənilməmiş hissə, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49482 olan Samsung Galaxy A10 markalı telefon üçün 49 manat ödənilməmiş hissə, 05.11.2019cu il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Braun üçün 140 manat ödənilməmiş hissə, 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən Kombayn Kenwood, Termopot Panasonic, İzqara Delongi üçün 1112 manat ödənilməmiş hissə, ümumilikdə 1435 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 13.08.2019cu il tarixli 00843468 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Playstation-4 Sony, Playstation-4 pultu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 13.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 804 manat məbləğində pulu hər ay 134 manat olmaqla 26.09.2019-cu il tarixdən 26.02.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 13.08.2019-cu il tarixli təhviltəslim aktından görünür ki, Playstation-4 Sony, Playstation-4 pult cavabdeh tərəfindən təhvil alınmışdır İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanılmış 13.09.2019-cu il tarixli 00909186 saylı müqaviləyə əsasən müəyyən olunmuşdur ki, iddiaçı Samsung Galaxy A10 markalı telefonu cavabdehə verməyi öhdəsinə götürmüş, 13.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 294 manat məbləğində pulu hər ay 49 manat olmaqla 26.10.2019-cu il tarixdən 26.03.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 13.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A10 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanılmış 05.11.2019-cu il tarixli 01030310 saylı müqaviləyə əsasən iddiaçı Qəhvəbişirən Braun məhsulunu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 05.11.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən cavabdeh 18.12.2019-cu il tarixdən hər ay 14 manat, ümumilikdə 168 manat məbləğində pulu ilkin ödəniş də daxil olmaqla 18.11.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Qəhvəbişirən Braun məhsul cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanılmış 16.01.2020-ci il tarixli 20041865 saylı müqaviləyə əsasən iddiaçı Kombayn Kenwood, Termopot Panasonic, İzqara Delongi məhsullarını cavabdehə verməyi öhdəsinə götürmüşdür. 16.01.2020-ci il tarixli müqaviləyə əlavəyə əsasən cavabdeh 14.02.2020-ci il tarixdən hər ay 65,40 manat, ümumilikdə 1177,2 manat məbləğində pulu ilkin ödəniş də daxil olmaqla 14.07.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Kombayn Kenwood, Termopot Panasonic, İzqara Delongi məhsulları cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 14.08.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, ABC Telecom MMC tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin 13.08.2019-cu il tarixli müqavilə üzrə 134 manat, 13.09.2019-cu il tarixli müqavilə üzrə 49 manat, 05.11.2019-cu il tarixli müqavilə üzrə 140 manat, 16.01.2020-ci il tarixli müqavilə üzrə 1112 manat olmaqla, ümumilikdə 1435 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 13.08.2019-cu il tarixli müqaviləyə əsasən Playstation-4 Sony, Playstation-4 pult üçün 134 manat ödənilməmiş hissə, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49482 olan Samsung Galaxy A10 markalı telefon üçün 49 manat ödənilməmiş hissə, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Braun üçün 140 manat ödənilməmiş hissə, 16.01.2020ci il tarixli müqaviləsinə əsasən Kombayn Kenwood, Termopot Panasonic, İzqara Delongi üçün 1112 manat ödənilməmiş hissə, ümumilikdə 1435 manat borcu, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini qismən yerinə yetirmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 13.08.2019-cu il tarixli müqaviləyə əsasən Playstation-4 Sony, Playstation-4 pult üçün 134 manat ödənilməmiş hissə, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49482 olan Samsung Galaxy A10 markalı telefon üçün 49 manat ödənilməmiş hissə, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Braun üçün 140 manat ödənilməmiş hissə, 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən Kombayn Kenwood, Termopot Panasonic, İzqara Delongi üçün 1112 manat ödənilməmiş hissə, ümumilikdə 1435 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5476/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5476/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver